1. Ağzı olan (bax ağız1 2-ci mənada). Ağızlı şüşə. Ağızlı qab.
2. Kəsici tərəfi olan (alət və s. haqqında).
Bir odlu vulkandan yadigarmıdır; O xəncər ağızlı daş çalpaları?
3. məc. dan. Dilli, dilavər, dilli-dilavər, yaxşı danışmaq qabiliyyəti olan.
// məc. dan. Qoçaq, diribaş, sözükeçən. Ağızlı adam.
– Hacı Kazım məhəllədə ağızlı və sözüötən adam idi.