Aruş
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir.
== Tarixi ==
Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir.Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur. Məsələn, Məlikballı (Məlikbabalı)- Ucar r.), Məlikcanlı- Xocavənd r.), Məlikçobanlı (Ağsu r.), Məlikəhmədli (Qubadlı r.), Məlikkənd (Göyçay r.), Məlikqasımlı (perimbel tayfasının bir qolu kimi qeyd olunur-Cəlilabad r.), Məliklər (Dəvəçi r.), Məlikli (Qəbələ, Zəngilan, Zərdab) və s. Q.Qeybullayev Yardımlı rayonundakı Arus oykoniminin Orus (Urus) etnonimi ilə bağlı olduğunu qeyd edir.