XANI

I
сущ. зоол. окунь (пресноводная рыба зеленовато-желтой с черными поперечными полосами окраски и с красноватыми нижними плавниками). Çay xanısı речной окунь
II
прил. окунёвый. Xanı şorbası окунёвая уха
XANƏNİŞİN
XANIBALIĞI
OBASTAN VİKİ
Dost Məhəmməd (Moğolustan xanı)
Dost Məhəmməd xan (Uyğurca: دوست‌محمد خان‎); 1440—1469) — Moğolustan hakimi, Əsən Buğa xanın oğlu. Atası Əsən Buğa xan Sultan Üveys xan oğlu 1462-ci ildə vəfat edəndən sonra hakimiyyətə yiyələndi. Onun Moğolustan taxtına əyləşməsində Duqlat tayfasının böyük yardımı olmuşdu. Dostməhəmməd xan 1469-cu ildə vəfat etdi. Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Xanı balığı
Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü. Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır. DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir.
Mahmud (Kazan xanı)
Mahmud xan — Kazan xanlığının 2-ci xanıdır. Uluq Məhəmmədin böyük oğludur. 1445-ci ildə Suzdal döyüşündə tatar ordularına başçılıq etmiş və II Vasilini əsir götürmüşdü. Onun dövründə ruslar Mahmud xanın qardaşı Qasım xana torpaqlar verərək onun üçün dövlət yaratdılar və Qasım xanlığı beləliklə iki dövlətin arasında bufer rolunu oynadı.
Xəlil (Kazan xanı)
Xəlil xan (XV əsr – 1467, Kazan) — Mahmudın ən böyük oğlu idi. Övladsız olmuş və az hakimiyyətdə qalmışdır. Yerinə daha sonra həyat yoldaşı ilə də evlənəcək olan qardaşı İbrahim keçmişdir.
Fətəli xan (Quba xanı)
Fətəli xan və ya Fəth Əli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.
Fətəli xan (Şəki xanı)
Fətəli xan — Şəki xanı. Məhəmmədhüseyn xanın ikinci oğlu. "Möhnəti" təxəllüsü ilə şeirlər də yazıb. 1780-cı ilin avqust ayında atası Məhəmmədhüseyn xan öz iqamətgahı Nuxa qalasında ikən, qala qəfildən Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin adamları tərəfindən tutulur. Məhəmmədhüseyn xan özü tikdirdiyi Qurğuşunlu otaqda oğlu Fətəli ağa ilə birlikdə basqınçılara müqavimət göstərir, "yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür.". Məhəmmədhüseyn xan silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin əlinə keçir. Bir neçə il sonra Məhəmmədhüseyn xanın əvvəllər ölmüş hesab edilən oğlu Məmmədhəsən ağa Qarabağda peyda olur. O, özünə qoşun toplayıb, tezliklə Şəkini ələ keçirir, Hacı Əbdülqadir xanı tutub öldürtdürür və Şəki xanı olur. Məhəmmədhəsən xanın qardaşı Fətəli xanın oğlu Kərim ağa Şəkixanov yazır ki, "Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır.
Hüseyn xan (Şəki xanı)
Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi.
Hüseynqulu xan (Bakı xanı)
Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu — 1792-1806 - cı illərdə Bakı xanı. Huseynqulu xan I Mirzə Məhəmməd xanın nəvəsidir. Hüseynqulu xan 1792-ci ildə əmisi Məhəmmədqulu xanın vəfatından sonra taxta çıxmışdır. O, yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib, 14 il, 1806-cı ildə ruslar Bakını alanadək burada hakimlik edib 1792-1806-cı illərdə hakimiyyətdə olmuş Hüseynqulu xan olduqca mürəkkəb beynəlxalq şəraitdə Rusiya və Qacarların idarə etdiyi İran arasında manevr etməli olur. Rusiya imperatriçəsi II Yekaterinanın fərmanı ilə Rusiyanın himayəsinə keçən Hüseynqulu xan rus ordusunun Azərbaycanı tərk etməsindən sonra Ağa Məhəmməd şah Qacara meyil edir. Qacarın qətlindən sonra Bakı xanlığı yenidən müstəqilliyini bərpa edir. XIX əsrin əvvəlində Bakı xanlığı uğrunda dövlətlərarası mübarizə yenidən kəskinləşir. 1803-cü ildə yenidən Rusiyadan asılılığı qəbul edən Hüseynqulu xan az sonra bu asılılıqdan imtina edir. Bakı xanı Hüseynqulu xan qaçandan 20 il sonra yenidən qoşun yığıb Abşeronu ruslardan azad edir. Amma İçərişəhəri ala bilmir və rus qarnizonunu mühasirədə saxlamağı bacarır.
Hüseynəli xan (Quba xanı)
Hüseynəli xan — 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı. 1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə 1726-cı il oktyabrın 20-də Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andının içməsi bildirilir. Andda deyilirdi: "Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriçə əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriçə əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına mən öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm". Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına mübarizədə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi. 1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan, Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qəyyumlar ayrıldı. Əfrasiyab naib, Fəraməz isə nazir oldu.
