EL-YURD

сущ. собир. край, родина, народ
EL-ULUS
ELAM
OBASTAN VİKİ
Yurd
Yurd — bir şəxsin doğulduğu, əslən gəldiyi yer, vətəni, vətəndaşı olduğu ölkə, həmçinin fərd ilə cəmiyyət arasında, vətəndaş ilə dövlət arasında, şəxsiyyət ilə mərkəzləşdirilmiş ideoloji sistem arasında münasibətlər modeli. == Etimologiyası == "Yurd" sözü qədim türk mənşəlidir. Sevan Nişanyana görə, bu söz qədim türkcədə "ur-" feilindən "+ut" şəkilçisi ilə törəmiş ola bilər, lakin bu dəqiq deyil. Sözün ilkin mənası "çadır" və "oba", həmçinin "məskən" demək idi. == İkinci yurd == "İkinci yurd" bir şəxsə sığınacaq verən, doğma olmuş yerdir. . Əgər bir insan yaşadığı ölkəni dəyişirsə, bu milli quruluşun mədəniyyətinə yiyələnirsə və yeni ölkəyə intuitiv şüurlu bağlılıq inkişaf etdirərsə, yeni yaşayış ölkəsi onun üçün "yeni yurd" ola bilər. == Yurdun təsviri == Təbii və insan yaradıcılığı ilə yaradılmış yurd təsvirləri onun kimliyinin şüurlu və şüursuz dərkini formalaşdırır, ona münasibəti əvvəlcədən müəyyən edir. İncəsənətdə yaradılmış yurd obrazları kimliyin ona aid olduğunu hiss etməyə imkan yaradır. Yurd obrazları da dövlət ideologiyası sistemində şüurlu quruculuğun nəticəsi ola bilər. == Həmçinin bax == İlk vətən Qohumluq münasibətləri Ana dili == İstinadlar == == Əlavə ədəbiyyat == Андерсон Б. Воображаемые сообщества.
El
El — türklərin qurumudur. Yarımköçərilər əsaən el quruluşuna malik olurdular. == Ümumi məlumat == Azərbaycan ellərində daxili bölgü bir düstura əsaslanırdı: eldən-evə. Bu düsturun ayrıntılarına varıb bildirək ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü. Özbəklərdə bu bölgü bir az fərqlidir. Onlarda ulus-el-boy-uruq ayrıntısı var. Vəfik paşanın lüğətində də bölgü bu cürdür. Həmin lüğətdə yazılır: «Ulus elə bölünür, el oymağa, oymaq boya, boy da uruğa ayrılır». Ərəblərdə əşirətin şəb-qəbilə-əmarə-bətn-fəhz-fəsilə bölgüsü var. Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər.
Eger-Yurd
Eger-Yurd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Coğrafiyası və iqlimi == Egeryurd Kəlbəcər rayonu ərazisində dağ. Hündürlüyü 2167 m. Oronim haqqında tədqiqatçıların bir qismi xalq etimologiyasına əsaslanaraq belə ehtimal edirlər ki, dağ uzaqdan at yəhərinə oxşadığına görə Yəhərdağ adlanmış, rusdilli xəritələrdə isə təhrif olunaraq Eqeryurd kimi qeydə alınmışdır. Tədqiqatçıların digər qismi isə bu fikirdədir ki, toponim qədim türk dillərindəki eqer (yayda ev heyvanlarının saxlandığı düşərgə) və yurd komponentlərindən düzəlib, elatların yaylaq yurdları ilə bağlı yaranmış coğrafi adlardandır.
Yurd (dəqiqləşdirmə)
Yurd — İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən. Yurd (jurnal) — İraq türkmənlərin ilk rəsmi mətbu orqanı. Yurd (qəzet) — 1970-ci ildə Bağdad şəhərində çap olunmuş qəzet.
Yurd (jurnal)
"Yurd" (jurnal) — türkmənlərin ilk rəsmi mətbu orqanı. == Məlumat == 1970-ci il yanvarın 24-ü türkmənların mədəniyyət hüquqlarının fonunda türkmən dilində fəaliyyətə başlayan “Yurd” jurnalının meydana gəlməsi türkmən mətbuatının inkişafı üçün vacib addım oldu. 1972-ci il iyunun 18-də işıq üzü görmüş “Yurd” jurnalı türkmənların ilk rəsmi mətbu orqanı olması ilə yanaşı, İraq-türkmən mədəniyyəti, ədəbiyyatının yaşamasına və inkişafına öncüllük etmişdir. Otuz üç il fəaliyyət göstərmiş “Yurd” jurnalı İraqın əvvəlki qəzet və jurnalları kimi Amerika işğalından sonra bağlanıb. Jurnalın son sayı 2003-cü il martın 15-də işıq üzü görüb.
Yurd (qəzet)
"Yurd" (qəzet) — 1970-ci ildə Bağdad şəhərində çap olunmuş qəzet. == Məlumat == Yurd qəzeti 1970-ci ildə Bağdad şəhərində çap olunmuşdur. 1970-ci il 24 yanvarda “Yurd” qəzeti fəaliyyətə başlayıb. “Yurd” qəzetinin ilk sayı 1970-ci il 18 iyunda işıq üzü görüb. 8 səhifəlik qəzetin baş məsul işçisi Abdullətif Bəndəroğlu, baş yazarı Tariq Abdulbaqi idi. O, qəzetin ikinci ilinin sonuna qədər fəaliyyətini davam etdirib, ondan sonra Sinan Səid 1972-ci il 20 iyulda yazı işləri katibi olub. Sinan Səid 1973-cü il fevral ayının 21-nə qədər bu vəzifəni yerinə yetirib. Qəzetin çapından bu günə kimi Abdullətif Bəndəroğlu həm baş redaktor, həm də qəzetin məsul rəhbəri olub. “Yurd” 345-ci sayına qədər 8 səhifəlik çıxmış və normal qəzet formasını qoruya bilmişdir. Qəzetin səhifələrində siyasi, tarixi, ictimai, elmi, iqtisadi, idman və folklor mövzusunda məqalələrə yer verilmişdir.
Yurd iyesi
Yurd iyəsi — türk, tatar və altay mifologiyasında məmləkətin qoruyucu ruhu. Əslində Ev iyəsi ilə də əlaqəlidir. Çünki yurd eyni zamanda çadır deməkdir. Məna genişlənməsi vətənin qoruyucu ruhu mənasına da gəldiyi də deyilə bilər. Kimi mədəniyyətlərdə çadırdaki ocaqda yaşadığına inanılır. == Şəhər iyəsi == Şəhər iyəsi - türk və altay xalq inancında vilayət ruhu. İl iyəsi, Hula (Kula) iyəsi və monqolca Kota Ezen olaraq da bilinər. Yurd iyəsine çox bənzər və əlaqəli bir varlıqdır. Şəhərin və ya bir məskun yerin qoruyucu ruhudur. Hər şəhər üçün fərqli bir iye vardır.
Yurd iyəsi

