Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağasəfa
Yəhyayev Ağasəfa Qafur oğlu (8 sentyabr 1942, Qarabulaq (Xızı), Xızı rayonu) — şair, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Biliyinin üzvü (1990). == Həyatı == Ağasəfa 1942-ci il sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır (1963-1971). Bakı parovoz deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləmiş, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993) vəzifələrində işləmişdir. Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik etmişdir (1993-1994). Hazırda Vahid müstəqil televiziyasında böyük redaktor işləyir (1994-cü ildən). Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını, N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan, Q.Quliyev və b.
Ağasəf
Ağasəf — ad. Ağasəf Haqverdiyev — Böyük Vətən müharibəsi iştirakçısı. Ağasəf Mövsümov — texnika elmləri doktoru, professor.
Ağarəfi Ağayev
Ağarəfi Hilal oğlu Ağayev (1911, Maştağa, Bakı qəzası – 1978) — kimya elmləri doktoru, professor. == Həyatı == Ağarəfi Ağayev 1911-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində bəy ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət fakültəsinə daxil olmuş, 1931-ci ildə həmin fakültəni bitirmişdir. 1934-cü ilə qədər orta məktəb direktoru işləmişdir. 1934-cü ildə Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuş, 1938-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildən onun sonrakı fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. O, 1970-ci ilə qədər BDU-nun Qeyri-üzvi kimya kafedrasının dosenti, 1952–1957-ci illərdə həmin kafedranın müdiri vəzifələrində çalışmışdır. 1947–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1954–1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda da dərs demişdir. 1972-ci ildə "qeyri-üzvi kimya" ixtisası üzrə professor adını almışdır. 1971–1978-ci illərdə BDU-nun Kimya-texnologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Ağarəfi Rəhimov
Ağarəfi Hacıbaba oğlu Rəhimov (9 may 1952, Bakı – 25 oktyabr 2005, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 mayda Bakı şəhərində anadan olub. Ağarəfi Rəhimov ilk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsində daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. 1977–1988-ci illərdə Musiqili Komediya Teatrında çalışmışdır. 1988–1996-cı ildə Bakı Bələdiyyə "Tənqid Təbliğ" Teatrında da çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrında yenidən aktyor fəaliyyətinə başlamış və ömrünün sonuna qədər həmin teatrda çalışmışdır. Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olmuşdur.
Ağasəf Haqverdiyev
Ağasəf Tağı oğlu Haqverdiyev və ya Haxverdiyev (29 mart 1924, Salyan rayonu – bilinmir) — Böyük Vətən müharibəsi iştirakçısı, 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının iştirakçısı olub. == Həyatı == 29 mart 1924-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. 1941–1942 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1942-ci ilin avqustundan 1943-cü ilə qədər 26 Bakı komissarı adına Tbilisi Topçu Məktəbinin kursantı olmuşdur. Oranı bitirdikdən sonra taqım atəş komandiri və 3-cü Cənubi Ukrayna Cəbhəsi batareya komandiri kimi xidmət etmişdir. Şimali Qafqaz, Ukrayna, Moldova, Rumıniya, Macarıstan, Avstriya və Yuqoslaviya ərazilərində vuruşmuş, döyüşlərdə yaralanmışdır. Müharibədən sonra Hərbi Komissarı sistemində çalışmışdır. Bakı Veteranlar Komitəsinin sədri, MDB dövlətləri veteranları Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Ağasəf Haqverdiyev I və II dərəcəli Vətən Müharibəsi ordenləri , Qırmızı Ulduz ordeni, 14 medalla təltif olunmuşdur. 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının, 1985 və 1990-cı ildə keçirilən paradların iştirakçısı olub.
Ağasəf Mövsümov
Ağacəri
Ağacəri eli — Azərbaycan türklərinin ellərindən biri. Hazırda əsasən İranda (Cənubi Azərbaycan ərazisində də həmçinin) yaşayırlar; Azərbaycan Respublikası ərazisində yaşayan əhalinin cüzi bir qisminin əsli də bu elə gedib çıxır. Akasirlər — qədim qaynaqlarda adı Avropadakı hunlarla əlaqədar olaraq çəkilmiş bir tayfa; bir çox tarixçi onların adının ağacəri tayfasıyla bağlı olduğu fikrindədir. Ağacəri elinin Anadolu türklərinin tərkibində olan hissəsi Ağaçeri və ya daha yayqın olaraq Tahtacılar (Taxtaçılar) olaraq tanınırlar. Onlar əsasən Türkiyənin cənub, cənub-qərb və qərb bölgələrində, habelə Adana, Mərsin, Antalya, Denizli, İsparta, Burdur, Muğla, Aydın, İzmir, Manisa, Balıkəsir və Çanaqqala kimi bölgələrdə yaşayırlar. === Yaşayış məntəqələri, inzibati ərazi vahidləri və toponimlər === ==== Azərbaycan ==== Ağacəridağ — Tovuz rayonunda yerləşən dağ (bəzi qaynaqlarda vaxtilə indiki Tovuz rayonunun ərazisində Ağacəri adında bir kəndin də mövcud olması qeyd edilir; qaynaqların birində bu adlı kəndin Çar Rusiyası dövründə (19-cu əsr) Tiflis quberniyasının Qazax qəzası ərazisində yerləşdiyi qeyd olunur). ==== Ermənistan ==== Ağacəri (digər adı Tantaq) - vaxtilə Osmanlı İmperiyasının müvəqqəti (1583–1604-cü illər arası mövcud olmuş) Rəvan əyalətinin Qarni (Gərni) nahiyəsində qeyd olunmuş kənd adı. Ehtimalən həmin kənd günümüzədək çatmayıb və artıq mövcud deyildir. ==== İran ==== Ağacəri — Şərqi Azərbaycan ostanındakı Əcəbşir şəhristanının Qalaçay bəxşinin Dizacrud-i Şərqi dehistanında yerləşən kənd. Ağcarud (tarixi adı Ağacəri) — Şərqi Azərbaycan ostanındakı Həştrud (Sərəskənd) şəhristanının Mərkəzi bəxşinin Qaranqu dehistanında yerləşən kənd.