Kerey xan (Qazax xanı)
Kerey xan və ya Girey Xan (qazax türkcəsində: Керей хан; 1425 – 1473, Qazax xanlığı) — 1465-1468 illərində ilk Qazax xanı. Əmisi oğlu Canıbəy xanla birgə Qazax xanlığını qurmuşdur. Qızıl Orda və sonradan Ağ Orda xaqanı olmuş Uruz xanın nəticəsidir. Bolat Sultanın oğludur. Burunduq xanın atası. 1468-ci ildə baş vermiş Qazax-Şeybani savaşı nəticəsində həyatını itirmişdir. Ölümündən sonra taxta əmisi oğlu Canıbəy keçmişdir. Çingizlilər xanədanının türkləşmiş Törə sülaləsindəndir.
Mustafa xan (Şamaxı xanı)
Mustafa xan Xançobanlı (d. 1768 – ö. 17 sentyabr 1844) — sonuncu Şirvan xanı. Mustafa xan Ağası xan oğlu Şamaxı şəhərində anadan olmuşdu. О xeyli qaçqın həyat sürdükdən sоnra 1792-ci ildən xanlıq kürsüsünə sahib оldu. Bir zaman Azərbaycan xanlıqlarına və xanlarına qənim kəsilmiş Fətəli xan Qubalının əlindən canını götürüb qaçaraq Qarabağ xanlığına pənah gətirmiş оlan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qоlları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildi. Оnları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı. Bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və оradan da Avarstana getdilər. Оrada da qala bilməyən xanzadələr Qarabağa və оradan da Türkiyəyə getdilər.
Məhəmmədhəsən xan (Şəki xanı)
Məhəmmədhəsən xan və ya Məhəmməd Həsən xan, Məhəmmədhəsən ağa (Şəki xanı olana qədər). Şəki xanı. Məhəmmədhüseyn xanın oğlu.(≈1760—5.9.1831) Atası Məhəmmədhüseyn xan Şəki xanı olduğu zamanlarda, atasının əmisi Hacı Əbdülqadir 1770-ci ildən başına bir dəstə yığıb, Qanıxçayın Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da Hacı Əbdülqadirin Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər. Məhəmmədhüseyn xan oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadir xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir. 1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər, "səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər.
Məhəmmədqulu xan (Bakı xanı)
Məhəmmədqulu xan (Bakı – 1792, Bakı) — Bakının altıncı xanı. Məlik Məhəmməd xanın kiçik qardaşı və I Mirzə Məhəmməd xanın oğlu idi, doğum tarixi məlum deyil. Fətəli xanın ölümündən bəri həm yeni Quba xanı Əhməd xanın, həm də qardaşı oğlu II Mirzə Məhəmmədın təcrübəsizliyindən istifadə edərək Bakı xanlığını qəsb etməyə çalışırdı. Xanlığa layiq görüldüyü təqdirdə iddialı Əhməd xanı sədaqəti ilə əmin etdi. Əhməd xan 1791-ci ildə Məhəmmədqulu ağanın taxtda oturması üçün Bakıya qoşun göndərdi. Bakı ordusu cəmi 500 nəfərdən ibarət olduğundan Mirzə Məhəmməd həmin il əmisinin xeyrinə imtina etdi. Ancaq Əhməd xana tabe olmayaraq, xərac vermədi. Quba xanı keçmiş xana olan bağlılığını dəyişdirdi və Bakını mühasirəyə aldı, Məhəmmədqulu şəhər xalqının köməyi ilə onun qüvvələrini məğlub etdi. Əhməd xan 1791-ci il mart ayında vəfat etdi və onun yerinə 13 yaşlı qardaşı Şeyxəli xan gəldi. Mirzə Məhəmmədə yenidən Bakıya yürüş etmək üçün ordu verildi.
Məhəmmədəli xan (Kokand xanı)
Məhəmmədəli xan (1808-1842) — 1822-1842-ci illərdə Kokand xanlığını idarə etmiş hakim. Atası Ömər xan 1822-ci ildə xəstələnib vəfat etdiyi zaman, taxtına o zamanlar 15 yaşlarında olan Məhəmmədəli xan (Madali) oturmuşdur. Atası kimi adil və dindar bir hökmdar olan Məhəmmədəli xana, Kokand xalqı muadil vəya Məhəmmədəlinin qısaltması olarak “Madali” deyə xitab etmişdir. Məhəmmədəli xan, atasının bıraxdığı qanun-qaidə üzərində ayaqda qalmış, Kokandlılar asudə bir dövr və könül xoşnutluğu içində olmuşdular. Dövlət iqtisadiyyatının inkişaf etdiyi, xəzinənin zənginləştiyi, Kokandda böyük bir mədrəsənin tikildiyi, Fərqanə vadisində sulama sistəmi gəliştirilərək “Xan Arik” dənilən büyük kanalların açıldığı bu dönəmdə, Məhəmmədəli xanın ilk icraatı kardəşi Mahmut Xanı və akrabalarını sürgünə göndərmək olmuştur. Kokand taxtı üzərindəki hakimiyətini sağlamlaştıran Madali, Kokand daxilindəki Qırğız, Qıpçaq və digər köçərilər arasında ekonomik və siyasi istiqrarı sağlamış, onları oturaq həyata keçirəbilmək için yeni yərləşim alanları və xəstəxanalar qurmuşdur. Kokand xanlığının ən güclü olduğu və ən geniş sınırlara çatdığı Məhəmmədəli xan dönəmində öncəliklə Pamir, Bədaxşan, Xocənd, Daşkənd, Cənubi Qazaxıstan, Qaşqar ilə Qırğızistanın tamamı Kokand xanlığının hakimiyəti altına girmiştir. Ardından Çin üzərinə yönələn Madali, 1826-cı ildə Qaşqar əski hökmdarlarının soyundan olan Cahangir Xocanın dəvəti üzərinə Şərqi Türksitana qüvvə göndərmiş və Gülbağ deyilən mövqedə Çinlilər (Hıtay) ilə savaşarak qazi ləqəbini almışdır. İbrətinin vərmiş olduğu bilgilərə görə, o zamana qədər Kokand xanlarından heç kimsə küffar ilə muharibə qılmamış və qazilik lakabına nail olmamıştır. Çindəki Hocalar və Qırğızların isyanına dəstək verən Məhəmmədəli xan, Minyol, Qaşqar, Yarkənt, Xotan və Aksu kimi şəhərləri də ələ keçirməyi başarmıştır.
