AĞABABA

böyük baba (Ata tərəfdən babaya müraciət forması).
AĞA
AĞABAĞIR
OBASTAN VİKİ
Ağababa
Ağababa — ad.
Ağababa (Buyin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 39 km şimal-qərbdədir.
Ağababa (Qəzvin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Ziyaabad bölgəsinin Qaqazan kəndistanında, Qəzvin -Rəşt avtomobil yolunun başlanğıcındadır.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var. Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağababa (dəqiqləşdirmə)
Toponimlər
Ağababa Abasov
Ağababa Abbasov
Ağababa Abdullayev
Ağababa İman oğlu Abdullayev — Azərbaycan dövlət xadimi, Azərbaycanın yerli sənaye naziri (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1988–1989). == Həyatı == Ağababa İman oğlu Abdullayev 1946-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə "Arpaçaysutikinti" trestinin 1 nömrəli tikinti-quraşdırma idarəsində iş icraçısı kimi başlamışdır. Sonra Sənaye Tikintisi Nazirliyinin 5 nömrəli trestində, dəmir-beton trestində müxtəlif mühəndis-texnik vəzifələrində işləmiş, Naxçıvan tikinti materialları kominatının direktoru, Azərbaycan SSR Tikinti Nazirliyi 5 nömrəli trestinin müdiri olmuşdur. Ağababa Abdullayev 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1989-cu ildən isə Azərbaycan SSR yerli sənaye naziri işləmişdir. Ağababa Abdullayev "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi bürosu üzvlüyünə namizəd olmuşdur.
Ağababa Bünyadzadə
Ağababa Bünyadzadə (19 iyul 1915, Kürdəxanı, Bakı – 17 dekabr 1974, Bakı) — Azərbaycan opera müğənnisi (bariton), Azərbaycan SSR xalq artisti (1955). == Həyatı == Ağababa Bünyadzadə Bakıda doğulub. 23 yaşında Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə işə götürülüb. 1938–1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil alıb. Oradan qayıdaraq opera teatrının truppasına qəbul olunub. Eyni zamanda sənət ocağının nəzdindəki studiyada həm oxu tərzini təkmilləşdirib, həm də aktyorluq sənətinin xüsusiyyətlərini mənimsəyib. Ağababa Bünyadzadə yeniyetmə yaşlarından bədii özfəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyovun qəhrəmanları Əsgərin (Arşın mal alan) və Sərvərin (O olmasın, bu olsun) ariyalarını oxuyub, klassik dünya operalarına maraq göstərib. Ağababa Bünyadzadənin bəstəkarlardan Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan və Alı), Reynqold Qlierin "Şahsənəm" (Xan), Fromonotal Jak Qalevinin "Kardinal qızı" (Rudjiero), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Aslan şah), Niyazinin "Xosrov və Şirin" (Şapur), Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" (Mərdan), Zaxari Paliaşvilinin "Daisi" (kiazo), Coakkino Rossininin "Sevilya bərbəri" (Fiqaro. Librettonun tərcüməçiləri Məmməd Səid Ordubadi və Əfrasiyab Bədəlbəylidir), Jorj Bizenin "Karmen" (Eskamilyo.