Yurd yeri
Yurd yeri — 1994-cü il Azərbaycan istehsalı dram janrında film. == Məzmun == Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar.
Babil (el)
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Bağdad (el)
Bağdad mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bağdad mühafəzəsinin ərazisi 734 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 5.423.964 nəfər, inzibati mərkəzi Bağdad şəhəridir .Bağdad elində 50 min türkman ailəsi məskunlaşmışdır . Vilayətin əhalisi 2007-ci ilə olan rəsmi təxminə əsasən 7,145,470 nəfərdir.
Bəsrə (el)
Bəsrə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bəsrə mühafəzəsinin ərzisi 19.070 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.556.445 nəfər, inzibati mərkəzi Bəsrə şəhəridir.
Diyalə (el)
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Dohuk (el)
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dəhuk (el)

EL TV
EL TV — 2009-cu ildə Yevlax şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == EL Televiziya Şirkəti 2 mart 2009-cu ildə yaradılmış, 17 iyul 2009-cu il tarixində isə yayıma başlamışdır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən regionların sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsidir. Ötən 5 il ərzində EL TV bölgənin ictimai həyatında aktiv iştirak edən KİV kimi öz mövqeyini möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "EL TV" kanalının efir vaxtı 19 saatdır. Yayımının 73,3%-ni şəxsi istehsalı olan, 8,3%-ni digər yerli telekanallar və prodüser mərkəzləri tərəfindan istehsal olunan, 18,4%-ni isə xaricdə istehsal olunan proqramlar təşkil edir. Xəbər verilişlərin sayi, vaxtı, uzunluğu – 5 dəfə, 09:00 (səhər proqramının içində, 15 dəq.), 13:30, 16:30, 20:30 (əsas buraxılış, 30 dəq), 23:30 buraxılışları 15 dəqiqə həcmindədir. Kanalın efir vaxtının 6 %-i xəbərlərdən, 17,6%-i musiqili ə əyləncəli verilişlərdən, 33,1%-i idrak və informasiya verilişlərindən, 2,2 %-i postprodakşn proqramlarından, 1,8%-i seriallardan, 18,4 %-i xarici bədii filmlərdən, 1,1 %- Azərbaycan filmlərindən, 3,7 %-i sənədli filmlərdən, 7,5 %-i İctimai – siyasi və sosial proqramlardan, 1,5 %-i uşaq verilişləridən, 3,3 %- cizgi filmlərdən, 1,1 %-i idman proqramlarından, 2,7 %-i isə digər proqramlardan ibarətdir. 19 sentyabr 2016-cı il tarixində "EL TV" olan telekanalın adı dəyişdirələrək "ARB Aran" olmuşdur.
El'man
El'man (18 noyabr 1993, Sumqayıt) — Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı. == Həyatı == Elman 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olmuşdur. Zeynalov hələ uşaq ikən, ailəsi Rostov-Don şəhərinə köçdü. Müğənni Azərbaycan dilini xatırlayır (zəif bilirdi), amma ona mahnı yazmaq üçün yetərli deyildi. 20 nömrəli məktəbi bitirdikdən sonra Elman Rostov Dövlət Dəmiryol Mühəndisliyi Universitetinə daxil oldu. Uşaqlıqdan çox müstəqil olan Elman 17 yaşında valideynlərindən uzaqlaşdı. Zeynalov musiqi və mahnı oxumağa nisbətən gec - məktəbdən sonra başladı. Nəticədə bu sahədəki uğur Elmanı yaradıcılığa qədəm qoymağa ruhlandırdı. EL'MAN ləqəbi ilə Zeynalov rap və R'n'B mahnılarını yazmağa, partilərdə çıxış etməyə və Rostovda solo konsert verməyə başladı. Bir neçə il ərzində, təcrübəsiz sənətçi həmyerliləri arasında çoxlu fanat qazanır.
El-Gölü
