AĞIZLI

sif.
1. Ağzı olan (bax ağız1 2-ci mənada). Ağızlı şüşə. Ağızlı qab.
2. Kəsici tərəfi olan (alət və s. haqqında).
Bir odlu vulkandan yadigarmıdır; O xəncər ağızlı daş çalpaları? S.Vurğun.

3. məc. dan. Dilli, dilavər, dilli-dilavər, yaxşı danışmaq qabiliyyəti olan.
// məc. dan. Qoçaq, diribaş, sözükeçən. Ağızlı adam.
– Hacı Kazım məhəllədə ağızlı və sözüötən adam idi. H.Sarabski.

Синонимы

  • AĞIZLI dilli — dilavər
  • AĞIZLI iti — tiyə — kəsici
AĞIZLAŞMAQ
AĞIZLIQ

Значение слова в других словарях