Mənsur xan (Moğolustan xanı)
Mənsur xan (1484–1544) —1501–1522-illərdə Şərqi, 1501–1504-cü illərdə Mərkəzi, 1516–1544-cü illərdə Moğolustan hakimi, I Sultan Əhməd xanın oğlu. Mənsur xan Sultan Əhməd xan oğlu 1484-cü ildə anadan olmuşdu. Moğolustan hakimi I Sultan Mahmud xan 1502–1503-cü illərdə qardaşı Sultan Əhməd oğlanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə yollanmışdı. O zaman Mənsur xan Turfan dairəsinin hakimi idi.Şərqi və 1501-ci ildən Mərkəzi Moğolustan ona verildi.1504-cü ildə atası I Sultan Əhməd xanın vəfatından sonra Duqlat tayfası Əbubəkr mirzənin başçılığı ilə onu Mərkəzi Moğolustandan çıxarıb, Aksu şəhərinə yiyələndi. 1508-ci ildə I Sultan Mahmud xanın öldürülməsindən sonra qardaşları Sultan Xəlil oğlan və Sultan Səid oğlanla hakimiyyət uğrunda mübarizəyə başladı. Elə həmin ildə Almatı yaxınlığında Çarun-Çulanda onları məğlub etdi. Sultan Xəlil oğlan Fərqanəyə qaçdı və orda Məhəmməd Şeybani xan tərəfindən öldürüldü. Sultan Səid oğlan isə qaçıb Kabulda məskunlaşdı. Orda özünü bütün Moğolustanın hakimi elan etdi. Əlində isə ancaq Turfan və Çalış qalmışdı.
Qara xan (Talış xanı)
Seyid Cəmaləddin Mirzə bəy və ya xan olduqdan sonra bilinən adı ilə Qara xan — Talış xanlığının ilk müstəqil xanı. Qara xanın atası Seyid Abbas Məhəmməd Peyğəmbərin nəslindən gəlib Talış bölgəsinə gəlmə idi. O Boradigah kəndinin bəyi Əsəd bəylə yaxınlaşaraq onun qızı Ahu xanımla evlənir. Bu evlilikdən Seyid Cəmaləddin dünyaya gəlir. 1736-cı ildə Suqovuşandakı qurultayda Nadir şahın hakimiyyətini tanıyan Seyid Abbas bəy oğlu Seyid Cəmaləddini bəyi onun qulluğuna göndərir. Maraqlıdır ki Cəmaləddin bəy "Qara" ləqəbini bu qulluğda dərisinin rənginə görə almışdı. Seyid Cəmaləddin Dağıstan səfərində göstərdiyi igidliyə görə Nadir şahdan "xan" titulunu alır və Qara xan adlanmağa başlayır. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra vətənə qayıdan Qara xan Talış xanlığının taxtına çıxır. Qara xan ilk iş olaraq sərhədləri möhkəmləndirir, daimi ordu formalaşdırır. Mərkəzi hakimiyyəti gücləndirmək üçün narazı feodalların torpaqlarını xanlıq torpaqlarına əlavə edir.
