Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsgəri
Ordu - hərbiyyə ilə əlaqədar olan termin İmam Əsgəri - On iki imam şiəliyindəki İmam, İmam Mehdi əleyhissalamın atasıdır.
Süleyman Əsgəri
Süleyman Əsgəri (türk. Süleyman Askerî) (d. 1884, Prizren, Osmanlı İmperiyası - ö. 14.04.1915, Bəsrə, Osmanlı İmperiyası) — Osmanlı əsgəri. 1902-ci ildə Hərbi məktəbi, 1905-ci ilin 5 noyabrında isə Osmanlı Hərbi Kollecini bitirmişdir. Selanikdəki Üçüncü ordunun tərkibində olan monastıra təyin edildi. Monastırda qaldığı müddət ərzində İttihad və Tərəqqi Cəmiyyətinə qoşuldu. Plovdivin ən tanınmış ailələrdindən birinin qızı olan Fadimə xanım ilə ailə həyatı qurdu. Fatimə və Dilək adlarında iki övladı dünyaya gəldi. 7 iyul 1908-ci ildə Şəmsi Paşaya qarşı sui-qəsd təşkil edən Atıf Əfəndini müdafiə etdi Jön türklər dövrünə qoşuldu.
İmam Əsgəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; 3 dekabr 845, Mədinə, Abbasilər xilafəti – 1 yanvar 874, Səmərra, Abbasilər xilafəti) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun — Azərbaycan Xalq Cümhuriyyətində orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. Azərbaycan Hökuməti tərəfindən 1918-ci il oktyabrın 11-də qəbul edilmişdir. Azərbaycan Hökumətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk mühüm sənədlərdən biri idi. Həmin qanuna görə 17 yaşına çatmış hər bir gənc hərbi mükəlləfiyyətli hesab edilirdi. 18 və 19 yaşlarında olanlar xidmətqabağı 2-ci dərəcəli ehtiyatda sayılırdılar. Bu gənclər yalnız müharibə vaxtı xidmətə cəlb olunurdular. 20 yaşlı gənclər zərurətdən asılı olaraq ya tam, ya da qismən xidmətə çağırılırdılar. Hərbi xidmət müddəti piyada və nəqliyyat qoşunlarında 2 il, digər qoşun növlərində isə 3 il idi. Hərbi xidməti başa vurduqdan sonra keçmiş əsgərlərin 1-ci dərəcəli ehtiyatda xidməti piyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam edirdi. Müvəqqəti qanunun böyük hissəsi çağırışdan möhlətə və güzəştlərə həsr edilmişdi.
Kapitan Amerika: Qış əsgəri (film, 2014)
Birinci qisasçı: Başqa müharibə və ya orijinal dildəki adı ilə Kapitan Amerika: Qış əsgəri (ing. Captain America: The Winter Soldier) — Marvel Kinematoqrafiya Kainatının doqquzuncu filmi. Film 2014-cü ildə istehsal olunmuşdur. Filmin elmi-fantastika, döyüş və macəra janrındadır.
Əsgərin ulduzu
Əsgərin ulduzu — 2006-cı ildə çəkilmiş bədii filmdir. Filmin premyerası 5 sentyabr 2006-cı ildə çəkilib. Film Əfqan müharibəsi zamanı baş verən real hadisələrə əsaslanır. Filmin baş qəhrəmanının prototipi — Badaberdə mühacirlər düşərgəsində sovet hərbi əsirlərinin üsyanı zamanı qəhrəmancasına həlak olmuş kiçik serjant Samin Nikolay Qriqoryeviçdir. Filmin çəkilişləri Əfqanıstanda və Rusiyada həyata keçirilib. Sovet əsgəri Nikolay ona yeni ad- Əhməd adı verildiyi Əhməd Şah Məsudun əfqan əsarətinə düşür. Əhməd Şah Məsud Əfqanıstan səhra komandiri, Əfqanıstanın müdafiə naziri (1992—1996) olub "Pəncşir aslanı" ləqəbi ilə tanınırdı. Fransız jurnalist Kristofun vasitəçiliyi ilə əfqan mücahidləri onu buraxmağa icazə verirlər. Əfqanlar fransızlara əsiri sərhəddən keçirməyi həvalə edirlər. Onlar ikilikdə Pakistan sərhəddini keçirlər.
