ƏSGƏRİ

s. military, martial; soldier’s; ~ ehtiram military honours; ~ hissə military unit; ~ xidmət military service, soldiering; ~ borc / vəzifə soldier’s duty; ~ vəzifəsini yerinə yetirmək to perform soldier’s duty

ƏSGƏR
ƏSGƏRLİK
OBASTAN VİKİ
Əsgəri
Ordu - hərbiyyə ilə əlaqədar olan termin İmam Əsgəri - On iki imam şiəliyindəki İmam, İmam Mehdi əleyhissalamın atasıdır.
Süleyman Əsgəri
Süleyman Əsgəri (türk. Süleyman Askerî) (d. 1884, Prizren, Osmanlı İmperiyası - ö. 14.04.1915, Bəsrə, Osmanlı İmperiyası) — Osmanlı əsgəri. 1902-ci ildə Hərbi məktəbi, 1905-ci ilin 5 noyabrında isə Osmanlı Hərbi Kollecini bitirmişdir. Selanikdəki Üçüncü ordunun tərkibində olan monastıra təyin edildi. Monastırda qaldığı müddət ərzində İttihad və Tərəqqi Cəmiyyətinə qoşuldu. Plovdivin ən tanınmış ailələrdindən birinin qızı olan Fadimə xanım ilə ailə həyatı qurdu. Fatimə və Dilək adlarında iki övladı dünyaya gəldi. 7 iyul 1908-ci ildə Şəmsi Paşaya qarşı sui-qəsd təşkil edən Atıf Əfəndini müdafiə etdi Jön türklər dövrünə qoşuldu.
İmam Əsgəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; 3 dekabr 845, Mədinə, Abbasilər xilafəti – 1 yanvar 874, Səmərra, Abbasilər xilafəti) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun — Azərbaycan Xalq Cümhuriyyətində orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. Azərbaycan Hökuməti tərəfindən 1918-ci il oktyabrın 11-də qəbul edilmişdir. Azərbaycan Hökumətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk mühüm sənədlərdən biri idi. Həmin qanuna görə 17 yaşına çatmış hər bir gənc hərbi mükəlləfiyyətli hesab edilirdi. 18 və 19 yaşlarında olanlar xidmətqabağı 2-ci dərəcəli ehtiyatda sayılırdılar. Bu gənclər yalnız müharibə vaxtı xidmətə cəlb olunurdular. 20 yaşlı gənclər zərurətdən asılı olaraq ya tam, ya da qismən xidmətə çağırılırdılar. Hərbi xidmət müddəti piyada və nəqliyyat qoşunlarında 2 il, digər qoşun növlərində isə 3 il idi. Hərbi xidməti başa vurduqdan sonra keçmiş əsgərlərin 1-ci dərəcəli ehtiyatda xidməti piyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam edirdi. Müvəqqəti qanunun böyük hissəsi çağırışdan möhlətə və güzəştlərə həsr edilmişdi.
Kapitan Amerika: Qış əsgəri (film, 2014)
Birinci qisasçı: Başqa müharibə və ya orijinal dildəki adı ilə Kapitan Amerika: Qış əsgəri (ing. Captain America: The Winter Soldier) — Marvel Kinematoqrafiya Kainatının doqquzuncu filmi. Film 2014-cü ildə istehsal olunmuşdur. Filmin elmi-fantastika, döyüş və macəra janrındadır.
Kitabi-Əsgəriyyə