Qasım xan (Qazax xanı)
Qasım xan(1445–1521) — Qazax xanlığının hökmdarı (1511–1521). Qazax xanlığının ən güçlü olduğu dönəm, XVI əsrin birinci çərəyində, özəlliklə Qasım xan (1511–1521) dönəmidir. Gerçəkdə o, xanlığı daha Burunduq dövründə idarə etməyə başlamışdı. Onun taxta çıxmasından sonra, Canıbək soyundan gələnlərin əlinə keçti. Burunduq ilə Qasım öz aralarında anlaşmazlıqlar yaşadığı sırada, Məhəmməd Şeybani Qazax torpaqlarına bir neçə dəfə hücum etdi. Qazax xanları da Türkistanın cənubundakı şəhərləri ilə Mavəraünnəhrə səfərlərə çıxdı. Məhəmməd Şeybaninin səfərlərindən (1509) birinə qatılan Fəzlullah bin Ruzbehan İsfəhani, məğlubiyyətə uğrayan Canıs Sultan ulusundan ələ keçirilən qənimətin çox böyük və çox çeşidli olduğunu söyləyir. O səfərdə, ev alətləri və əşyaları, geyəcək və hər cür ticari mallar ilə birlikdə arabalara yüklənmiş on mindən artıq Qazax keçə çadırı, çox sayda minik atları, inəklər, dəvələr və qoyunlar ələ keçmişdi. Bu bilgilər qazaxların sadəcə iqtisadi baxımdan nə qədər güclü olduqları haqqında deyil, eyni zamanda sürəkli savaşların onlara nə qədər böyük zərərlər verdiyi mövzusunda da bizə bəzi bilgilər verməkdədir. Şeybani xan qazaxlara qarşı apardığı üç səfərin nəticəsində, Qazax valilərini Türkistan bölgəsinin bayırına keçici olaraq atmakda bacarıqlı oldu.
Səfa Gəray (Qazan xanı)
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi 1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.
Səlim xan (Şəki xanı)
Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan ilə Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı ola bilmiş, lakin onun hakimiyyət dövrü də çox çəkməmiş, cəmi 3 aya yaxın davam etmişdir. Mənbələrdə Səlim xanın həyatının Şəkidə hakimiyyətə gəlişinə qədərki dövrü haqqında demək olar ki heç bir məlumat yoxdur. Bircə o göstərilir ki Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu “birütbə” saxlamasını və digər qardaşı Fətəli xanın gözlərini çıxartdırmasını gördükdən sonra “Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199 (1784/1785) olanda” (digər bir mənbədə 1795-ci illin mart ayında) Şəkidən Cara qaçmış və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında isə qardaşı Məhəmmədhəsən xan Şəki qoşunu ilə Muğanda – orada qışlayan İran şahı Ağa Məhəmməd şah Qacarın sərəncamında, olarkən Səlim xan Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Cardan Şəkiyə doğru hərəkət edir. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd şahdan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verir, Səlim xan məğlub olub geri çəkilir.
Şeyx Heydər (Özbək xanı)
Şeyx Heydər — Özbək xanlığının üçüncü hökmdarı. Əbülxeyr xanın oğlu idi. Hakimiyyət dövrü hərc-mərcliklə keçmişdir. Sibir xanlığını ələ keçirmiş İbak xan, Qazax xanlığının müstəqilliyini elan etmiş Kerey xan, Yadigar xanın oğlu Bureke sultan, Noqay Ordası bəyləri olan Musa və Yamqurçı, Böyük Orda xanı Əhməd arasında keçən vətəndaş müharibəsi gedişatında Şeyx Heydər 1471-ci ildə İbak xan tərəfindən öldürüldü. Kerey xan güc boşluğundan istifadə edərək Mərkəzi Asiyanın ən güclü hakiminə çevrildi. Şeyx Heydərin qardaşı oğlu 20 yaşlı Məhəmməd Şeybani isə özünə sadiq bir ordu ilə Teymurilərə təslim oldu. Почекаев Р. Ю. Цари ордынские. Биографии ханов и правителей Золотой Орды. — СПб.: Евразия, 2010. — С. 215.
Şeyxəli xan (Quba xanı)
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Əbdülkərim xan (Yarkənd xanı)
Əbdülkərim xan (1529, Yarkənd – 1591) — Yarkənd xanlığının hakimi. Əbdürrəşid xanın 1559da ölümü üzərinə on üç oğullarından ikincisi olan Əbdülkərim xan, qardaşlarının dəstəyi ilə taxta çıxmışdır. Nə var ki, Əbdülkərim xan bütün səylərinə baxmayaraq ölkənin yenidən şəhər dəvlətləri halına gəlməsinə və birbiri ilə uğraşaraq həm məmləkətin, həm də xalqın zərər görməsinə əngəl olamamışdır. Ölkəsinin və xalqının bütünlüyünü yaratma ümidi ilə Qərbi Türkistanda yetişmiş böyük din alimlərindən Əhməd Qazani (Məhdum-i Əzəm)nin oğullarından Xoca İshaq Vəlini Şərqi Türkistana çağırmışdır. Xoca İshaq Vəli, bütün Şərqi Türkistanı dolaşaraq müsəlmanların qardaş olduğunu birbirlərinə yardım edərək ölkənin və insanların birlik və bərabərliyini qorumaları gərəkdiyini anlatmağa çalışmışdır. Xoca İshaq Vəli bu çalışmalarında bəzi yöndən uğurlu olmuş və ölkənin parçalanmaya getməsinə əngəl olmuşdur. Fəqət Xoca İshaq Vəlinin bu təsirləri ölkənin şərqi bölgələrinin hakimi olan Əbdüllətif xan (1614–1624) tərəfindən, Əbdülkərim xanın yerinə keçən oğulları Məhəmməd xan ilə Şücaəddin Əhməd xan və Abdulla xana hökmranlıq yönündən yarar qazandıracağı düşüncəsiylə Əhməd Qazani (Mahmud-i Əzəm)nin ilk xanımından olan böyük oğlu Xoca Kalan (Məhəmməd Əmin)ı Yarkəndə çağırması Şərqi Türkistanın yazğısına təsir edəcək hadisələrin inkişaf etməsinə səbəb olmuşdur. Çünki bu iki qardaş xocanın ölümündən sonra oğulları böyük bir çəkişməyə girərək ölkəyə fayda yerinə, zərər gətirmişdilər. Xoca İshaq Vəlinin oğulları İshaqiyyə və ya Karatağlık adıyla, qardaşı Xoca Kalanın oğulları da Afaqiyyə vəya Aktağlık adıyla ayrı görüşləri müdafiə edən iki dini qrup olaraq qırğın-qada savaşıma girmələri ölkəni yeni bir dönəmə sürükləmişdir ki, bu dönəmə "Xocalar dövrü" deyilmişdir. Ölkəni öz təsirində tutmaq üçün Xoca İshaq Vəlini Şərqi Türkistana yardıma çağıran Əbdülkərim xanın bu hərəkəti yalnız dini mövzularda deyil, eyni zamanda siyasi sahədə də hadisələrin sürətləhızla inkişaf etməsinə səbəb oldu.