Kitabi-Əsgəriyyə
"Kitabi-Əsgəriyyə" — Azərbaycanlı alim və maarifçi Abbasqulu ağa Bakıxanovun 1837-ci ildə yazdığı hekayə. Bu Bakıxanovun Riyazül-Qüdsdən sonra ikinci nəsr əsəridir. "Kitabi-Əsgəriyyə" hekayəsində Bakıxanov sevgi azadlığı haqqında yazırdı və xurafata qarşı çıxırdı. Hekayə ilk dəfə Mirzə Əbülhəsən bəy Vəzirovun 1861-ci ildə Peterburqda çap olunan "Qəvaidi-Zöviyyə ("Zövi qaydaları") adlı türk dili dərsliyində ixtisarla və bəzi hissələri sadələşdirilərək verilmişdir. Hekayənin Quba şəhərindəki Ərdəbillilər məscidindən tapılıb. AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əlyazmalar fondunda saxlanılan nüsxəsinin mükəmməl tənqidi mətni ilk dəfə Həmid Araslının transfonoliterasiyası ilə 1946-cı ildə İnstitutun əsərlərinin birinci cildində nəşr olunmuşdur. Azərbaycan ədəbiyyatında Azərbaycan türkcəsi ilə yazılmış ilk hekayə və ya povest (uzun hekayə) sayılan bu əsərdə iki gəncin məhəbbətindən bəhs edilir. Əsərdə, klassik məsnəvilərdə olduğu kimi iki qəhrəmanlı məhəbbət hekayəsi təsvir olunmuşdur. Lakin digər əsərlərdən fərqli olaraq, bu hekayə bir tərəfin və ya hər ikisinin ölümilə nəticələnmir. Burada da aşiq və məşuq bir-birini sevir, lakin onların görüşməsinə mane olan məhəllə sakinləridir.
Əsgərin Ulduzu (film, 2006)
Əsgərin ulduzu — 2006-cı ildə çəkilmiş bədii filmdir. Filmin premyerası 5 sentyabr 2006-cı ildə çəkilib. Film Əfqan müharibəsi zamanı baş verən real hadisələrə əsaslanır. Filmin baş qəhrəmanının prototipi — Badaberdə mühacirlər düşərgəsində sovet hərbi əsirlərinin üsyanı zamanı qəhrəmancasına həlak olmuş kiçik serjant Samin Nikolay Qriqoryeviçdir. Filmin çəkilişləri Əfqanıstanda və Rusiyada həyata keçirilib. Sovet əsgəri Nikolay ona yeni ad- Əhməd adı verildiyi Əhməd Şah Məsudun əfqan əsarətinə düşür. Əhməd Şah Məsud Əfqanıstan səhra komandiri, Əfqanıstanın müdafiə naziri (1992—1996) olub "Pəncşir aslanı" ləqəbi ilə tanınırdı. Fransız jurnalist Kristofun vasitəçiliyi ilə əfqan mücahidləri onu buraxmağa icazə verirlər. Əfqanlar fransızlara əsiri sərhəddən keçirməyi həvalə edirlər. Onlar ikilikdə Pakistan sərhəddini keçirlər.
Əsgər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsgər Məmmədov (əsgər)
Əsgər Məmmədov (əsgər, 1972)
Emil Əsgərli
Nurlan Əsgərli
Pərvin Əsgərli
Tural Əsgərli
Zaman Əsgərli
Əsgərli Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970–1974). Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976–1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifəsində çalışmışdır (1979–2018-ci illərdə). Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur. Professor Zaman Əsgərli 2018-ci il avqustun 22-də infarktdan vəfat etmiş və doğulduğu Salyan rayonunda dəfn olunmuşdur.
