Arutunaqomer

Qızılqaya (əvvəlki adı: Arutunaqomer) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Arutunaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Arutunaqomer kəndi Qızılqaya kəndi adlandırılmışdır.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Qızılqaya
40°07′32″ şm. e. 46°30′58″ ş. u.
Ölkə
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qızılqaya xəritədə
Qızılqaya
Qızılqaya
Qızılqaya xəritədə
Qızılqaya
Qızılqaya

Toponimikası[redaktə | mənbəni redaktə et]

Artunaqomer kəndinin keçmiş adı Qızılqaya olmuşdur. Keçən əsrdə ermənilərin dəyişdirdikləri adlardandır. XX əsrin 1930-cu illərində kəndin ərazisində erməni ailələri məskunlaşdıqdan sonra onu Arutyunoqomer (Aryutun şəxs adı və qomer erm. "tövlə, sığırxana" sözündən) adlandırmışdılar. Ermənicə Artunaqomer "Artun pəyəsi" deməkdir. Kənd ərazisindəki Qızılqaya adlı oroqrafik obyektin adını daşıyır. 1992-ci ildən kəndin adı yenidən Qızılqaya kimi rəsmiləşdirilmişdir.[3]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Tərtərçaydan bir qədər aralı, dağ ətəyində yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
  3. Qızılqaya (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]