Ağababa Mikayılov
Ağababa Cəbrayıl oğlu Mikayılov (25 aprel 1918, Salyan – 5 aprel 1992, Bakı) — Azərbaycan-sovet hüquqşünası və müharibə veteranı; Naxçıvan Ali Məhkəməsinin sədr müavini (1950–1951), Azərbaycan SSR Ali Məhkəməsinin hakimi (1952–1980). == Həyatı == Ağababa Mikayılov 25 aprel 1918-ci ildə Salyan qəzasının Xol Qarabucaq (indi Neftçala rayonuna daxildir) kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsinə yollanmamışdan öncə, məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmış. 1942–1945-ci il tarixlərində Böyük Vətən Müharibəsinin fəal iştirakçılarından olaraq, Berlinə ilk girən döyüşçülərdən olub. Müharibə zamanı kapitan rütbəsi ilə batalyon komandiri vəzifəsinədək yüksəlmişdir. Çexiya, Macarıstan, Sloveniyanın azad olmasında böyük sücaətlər göstərmişdir. Buna görə də üç dəfə "Qırmızı Ulduz" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və bir çox medallarla təltif edilmişdir. Müharibə dövrü bitəndən sonra Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1950-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ağababa Mikayılov 1950 – 1951-ci illərdə ASSR Ədliyyə Nazirliyində Baş revizor vəzifəsində çalışmış, 1951–1952-ci illərdə isə Naxçıvan Ali Məhkəməsinin Sədr müavini vəzifəsində çalışmışdır. A. Mikayılov 1952-ci ildən etibarən Azərbaycan SSR Ali Məhkəməsinin hakimi seçilmişdir və 1952-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 28 il Azərbaycan SSR Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş.
Ağababa Rzayev
Ağababa Rzayev (jurnalist)
Ağababa Sadıqov
Ağababa Sadıqov (azərb. Sadıqov Ağababa Hacıbaba oğlu‎; d. 1875, Şamaxı – 1905, Rusiya) — poruçik, Port Artur müharibəsi iştirakçısı, qəhrəman döyüşçü. == Həyatı == Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış. 1903-cü ilin əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız da alınıb. Tədqiqatçı Şəmistan Nəzirli "General Əli ağa Şixlinski və silahdaşlari" kitabında yazır: "Aleksandr Stepanovun "Port-Artur", P.Larenkonun "Port-Arturun əzablı günləri" və Trofim Borisovun "Portarturçular" romanlarında bir azərbaycanlı soyadına da rast gəlinir – poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Larenkonun 1906-cı ildə Peterburqda nəşr olunmuş "Port-Arturun əzablı günləri" (II cild) sənədli əsərində yaralanmış poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli də dərc olunub.
Ağababa Yusifzadə
Ağababa Əsgər oğlu Yusifzadə (1886, Quba – 1937) — "Kommunist qəzeti"nin ikinci rəsmi redaktoru olmuşdur (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi). Klara Yusifzadənin atası. == Həyatı == Ağababa Əsgər oğlu Yusifzadə 1886-cı ildə (bəzi sənədlərə görə 1890-cı ildə) Quba şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla məktəbində almışdı. O, 1911-1916-cı illərdə Şamaxı və Quba qəzalarında müəllim işləmiş azərbaycanlı qadınlardan ibarət ilk sosial-demokrat dərnəyinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. A.Yusifzadə Alyoşa Caparidze ilə birlikdə Bakı bolşevik təşkilatından Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının 1917-ci il avqustun 8-də Petroqradda keçirilən qurultayına nümayəndə seçilmişdir. Azərbaycanda Sovet Hakimiyyəti illərində Ağababa Yusifzadə Bakı qəzası inqilab komitəsinin sədri, Bakı və Şamaxı qəzalarında banditizmə və əksinqilaba qarşı fövqəladə komissar, "Kommunist" qəzetinin redaktoru (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi), Naxçıvan MSSR Ali Məhkəməsinin sədri və digər vəzifələrdə çalışmışdır. 22 avqust 1920 ildən etibarən "AzərMərkəziÇapedilmə" komissiyanin sədri olub. O, təkcə “Kommunist” qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynamışdır. O, eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi.