"Kitabi-Əsgəriyyə" — Azərbaycanlı alim və maarifçi Abbasqulu ağa Bakıxanovun 1837-ci ildə yazdığı hekayə. Bu Bakıxanovun Riyazül-Qüdsdən sonra ikinci nəsr əsəridir. "Kitabi-Əsgəriyyə" hekayəsində Bakıxanov sevgi azadlığı haqqında yazırdı və xurafata qarşı çıxırdı. Hekayə ilk dəfə Mirzə Əbülhəsən bəy Vəzirovun 1861-ci ildə Peterburqda çap olunan "Qəvaidi-Zöviyyə ("Zövi qaydaları") adlı türk dili dərsliyində ixtisarla və bəzi hissələri sadələşdirilərək verilmişdir. Hekayənin Quba şəhərindəki Ərdəbillilər məscidindən tapılıb. AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əlyazmalar fondunda saxlanılan nüsxəsinin mükəmməl tənqidi mətni ilk dəfə Həmid Araslının transfonoliterasiyası ilə 1946-cı ildə İnstitutun əsərlərinin birinci cildində nəşr olunmuşdur. Azərbaycan ədəbiyyatında Azərbaycan türkcəsi ilə yazılmış ilk hekayə və ya povest (uzun hekayə) sayılan bu əsərdə iki gəncin məhəbbətindən bəhs edilir. Əsərdə, klassik məsnəvilərdə olduğu kimi iki qəhrəmanlı məhəbbət hekayəsi təsvir olunmuşdur. Lakin digər əsərlərdən fərqli olaraq, bu hekayə bir tərəfin və ya hər ikisinin ölümilə nəticələnmir. Burada da aşiq və məşuq bir-birini sevir, lakin onların görüşməsinə mane olan məhəllə sakinləridir.
Əsgərin Ulduzu (film, 2006)
Əsgərin ulduzu — 2006-cı ildə çəkilmiş bədii filmdir. Filmin premyerası 5 sentyabr 2006-cı ildə çəkilib. Film Əfqan müharibəsi zamanı baş verən real hadisələrə əsaslanır. Filmin baş qəhrəmanının prototipi — Badaberdə mühacirlər düşərgəsində sovet hərbi əsirlərinin üsyanı zamanı qəhrəmancasına həlak olmuş kiçik serjant Samin Nikolay Qriqoryeviçdir. Filmin çəkilişləri Əfqanıstanda və Rusiyada həyata keçirilib. Sovet əsgəri Nikolay ona yeni ad- Əhməd adı verildiyi Əhməd Şah Məsudun əfqan əsarətinə düşür. Əhməd Şah Məsud Əfqanıstan səhra komandiri, Əfqanıstanın müdafiə naziri (1992—1996) olub "Pəncşir aslanı" ləqəbi ilə tanınırdı. Fransız jurnalist Kristofun vasitəçiliyi ilə əfqan mücahidləri onu buraxmağa icazə verirlər. Əfqanlar fransızlara əsiri sərhəddən keçirməyi həvalə edirlər. Onlar ikilikdə Pakistan sərhəddini keçirlər.
Əsgərin ulduzu
Əsgərin ulduzu — 2006-cı ildə çəkilmiş bədii filmdir. Filmin premyerası 5 sentyabr 2006-cı ildə çəkilib. Film Əfqan müharibəsi zamanı baş verən real hadisələrə əsaslanır. Filmin baş qəhrəmanının prototipi — Badaberdə mühacirlər düşərgəsində sovet hərbi əsirlərinin üsyanı zamanı qəhrəmancasına həlak olmuş kiçik serjant Samin Nikolay Qriqoryeviçdir. Filmin çəkilişləri Əfqanıstanda və Rusiyada həyata keçirilib. Sovet əsgəri Nikolay ona yeni ad- Əhməd adı verildiyi Əhməd Şah Məsudun əfqan əsarətinə düşür. Əhməd Şah Məsud Əfqanıstan səhra komandiri, Əfqanıstanın müdafiə naziri (1992—1996) olub "Pəncşir aslanı" ləqəbi ilə tanınırdı. Fransız jurnalist Kristofun vasitəçiliyi ilə əfqan mücahidləri onu buraxmağa icazə verirlər. Əfqanlar fransızlara əsiri sərhəddən keçirməyi həvalə edirlər. Onlar ikilikdə Pakistan sərhəddini keçirlər.

Значение слова в других словарях