Əbdürrəhman xan (Həştərxan xanı)
Əbdürrəhman xan(tatar. Ğabdelraxman, Габделрахман) (1545-ci ildən sonra ölüb) —Əbdülkərim xanın yeganə oğlu, 1533-1537-ci illərdə və 1539-1545-ci illərdə Həştərxan xanlığının hakimi. Əbdürrəhman xan 1533-cü ildə noğayların yardımı ilə Ağgöbək xanı devirib taxta əyləşdi. 1537-ci ildə həmin ordanın səyi ilə taxtdan endirildi. Onun yerinə Dərvişəli xan əyləşdirildi.1539-cu ildə hakimiyyətini qaytardı. Əbdürrəhman xan 1545-ci ildə noğaylar tərəfindən taxtdan kənarlaşdırıldı. Sonrakı taleyi məlum deyil.
Adil Gəray (Krım xanı)
Adil Gəray — 1666–1671-ci illər arasında hökmdarlıq etmiş Krım xanı.
Azərbaycanın birinci xanımlarının siyahısı
Azərbaycanın birinci xanımı — Azərbaycan Respublikasının Prezidentinin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini Azərbaycanın prezidentinin xanımı yerinə yetirir, bəzən bu titulu o qadın ki, sahib olur ki, o, dövlət başçısının həyat yoldaşı deyil. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da qadın hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Birinci xanımın ofisi prezident icrası ofisinin budağıdır. Qeyd: Azərbaycan SSR-in başçıları olmuş Mir Teymur Yaqubovun və İmam Mustafayevin xanımları haqqında heç-bir məlumat yoxdur. Son 100 ildə Azərbaycan tarixində elə dövrlər olmuşdur ki, ölkənin birinci xanımı olmamışdır, bu yer boş qalmışdır və bunun da öz obyektiv səbəbləri vardır. d. — Doğum tarixi ö.
Azərbaycanın birinci xanımı
Azərbaycanın birinci xanımı — Azərbaycan Respublikasının Prezidentinin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini Azərbaycanın prezidentinin xanımı yerinə yetirir, bəzən bu titulu o qadın ki, sahib olur ki, o, dövlət başçısının həyat yoldaşı deyil. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da qadın hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Birinci xanımın ofisi prezident icrası ofisinin budağıdır. Qeyd: Azərbaycan SSR-in başçıları olmuş Mir Teymur Yaqubovun və İmam Mustafayevin xanımları haqqında heç-bir məlumat yoxdur. Son 100 ildə Azərbaycan tarixində elə dövrlər olmuşdur ki, ölkənin birinci xanımı olmamışdır, bu yer boş qalmışdır və bunun da öz obyektiv səbəbləri vardır. d. — Doğum tarixi ö.
Balazər Xanım (Xoy)
Baş nazirin xanımı
Bican bəy (Rüstəm xanın oğlu)
Bican bəy (Bezhan, Bizhan) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Şah Süleyman Səfəvi (1666–1694) dövründə Təbriz bəylərbəyliyinin qubernatoru vəzifəsini daşımışdır. Bican Saakadze nəslinin bir fərdi olan keçmiş sepahsalar ( baş komandan) Rüstəm xan Sipəhsaların (1588 - 1 mart 1643) oğlu və sonrakı sepahsalar və divanbəyinin (kansler, baş ədliyyə) Rüstəm xanın əmisi idi. Bican bəy babasının adını daşıyırdı. Qardaşı Səfiqulu xan (vəfatı 1679-cu il) Səfəvi sıralarında da nüfuzlu vəzifələr tuturdu. İtalyan səyyahı Qemelli Karerinin sözlərinə görə Bicanın ailəsi həmişə şahın sevimlilərindən biri olmasına baxmayaraq, Bicanın özü baş vəzir Şeyxəli xan Zəngənəin (1669-1689) hakimiyyəti dövründə "rüsvayçılığa" məruz qalmışdı. Şeyxəli xan onu "dəli" və "sərxoş" olduğunu iddia edərək Şah Süleymanı "şübhəli" etdi. Kareri əlavə edir ki, yalnız güclü qardaşı oğlu Rüstəm xanın vasitəçiliyi ilə şah nəhayət ağlı başında olduğuna əmin ola bildi. Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran".
