KƏMƏND

is.
1. Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucuilməkli uzun ip.
[Dəmirçioğlu] axırda belindən kəməndini açıb, qayaya atdı. Koroğlu”.

// Ovda heyvanı və ya xam atı tutmaq üçün işlədilən həmin ip.
[Dərviş:] Bir dəfə xam at tuturduq, at Ruqiyyənin yanından keçən zaman Ruqiyyənin əlindən kəmənd çıxdı. A.Divanbəyoğlu.
Beyrək qulaylanıb kəməndi atdı. M.Rzaquluzadə.

// İlmək, bağ, düyün.
□ Kəməndə düşmək1) kəməndlə tutulmaq (at və s. haqqında). Göy ürkəyə kəmənd atdılar.
At kəməndə düşdü. Ə.Vəliyev;

2) məc. tora düşmək.
2. klas. Şairanə təşbehlərdə gözəlin saçına, zülfünə işarə.
O tari-zülfə əsirəm, şikayətim çoxdur; Özüm kəməndinə bağlanmışam iradə ilə. S.Ə.Şirvani.

□ Kəmənd kimi – şairanə təşbehlərdə.
Kəmənd kimi tökülübdür gərdənə; Dönübdür sərasər şahmara tellər. M.P.Vaqif.

◊ Kəməndə keçmək (düşmək) – ilişmək, dolaşmaq, tora düşmək, hiylənin qurbanı olmaq.
[Qulu:] Qoca elə kəməndə keçməyib ki, qurtara bilsin. N.Vəzirov.

Kəməndə salmaq – tora salmaq, hiylə ilə tutmaq.
Çərxifələk saldı məni kəməndə; Buların oduna düşmüşəm mən də. Aşıq Ələsgər.
Şirin söz ilə saldı o, ahunu kəməndə. M.Ə.Sabir.
[Təlxək əcinnə:] Xoş gördük, ay mənim gülüm! Yenə kimi kəməndə salıbsan? Ə.Haqverdiyev.

Этимология

  • KƏMƏND Fars mənşəlidir, “ilgək” (петля) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KƏMƏDƏBLİK
KƏMƏNDÇİ
OBASTAN VİKİ
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Zaman kəməndi
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.

Значение слова в других словарях

аминокислота́ зару́бщица защу́ривание калы́мщик отма́заться по дела́м подъёмщица смотри́льня гарни́ровать земля́к эруди́тка эстети́чный голубь посад aberrant cyclitis dog-tail forcible irreverence pace-setter perpetrate Rosicrucian начиная прорубать стручок