Ağababa Zühuri
Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası) — XIX əsrdə yaşamış Azərbaycan şairi, dönəmin məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü. == Həyatı == 6 yanvar 1849-cu ildə Şamaxı şəhərində tacir Məşhədu Abdülün ailəsində dünyaya gəlmişdir. Təhsilini Şamaxı şəhərində tamamlayan Ağababa, ərəb və fars dillərini öyrənmiş, xüsusilə fars ədəbiyyatını dərindən bilmişdir. O, məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü olmuşdur. 1892-ci ildə Bakı şəhərinə köçmüş və orada iki il müəllim kimi işləmişdir. 1910-cu ildə Bakı şəhərində vəfat etmişdir. Öldüyü zaman divanını bitirmiş olsa da, divan çap edilmədiyi üçün zamanla itmişdir. Firudin bəy Köçərli onun barədə bunları yazmışdır: Mərhum Zühuri həmçinin "Beytüs-Səfa" calislərindən ziyadə üftadə və batəvazö bir şəxs imiş.
Ağababa dağı
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var. Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağababa Rzayev (hüquqşünas)
Rzayev, Ağababa Qasım oğlu(12.2.1923, Bakı – 25.12.2003 Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (1968), professor (1971). Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-51 illərdə Azərbaycan komsomolu MK-nın təlimatçısı, Bakı şəhəri Voroşilov Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1951-56 illərdə Azərbaycan SSR Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə çalışmış, 1956-59 illərdə Azərbaycan SSR Ədliyyə Nazirinin müavini, 1959-65 illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsinin müdiri, 1965-70 illərdə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Daxili işlər polkovnikidir. 1959-65 illərdə dörd çağırış Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Geniş elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. Əsas tədqiqat sahəsi Azərbaycanda siyasi-hüquqi təlimlərin tarixi olmuşdur. == Əsərləri == Dərbənddən başlanan əzablı yol 1 Nəsirəddin Tusi: həyatı, elmi, dünyagörüşü 2 “Mirzə Kazım bəy” sənədli filmi Политические взгляды М. Ф. Ахундова Очерки история политико-правовых учений Азербайджана История политических и правовых учений в Азербайджане: от истоков до ХХ века, Баку: Элм, 2000.
Ağababa Rzayev (jurnalist)
Ağababa Səməd oğlu Rzayev (1921, Bakı – 1993, Azərbaycan) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Ağababa Rzayev 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Qışlaq-i Ağababa (Germi)
Qışlaq-i Ağababa (fars. قشلاق اقابابا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 205 nəfər yaşayır (40 ailə).
Ağababasəng (Vərziqan)
Ağababasəng (fars. اقاباباسنك‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 487 nəfər yaşayır (103 ailə).
Ağababaye-Fəramərzi (Vərziqan)
Ağababaye-Fəramərzi (fars. قابابافرامرزي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərziqan qəsəbəsindən 9 km qərbdə, köhnə Təbriz-Əhər yolunun üstündədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (56 ailə).
Ağababaye-Səng (Əhər)
Ağababaye-Səng — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Üzümdül bölgəsinin Vərzəqan kəndistanında, Vərzəqan qəsəbəsindən 17 km qərbdə, köhnə Təbriz-Əhər yolunun üstündədir.
Tatyana Ağababayeva
Tatyana Ağababayeva — rəssam, batika ustası, Azərbaycan Rəssamlar İttifaqlarının üzvü. Tatyana Ödtəkin qızı Ağababayeva 1953-cü ildə Qazaxıstanın Almatı şəhərində peşəkar rəssamların ailəsində (anası Ağababayeva Valentina Alekseyevna) dünyaya gəlib. 1975-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib. 1982-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbini (indiki Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyası) qurtarıb. 1991-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqlarının üzvüdür. Ana tərəfdən babası Aleksey Nikolayeviç Şebaşev Qazaxıstanda çalışan hərbçilərdən idi, həvəskar rəssam idi. Ata tərəfdən babası İsgəndər Nəfisi dilmanc idi, rus dilindən Azərbaycan türkcəsinə tərcümə edərdi. Atası Odtəkin Ağababayev portret, anası Valentina Ağababayeva plakat rəssamı, oğulları Nikolay və Aleksey də batik rəssamlarıdır. 1976-cı ildən Ümumittifaq, Beynəlxalq və Respublika səviyyəsində təşkil olunan 10-dan çox sərginin, bir neçə beynəlxalq simpoziumun iştirakçısı, bir neçə müsabiqənin qalibidir. 1991, 2002, 2005 (iki dəfə), 2009-cu illərdə Bakıda fərdi sərgiləri baş tutub.