Birinci xanım
Birinci xanım və ya birinci ledi, (o cümlədən birinci centlmen) — bəzi ölkələridə dövlət başçısı seçilmiş şəxsin həyat yoldaşının qeyri-rəsmi titulu. Bu ifadə adətən baş nazir və ya hökumət başçısı üçün işlədilmir. Əvvəllər birinci xanım ifadəsi ABŞ prezidentlərinin həyat yoldaşlarını ifadə etmək üçün istifadə edilirdi, lakin sonradan digər dillərə keçərək hazırda idarə forması monarxiya olmayan hər hansı bir dövlət başçısının həyat yoldaşına müraciət etmək üçün istifadə olunur. Parlamentar respublikalarda və konstitusiya monarxiyalarında bu termin adətən hökumət başçısının (baş nazirin) həyat yoldaşına şamil edilir. Bəzi ölkələrdə (Rusiya daxil olmaqla) bu termin dövlət dilinə tərcümə olunur, məsələn, Latın Amerikasında Primera Dama, Fransada - Première Dame kimi ifadə olunur. ABŞ-də bu termin ilk dəfə 1849-cu ildə prezident Zakari Teylorun 4-cü prezident Ceyms Medisonun həyat yoldaşı Dolli Medisonun dəfn mərasimi zamanı onun haqqında vida nitqində istifadə edilmişdir. Bununla belə, “birinci xanım” adlandırılmağa başlayan ilk qadın ABŞ-nin 15-ci prezidenti Ceyms Byukenenın qardaşı qızı Harriet Leyndir (Byukenen ABŞ-nin yeganə subay prezidenti idi və onun hakimiyyəti dövründə birinci xanımın vəzifələrini qardaşı qızı yerinə yetirirdi).Lakin bu anlayış yalnız 1877-ci ildən ümumi istifadə olunmağa başladı. O zaman, jurnalist Meri Eyms prezident Raterford Heysin andiçmə mərasimi ilə əlaqədar qəzet reportajında "birinci xanım" ifadəsini onun həyat yoldaşı, Birləşmiş Ştatlarda populyar bir qadın olan Lyusi Heys haqqında yazarkən istifadə etmişdir. Birinci xanımlar üçün bir sıra əsas davranış normaları mövcuddur. Belə ki, protokola əsasən, rəsmi tədbirlərdə prezidentlərin xanımları onlardan bir qədər geridə qalmalıdır.
Bizim Nəsibə xanım... (film, 1991)
Bizim Nəsibə xanım... qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Debüt" yaradıcılıq birliyində istehsal edilmişdir. Kinolent görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovaya, onun mənalı həyatına və fəaliyyətinə həsr olunmuşdur. Kinolent görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovaya, onun mənalı həyatına və fəaliyyətinə həsr olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Braziliyanın birinci xanımlarının siyahısı
Braziliyanın birinci xanımı (port. Primeira-dama do Brasil) — Braziliya Prezidentinin xanımı, lakin bəzən bu titulu dövlət başçısının həyat yoldaşı olmayan xanımlar da daşıyır. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da həyat yoldaşı hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir.
Bəxtiyar Xanızadə
Bəxtiyar Oqtay oğlu Xanızadə (13 iyul 1957, Şağan) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2013), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Bəxtiyar Xanızadə Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. Azərbaycan SSR Əməkdar Artisti Hamlet Xanızadənin yaxın qohumudur. 1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982–1983-cü illərdə Azərbaycanfilm kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə "Səhnə hərəkəti və xoreoqrafiya sənəti" kafedrasının dosenti elmi adı verilmişdir. 16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasın Azərbaycanda "Dəli yığıncağı" adlı ilk Pantomim teatr studiyası yaradıb. Bəxtiyar Xanı-Zadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. (2000). O, "Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti" (1991), "Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar" (1992), "Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti" (1993) adlı elmi əsərlərin müəllifidir.
Cahan xanım Talışinskaya
Cahan Rza qızı Talışinskaya (9 fevral 1909, Lənkəran, Lənkəran qəzası – 1 mart 1967, Bakı) — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla çalmağından danışır.
Cavad xanın dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir. Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib.
Dilfirib xanım
Dilfirib xanım (d. 1890 — ö. 1952) — 35. Osmanlı sultanı V Mehmedin beşinci xanımı. Əslən çərkəz olan Dilfirib xanım 1890-cı ildə İstanbulda dünyaya gəlmişdir. Çox gənc yaşda saraya verilmiş, burada saray təhsili almışdır. Xidmət etdiyi illərdə Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 1907-ci ildə onunla vəliəhd sarayında evləndi. Sultan Mehmed Rəşadın 1918-ci ildə vəfatından sonra bir müddət sarayda qaldı və daha sonra Ərənköydəki bir villaya köçdü. Bir müddət sonra bir həkimlə evlənən Dilfirib xanımın bu evlilikdən bir oğlu dünyaya gəldi. Uzun müddət burada yaşadıqdan sonra, Vaniköydəki villasında 1952-ci ildə xərçəng xəstəliyindən vəfat etdi.