İmam Əskəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; 3 dekabr 845, Mədinə, Abbasilər xilafəti – 1 yanvar 874, Səmərra, Abbasilər xilafəti) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
İntiqam Əsgərli
İntiqam Bayram oğlu Əsgərli (16 avqust 1990, Kalinovka, Masallı rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. İntiqam Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. 1997–2008-ci illərdə S. Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə Quru Qoşunlarının "Gizirlik" kursunu bitirmiş, 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlamışdır. 2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin giziri idi və Talış kəndi istiqamətində döyüşürdü. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşürdü.
Əlizadə Əsgərli
Əlizadə Bayram oğlu Əsgərli (8 may 1958, Sabirabad rayonu) — ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, dosent. Əlizadə Bayram oğlu Əsgərli 8 may 1958-ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Cavad kəndində dünyaya gəlib. 1976-1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1983-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb. 1980-1997-ci illərdə Sabirabad bölgəsinin Yolçubəyli, Cavad, Suqovuşan və Nizami Gəncəvi adına şəhər orta məktəblərində ixtisası üzrə müəllim və direktor müavini işləyib. 1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunun elmi katibi olub. 2002-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib. 2002-2012-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışıb. 2012-2017-ci illərdə həmin İnstitutda baş elmi işçi vəzifəsini tutub. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini olub.
Əsgəre Böyük
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Əsgərli (Hurand)
Əsgərli (fars. عسگرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Musiqi əsəri
Musiqi əsəri - bütün musiqi əsərləri, o cümlədən xalq mahnısı və musiqi improvizasiyası. Musiqi əsərlərinə daxili tamamlıq, forma və məzmunun fərdiliyi, not yazılışı xarakterikdir. Musiqi əsəri anlayışı cəmiyyətə çox gec gəlib. O, not yazılışı və bəstəkar əsərlərindən sonra sistemləşdirildi. Musiqinin yekun nəticəyə gəlməsi fikri qəbul edildi. Müasir dövrdə bu anlayışı müxtəlif tərəfdən dəyişmək cəhdlərinə rast gəlinir. Назайкинский Е. В. Логика музыкальной композиции.М., изд., "Музыкальный энциклопедический словарь", 1982. Чередниченко Т. В. Музыкальное произведение, М., изд., "Музыкальный энциклопедический словарь", 1982.
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Ramiz Əsgər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu – 22 may 2024, Bakı) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978–1983-cü illərdə Azərbaycan Radiosunda redaktor, 1983–1984-cü illərdə "Azərbaycan bu gün" jurnalının baş redaktoru, 1984–1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş redaktoru, 1991–1993-cü illərdə "Hürriyet" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, 1993–1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi, 1994–1996-cı illərdə "XXI əsr" qəzetinin baş redaktoru, 1993–1997-ci illərdə "Yeni Forum" jurnalının Bakı təmsilçisi olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, 2003-cü ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri, 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir. Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir.
Əsgər Broyan
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Rəsm əsəri
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Əsgər (mafiya)
Əsgər (it. soldato, ing. soldier) — həm ABŞ mafiyasının, həm də Siciliya Mafiyasının rəsmi iyerarxiyasında və ya kadrında ilk rəsmi səviyyəsi. Bu, həmçinin "Ndrangeta" və "Kamorra" kimi digər İtaliya cinayət təşkilatlarında rütbə kimi istifadə olunur. Əsgər rütbəsinə yüksəlmə komandanlıq zəncirində köməkçi səviyyədən yüksəlişdir. Mafiyanın təşəbbüskar üzvü olmayan tərəfdaşı – təşəbbüskar bir "keçirilmiş adam" olmaq və buna görə də əsgər rütbəsinə yüksəlmək üçün ailəyə özünü sübut etməli, "Omerta" andını içməlidir.
