Köhnə dəbdə layla demək köhnəlib artıq; Bəs neyləyək?
Bilirəm, əziz tutub babaların dəbini. Unutmayıb Babəkin o döyüş məktəbini.
// Moda.
[Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don geymişdi.
□ Dəb düşmək – ümumi adət və vərdiş halını almaq, moda olmaq.
[Tahirzadə:] Məsmə bacı, indi bu çox dəb düşən sözdür.
Dəb salmaq (gətirmək) – olmayan bir şeyi xalq arasında yaymaq, adət halına salmaq.
Köhnə kəndə təzə dəb salmaq (gətirmək). ( ).
[Cahan:] O gün ola, balam, toy edəsən, qız alasan; Evlənmək işini aramıza dəb salasan.
Dəbdən düşmək (çıxmaq) – adət halından çıxmaq; vaxtı keçdiyi, dövrü ötdüyü üçün daha işlənməmək, ortadan qalxmaq.
Biz din və təriqətin dəbdən düşən, hörmət və etibarını itirən … bir dövrdə dünyaya gəldik.