El-Gölü və ya digər adıyla Şah Gölü — Təbriz şəhərində tarixi milli park və parkın adını daşıdığı böyük süni göl. Bu parkın əsas diqqət çəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır. == Etimalogiyası == Eyni adlı məhəllənin adı 1917-ci ildə İranın ilk siyahıyaalınmasında Şah Gölü məhəlləsi olaraq qeyd olunmuşdur və burada 576 sakin yaşayırdı. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra park və məhəllənin adı "El Gölü" yəni xalqın gölü adıyla əvəz olundu. Rəsmi sənədlərdə də El Gölü adlnan park İranın Milli abidələrinin siyahıyaalınmasında bu şəkildə qeyd olunmuşur. Tarixçi Bəhruz Xamaçi "Şah Gölü" adındakı şah sözünün başçı mənasında yox, əzəmətli və böyük mənasında işlədilyini irəli sürmüşdür. Digər bir tarixçi Viblerə görə Şah Gölü sözünün mənası hovuzların şahı deməkdir.
El-Hierro
İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir. == Etimologiya == Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir. == Coğrafiya == İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir.
El-Nino
Cənub tərəddüdü və El-Nino (isp. El Niño — oğlan; oğlan uşağı) – bu qlobal okean atmosfer hadisəsidir. El-Nino Sakit okeanın xarakterik cəhətidir. El-Nino və La-Nina (isp. La Niña — qız, qız uşağı) Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığıdır. Bu hadisələrin adları yerli əhalinin ispan dilindən götürülmüş və elmə ilk dəfə 1923-cü ildə Hilbert Tomas Volker tərfindən gətirilmişdir. Onların cənub yarımkürəsinə təsirini qiymətləndirmək çətindir. Cənub tərəddüdü Taiti adası və Avstraliyanın Darvin şəhəri arasındakı hava təzyiqinin aylıq və mövsümi qərarsızlığını əks edir.
El-Ninyo

El Sadar
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
El Salvador
Salvador və ya El Salvador — Şimali Amerikada yerləşən və təxminən 6.9 milyonluq əhaliyə sahib ölkə. Ölkə qərbdə Qvatemalaya, şimal və şərqdə Hondurasa və cənubda Sakit okeanla qonşudur. Salvador Amerika anakarasının əhali sıxlığı ən çox olan ölkəsidir (xüsusilə paytaxt San-Salvador) və ayrıca bölgənin ən sənayeləşmiş ölkəsidir.
El gölü
El-Gölü və ya digər adıyla Şah Gölü — Təbriz şəhərində tarixi milli park və parkın adını daşıdığı böyük süni göl. Bu parkın əsas diqqət çəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır. == Etimalogiyası == Eyni adlı məhəllənin adı 1917-ci ildə İranın ilk siyahıyaalınmasında Şah Gölü məhəlləsi olaraq qeyd olunmuşdur və burada 576 sakin yaşayırdı. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra park və məhəllənin adı "El Gölü" yəni xalqın gölü adıyla əvəz olundu. Rəsmi sənədlərdə də El Gölü adlnan park İranın Milli abidələrinin siyahıyaalınmasında bu şəkildə qeyd olunmuşur. Tarixçi Bəhruz Xamaçi "Şah Gölü" adındakı şah sözünün başçı mənasında yox, əzəmətli və böyük mənasında işlədilyini irəli sürmüşdür. Digər bir tarixçi Viblerə görə Şah Gölü sözünün mənası hovuzların şahı deməkdir.
El yallısı
El yallısı (iki ayaq) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ifa olunan "El yallısı" 3 hissədən və getdikcə artan tempdən ibarət olan yallı növü. İştirakçıların kiçik barmaqları bir-biri ilə birləşmiş və aşağı salınmış vəziyyətdə ifa etdikləri "El yallısı" sadə hərəkətlidir, lakin ifa edilməsi çətindir. Naxçıvan şəhərində, Şahbuz rayonunun toy şənliklərində yallı həvəskarları tərəfindən yüksək zövqlə ifa edilərək yaşadılır.

Digər lüğətlərdə