Tofiq Ağababayev
Tofiq Məmmədəli oğlu Ağababayev (d. 8 sentyabr 1928, Bakı) — Azərbaycanın xalq rəssamı (2007), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi ailəsində anadan olub. Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin rənkarlıq şöbəsinə daxil olub (1946-51). Rəssam 1953-59-cu illərdə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına Ali Bədii-Sənaye rəssamlıq məktəbi) keramika-şüşə fakültəsində təhsil alaraq, şüşə-keramika ixtisasına yiyələnib. Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb ("Zorxana" və s., smalta, 1967). Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür üslubda "Bahar" mozaik pannosu (mərmər, smalta, 1970), həmçinin "Abşeron qoruğu", "Bakı nefti cəbhəyə", "Meşəbəyi", "Torpağın nəfəsi", "May, 1945-ci il, Bakı" və s. dekorativ əsərləri diqqəti cəlb edir. Yağlı boya ilə işlənmiş portretləri: "Tələbə qız" (1972); "Akademik Z.Bünyadov" (1978); "Akademik İ.Orucova" (1978); "Şah İsmayıl" (1988–89); "Ü.Hacıbəyov" (1992).
Əsildar bəy Ağabababəyov-Muğanlinski
Ağabababəyov-Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. İrəvan gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsil almaq üçün Almaniyanın Leypsiq Universitetinə göndərilmişdir. Azərbaycanlı Tələbələr İttifaqının üzvü, təhsil illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Bankında məsləhətçi, qrup rəhbəri işləmişdir. 1933-cü ildə həbs olunmuşdur. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini tədris etmişdir. 1935-ci ildə yenidən repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə sürgün edilmişdir.
Əsəd bəy Ağabababəyov
Əsəd bəy Hüseyn bəy oğlu Ağabababəyov (1891, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – bilinmir) — Ermənistan Demokratik Respublikası Parlamentinin I və II çağırış deputatı, hüquqşünas. Əsəd bəy Hüseyn bəy oğlu Ağabababəyov 1891-ci ildə İrəvan şəhərində anadan olmuşdur. 12 sentyabr 1902-ci ildə İrəvan kişi gimnaziyasının 1-ci sinfinə daxil olub. Buranın 8-sinifli tam kursunu 5 iyun 1911-ci ildə bitirib. Yaxşı qiymətlərlə oxuyub. 4 iyul 1911-ci ildə İrəvan şəhəri, Pənah xan küçəsi, 10-cu ev ünvanında Moskva Universitetinin rektoruna yazdığı ərizəsinə sənədlərini və 25 manat təhsil haqqını əlavə edərək hüquq fakültəsinin 1-ci kursuna götürülməsini xahiş edib. 9 avqust 1911-ci ildə onun adı artıq İmperator Moskva Universitetinin hüquq fakültəsi tələbələri siyahısına salınmışdı. Universitetdə Əsəd bəy hüquq ensiklopediyası, Roma hüququ tarixi, Rusiya hüququ tarixi, hüquq fakültəsi tarixi, siyasi iqtisad, statistika, dövlət hüququ, kilsə hüququ, cinayət hüququ, cinayət prosesi, mülki proses, maliyyə hüququ, beynəlxalq hüquq kimi fənlərdən imtahan verib və onların əksəriyyətindən yüksək qiymət alıb. Hüquq İmtahan Komissiyasının 29 mart 1916-cı il tarixli qərarı ilə ona 2-ci dərəcəli diplom verilib və o, 45308 saylı diplomu 7 dekabr 1916-cı ildə alıb. Əsəd bəy Ağabababəyovun sonrakı həyat fəaliyyəti haqqında heç bir məlumat yoxdur.

Значение слова в других словарях