Dost Məhəmməd xan (Moğolustan xanı)
Dost Məhəmməd xan (Uyğurca: دوست‌محمد خان‎); 1440—1469) — Moğolustan hakimi, Əsən Buğa xanın oğlu. Atası Əsən Buğa xan Sultan Üveys xan oğlu 1462-ci ildə vəfat edəndən sonra hakimiyyətə yiyələndi. Onun Moğolustan taxtına əyləşməsində Duqlat tayfasının böyük yardımı olmuşdu. Dostməhəmməd xan 1469-cu ildə vəfat etdi. Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз.
Düzdidil xanım
Düzdidil xanım (d. 1825 - ö. 18 avqust 1845) — 31. Osmanlı sultanı Əbdülməcidin üçüncü xanımı. Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi.
Fatimə xanım Kəminə
Fatma xanım Kəminə (1841, Şuşa, Kaspi vilayəti – 1898, Şuşa) — azərbaycanlı şairə. XIX əsr qadın aşıqlarındandır. Fatma xanım Kəminə 1841-ci ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və "Fəna" təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona "Mirzə fatma xanım" deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3–5 şairəsindən biri olub. Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır.
Fatma Pəsənd xanım
Fatma Pəsənd xanım (17 aprel 1876, Konstantinopol – 5 noyabr 1924, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on birinci xanımı. Çərkəz əsilli olan Fatma Pəsənd xanım Sultan Əbdülhəmidin bacısı Cəmilə Sultanın hədiyyəsi olaraq Ulduz sarayına gəlmişdir. 1896-cı ildə Ulduz sarayında nigahlanan cütlüyün bir il sonra Xədicə Sultan adlı qızları dünyaya gəldi. Ancaq 8 aylıq olan Xədicə Sultan difteriya xəstəliyindən vəfat etmişdi. Sultan Əbdülhəmid qızının vəfatından sonra Osmanlının ilk uşaq xəstəxanası olan Şişli Etfal xəstəxanasını qurdu. Xəstəxananın idarəsi isə 1909-cu ilədək Fatma Pəsənd xanıma tapşırıldı. Sultan Əbdülhəmidin devrilməsindən sonra əriylə birlikdə Salonikiyə getdi ancaq bir il sonra İstanbula qayıtdı. Qayıtdıqdan sonra Vaniköydə yaşayan Fatma Pəsənd xanım sürgün əsnasında ağır xəstə idi. Bu səbəblə ölkəni tərk edə bilmədi və 5 noyabr 1925-ci ildə vəfat etdi.
Fatma xanım Ani
Fatma xanım Ani (XVII əsr, Konstantinopol – 1710, Yenişehir[d], Bursa vilayəti) — XVII–XVIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Əsl adı Fatma xanım təxllüsü isə Anidir. Təbrizli Xacə Sədəddin Hüseyncanın qızıdır. Süleyman Müstəkimzadə “Mecelletü’n-Nisâb fi’n-Nisbi ve’l-Künâ ve’l-Elkâb” adlı əsərində atasının adının Həsən olduğunu yazır və bildirir ki, bu adı şairənin öz xətti ilə yazdığı bir qeyddə görmüşdür. İstanbulda doğulub böyümüş və təhsil görmüşdür. Qadınlar arasında savadlı olmasına görə “Xacə-i Zənan” yəni xanımların müəllimi ləqəbi ilə tanınırmış. Səlim Əfəndi “Təzkirətüş-Şüəra” əsərində Fatma xanımın İsazadə Mehmed Əziz Əfəndi adlı bir qohumundan xəttatlıq dərsləri aldığını və bu sənəti icra etdiyini yazır. Onun Əmir Ağazadə Seyid Mehmed Əfəndi adında oğlu olduğu bizə məlumdur. Oğlu Yenişəhər Fənərdə qadılıq edərkən oğlunun yanında yaşadığını bildirir. Hicri 1122-ci ilin Məhərrəm ayında yəni miladi 1710-cu ildə Yenişəhərdə vəfat etmiş və Fənərdə dəfn edilmişdir.
Fatma xanım Kəminə
Fatma xanım Kəminə (1841, Şuşa, Kaspi vilayəti – 1898, Şuşa) — azərbaycanlı şairə. XIX əsr qadın aşıqlarındandır. Fatma xanım Kəminə 1841-ci ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və "Fəna" təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona "Mirzə fatma xanım" deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3–5 şairəsindən biri olub. Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır.
Fazilət xanım və qızları (teleserial, 2017)
Fazilət xanım və qızları, Avşar Film imzalı, rejissoru Murat Saraçoğlu (Hal-hazırda Gökçen Usta), baş rolları Nazan Kesal, Deniz Baysal, Çağlar Ertuğrul, Mahir Günşiray , Afra Saraçoğlu ve Alp Navruz olan bir Star TV teleserialıdır. 25 Mart 2017-ci ildə Star TV ekranlarına yayınlanmağa başlamışdır. Serialın senari müəllifi Sırma Yanık, prodüseri Şükrü Avşardır.
