Ağasəlim Ələsgərov
Ağasəlim Kərim oğlu Ələsgərov — Azərbaycan iqtisad elmi məktəblərinin yaradıcılarından biri, fəlsəfə və elmlər doktoru, görkəmli iqtisadçı alim.
== Həyatı ==
Ağasəlim Ələsgərov Kərim oğlu 1928-ci il mayın 22-də Bakıda fəhlə ailəsində doğulmuşdur. O, Məşədi Adıgözəlin nəvəsi olmuşdur. A.Ələsgərovun ailəsi əslən Sabunçu rayon Balaxanı qəsəbəsindəndir.
A.Ələsgərov 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirərək, kənd təsərrüfatının iqtisadiyyatı ixtisasına yiyələnmişdir. A.Ələsgərov 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirərək, kənd təsərrüfatının iqtisadiyyatı ixtisasına yiyələnmişdir. İlk əmək fəaliyyətinə Bakı Şəhər Xalq Deputatları Sovetinin plan komissiyasında iqtisadçı kimi başlamışdır. Sonralar həmin komissiyada baş iqtisadçı, mənzil – kommunal və əsaslı tikinti şöbələrinin müdiri vəzifələrində çalışmış, 1953-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Moskva Dövlət Universiteti nəzdində yaradılmış siyası iqtisad, fəlsəfə, marksizm-leninizm müəllimləri hazırlayan xüsusi kursa oxumağa göndərilmişdir. Bununla da 1954-cü ildən etibarən A.Ələsgərov ali məktəblərdə siyasi iqtisad fənnindən dərs demək hüququ qazanmışdır.
O, Bakıya qayıtdıqdan sonra bir müddət Azərbaycan Sənaye İnstitutunda siyası iqtisad kafedrasında müəllimlik etmiş, sonra isə SSRİ EAİqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.