Əsgər Yusifinejad
Əsgər Yusifinejad — Təbrizli rejissor, ssenarist və kinotənqidçi. Azərbaycan dilində çəkdiyi "Ev" və "Qolçaq" filmləri ilə tanınıb. Çəkdiyi "Ev" filmi 2004-cü ildən 2017-ci ilə qədər "Fəcr Beynəlxalq Film Festivalı"nda iştirak edən ilk Azərbaycan dilində çəkilmiş film olub. "Qolçaq" filmi isə Azərbaycan dilində olduğu üçün "Fəcr Beynəlxalq Film Festivalı"na buraxılmayıb. Əsgər Yusifinejad 1969-cu ildə Təbrizdə anadan olub. Tehranda İran Radio ve Televiziya Universitetini bitirib. 1989-cu ildən rejissor, yazıçı və prodüser kimi fəaliyyət göstərib. 2022-ci il sentyabr ayında beyninə qan sızdığı üçün xəstəxanaya aparılıb. Daha sonra əməliyyat olunub. Sentyabın 13-də səhər saatlarında insult nəticəsində həyatını itirib.
İncəsənət əsəri
İncəsənət əsəri bir estetik fiziki maddə və ya bədii yaradıcılıq nümunəsidir. Ədəbiyyat və musiqi əsərləri də daxil olmaqla, incəsənət hesab edilən hər hansısa bir əsər istisna olmaqla, bu terminlər, ilk növbədə təsviri incəsənətin maddi, daşına bilən formalarına aiddir. Təsviri incəsənətdə sənət əsəri peşəkar olaraq müəyyən edilmiş və ya ilk növbədə müstəqil estetik funksiyanı yerinə yetirməsi düşünülən fiziki iki və ya üç ölçülü obyektdir.
Əsgər Əsgərov
Əsgər Əsgərov (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü
Musa Əsgərov (əsgər)
Nadir Əsgərov (əsgər)
Rüfət Əsgərov (əsgər)
Təbriz Əsgərov (əsgər)
Vüqar Əsgərov (əsgər)
Əsgər Əsgərov (jurnalist)
Əsgər Fərhad oğlu Əsgərov (14 mart 1936, Qaraçanta, Amasiya rayonu) — SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986), "Təbib" nəşriyyatının baş redaktoru (2009) Əsgər Əsgərov 14 mart 1936-cı ildə Ağbaba-Şörəyel mahalının (Amasiya rayonu) Qaraçanta (sonradan Əzizbəyov) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə rayon mərkəzində almışdır. 1955-ci ildə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə tarix-filologiya fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra Amasiyada Yeniyol kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1960), "Kolxozçu tribunası" rayon qəzetində ədəbi işçi, yerli radio verilişlərində təşkilatçı-redaktor (1960–1963), Amasiya orta məktəbində müəllim (1963–1965) işləmişdir. 1965-ci ildə Amasiya rayon Komsomol Komitəsinin birinci katibi seçilmişdir. 1967-ci ilin fevralında İrəvanda "Sovet Ermənistanı" respublika qəzetində şöbə müdiri, 1978-ci ildən isə qəzetdə məsul katib işləmişdir. Sov.İKP MK yanında Moskva İctimai Elmlər Akademiyasının məzunudur (1978). 1986-cı ildən Bakı şəhərinə köçmüş və Abşeron rayonunda rəhbər vəzifələrdə çalışmış (1986–1993), Abşeron rayon Dövlət arxivinin müdiri olmuşdur (1993–2008). 2009-cu ildən Azərbaycan Tibb Universiteti "Təbib" nəşriyyatının baş redaktorudur. 1967-ci ildən SSRİ Jurnalistlər Birliyinin üzvü, 1986-cı ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əsgər Əsgərovun vaxtaşırı respublika mətbuatında, dövrü nəşrlərdə məqalələri, oçerkləri çap olunur.
Əsgər Əsgərov (rəssam)
Əsgər Əsgərov (1948 – 14 avqust 2017) — Azərbaycan rəssamı. 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1975–1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil almışdır. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində iştirak etmişdir. 1973-cü ildə Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak etmişdir. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir. Bakı Rəssamlıq Gimnaziyasında müəllim kimi çalışmışdır.
Senecio esleri
Senecio esleri (lat. Senecio esleri) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.