Fikriyə xanım
Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Fransız, Alman və Yunan dillərində səlis danışa bilən Fikriyə xanım eyni zamanda ud və piano da çala bilirdi. 1887-ci ildə Selanikdə anadan oldu. Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Gənc yaşda bir misirli ilə evlənən Fikiryə xanım evliliyi uzun sürmədi ailesinin yanına qayıtdı. 1923-cü ilə qədər Çanqaya köşkündə Mustafa Kamal Paşaya köməklik göstərirdi. Zəif bədən quruluşuna sahib olan Fikriyə xanım tez-tez xəstələnməsi səbəbilə təhsil ala bilməmişdi. Bu hal isə onun gələcək planlarına təsir göstərmişdi. Ağciyərlərindən əziyyət çəkən Fikriyə xanım Münhenə getməli idi.
Firuzə xanım Qovanlı-Qacar
Firuzə xanım Qovanlı-Qacar — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu. Firuzə xanım Tiflisdə İmperator, sonralar Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki olan şuşalı Seyfulla mirzə Qovanlı-Qacarın ailəsində anadan olub. Ailənin ən böyük övladı olub. Seyfulla mirzənin həyat yoldaşı Ruxsarə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin üzvü idi və yüksək təhsilli qadın idi. O, rus, fransız və fars dillərini bilir, ədəbiyyat və musiqiyə xüsusi maraq göstərirdi. Seyfulla Mirzənin evində müxtəlif alman istehsalı üç royal var idi ki, onları Ruxsarə xanım mütəmadi olaraq çalırdı. Ruxsarə xanım uşaqlara fortepiano dərsi də verirdi. Bu evdə çox tez-tez musiqi məclisləri təşkil olunurdu və buraya təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilirdilər. Seyfulla mirzə ilə Ruxsarə xanımın oğlu Əlixan mirzə musiqiyə həvəs göstərməmiş, bacısı Firuzə xanım isə musiqiyə həvəs göstərərək, həyatını musiqiyə həsr etmək qərarına gəlir. Firuzə xanım əvvəlcə Tiflisdə, sonra isə Peterburq Konservatoriyasında musiqi təhsili alıb.
Furqondakı xanım (film, 2015)
Furqondakı xanım (ing. The Lady in the Van) — 2015-ci il ingilis komedi-dram janrında film. Film real hadisələrə söykənərək Benetin yazdıqları əsasında çəkilmişdir. Film 15 il boyunca xarab furqonda yaşayan yaşlı qadın — Meriyə (Marqrit) həsr olunmuşdur. Filminin çəkilməsindən əvvəl hekayə 1990-cı ildə kitab, 1999-cu ildə səhnə əsəri, 2009-cu ildə radio oyunu olaraq ictimaiyyətə çatdırılmışdır. İnsanların yaşlılığına və kasıblığına görə Meriyə yazıqları gəlirdi. Amma qoxusundan və kobudluğundan dolayı çox adam qoca qadından uzaq durmaq istəyirdi. Amma Benet belə deyildi. Benet get-gedə yaşlı qadınla daha da yaxınlaşır və onun həyatının gizli məqamlarını öyrənir. Meri əslində Fransada musiqi təhsili almış, ali savadlı qadındır.
Füsunkar xanım
Füsunkar xanım — Avropada, orta əsrlərdə yüksək mənəviyyata — (cəsarət, sadiqlik, qadına qarşı alicənablıq) malik kişinin — cəngavərin öz təxəyyülündə yaratdığı kurtuaz sevgi obyekti olan obraz. Füsunkar xanım həm mənəvi, həm də cismani kamillik idealı idi. Çox vaxt cəngavər özünə qadını görmədən seçirdi. Əsas şərt qadına xidmət, onun bütün tələblərini yerinə yetirmək və bütün rəqiblərdən, xüsusilə qəddar və ya qısqanc ərdən qorumaqdır. Füsunkar xanım obrazı heç şübhəsiz kişi, üstəlik, cəngavər təsəvvürünün məhsulu olub və cəngavər kişilər üçün yaradılmışdı. Füsunkar xanım kurtuaz ədəbiyyatın mərkəzi obrazıdır, məsələn: Flamenka "Flamenka", İzolda "Tristan və İzolda" romanında. Son füsunkar xanım obrazlarından biri, Servantesin ölməz "Don Kixot" əsərində rast gəlinir.
Fəridə xanım Sultan
Fəridə xanım Sultan (30 aprel 1847, Konstantinopol – dekabr 1920) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Fəridə xanım Sultan 30 aprel 1847-ci ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 3 yaşında ikən anası vəfat etdi və bacısı Səniyə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Fəridə xanım bacısının ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il 1868-ci ildə Mahmud Nədim Paşayla evləndirildi və bu nigahdan bir oğlu dünyaya gəldi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar. 1904-cü ildə ərinin ölümüylə dul qalan Fəridə xanım Sultan 1920-ci ilin dekabrında vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsi yaxınlığındakı məzarlığa bacısının yanına dəfn olundu. Mehmed Sahib bəy (ö.

Значение слова в других словарях