Ağasəlim
Ağasəlim — kişi adı.
Ağacəli (Əhər)
Ağacəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvazəxan kəndistanında, Vərzəqan qəsəbəsindən 25 km. qərbdədir.
Ağacəri (Həştrud)
Ağacəri (fars. اغچه رود‎) və ya Ağcarud — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 364 nəfər yaşayır (91 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsində Səriskənd qəsəbəsindən 15 km qərbdə, Səriskənd-Təbriz avtomobil yolunun 10 kilometrliyindədir.
Ağacəri (Marağa)
Ağacəri (fars. اقاجري‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 17 km şimal-şərqdə, Qaraağac qəsəbəsinə gedən yoldan 10 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (118 ailə).
Ağacəri (Sayınqala)
Ağacəri (fars. اغاجاري‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Bənab bölgəsinin Bənacu kəndistanında, Bənab qəsəbəsindən 2 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (98 ailə).
Ağacəri (Xuzistan)
Ağacəri (fars. آغاجاری‎) — İranın Xuzistan ostanının Behbəhan şəhristanının Ağacəri bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,152 nəfər və 2,943 ailədən ibarət idi. Bu şəhər İranın neftlə zəngin olan regionlarındandır. Ağacərinin adı Türk ellərindən olan Ağacəri elinin adından alınıb ki behbəhanın ətrafında sakindir. Bu şəhərin əsli və yerli əhalisi Ağacəri elindəndir ki, neftə görə ərəblər, lurlar və fars dillilər də bu şəhərə köçüblər.
Ağacəri (dəqiqləşdirmə)
Ağacəri eli — Azərbaycan türklərinin ellərindən biri. Hazırda əsasən İranda (Cənubi Azərbaycan ərazisində də həmçinin) yaşayırlar; Azərbaycan Respublikası ərazisində yaşayan əhalinin cüzi bir qisminin əsli də bu elə gedib çıxır. Akasirlər — qədim qaynaqlarda adı Avropadakı hunlarla əlaqədar olaraq çəkilmiş bir tayfa; bir çox tarixçi onların adının ağacəri tayfasıyla bağlı olduğu fikrindədir. Ağacəri elinin Anadolu türklərinin tərkibində olan hissəsi Ağaçeri və ya daha yayqın olaraq Tahtacılar (Taxtaçılar) olaraq tanınırlar. Onlar əsasən Türkiyənin cənub, cənub-qərb və qərb bölgələrində, habelə Adana, Mərsin, Antalya, Denizli, İsparta, Burdur, Muğla, Aydın, İzmir, Manisa, Balıkəsir və Çanaqqala kimi bölgələrdə yaşayırlar. === Yaşayış məntəqələri, inzibati ərazi vahidləri və toponimlər === ==== Azərbaycan ==== Ağacəridağ — Tovuz rayonunda yerləşən dağ (bəzi qaynaqlarda vaxtilə indiki Tovuz rayonunun ərazisində Ağacəri adında bir kəndin də mövcud olması qeyd edilir; qaynaqların birində bu adlı kəndin Çar Rusiyası dövründə (19-cu əsr) Tiflis quberniyasının Qazax qəzası ərazisində yerləşdiyi qeyd olunur). ==== Ermənistan ==== Ağacəri (digər adı Tantaq) - vaxtilə Osmanlı İmperiyasının müvəqqəti (1583–1604-cü illər arası mövcud olmuş) Rəvan əyalətinin Qarni (Gərni) nahiyəsində qeyd olunmuş kənd adı. Ehtimalən həmin kənd günümüzədək çatmayıb və artıq mövcud deyildir. ==== İran ==== Ağacəri — Şərqi Azərbaycan ostanındakı Əcəbşir şəhristanının Qalaçay bəxşinin Dizacrud-i Şərqi dehistanında yerləşən kənd. Ağcarud (tarixi adı Ağacəri) — Şərqi Azərbaycan ostanındakı Həştrud (Sərəskənd) şəhristanının Mərkəzi bəxşinin Qaranqu dehistanında yerləşən kənd.
Ağacəri (Əcəbşir)
Ağacəri (fars. اقاجري‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Əcəbşir bölgəsinin Düzcərid kəndistanında, Əcəbşir qəsəbəsindən 10,5 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (118 ailə).
Ağacəri eli
Ağacəri eli — İranda yaşayan türkdilli tayfa. Səlcuqlar. monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak etmişlər. V əsrdə Azərbaycana gəldikləri məlumdur. Tarixçi Rəşidəddin ağacərilər haqqında məlumat vermişdir. == Tarixçə == Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar. Mahmud Qaşqarlı, "Divanü Lüğat-it-Türk"də onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, Anadolu və Qara dənizin şimalına köçüblər. İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar. “Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir.
Ağasəfər Mustafayev
Ağasəfər Hüseynqulu oğlu Mustafayev (9.1.1894, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == İkinci Bakı kişi gimnaziyasını bitirmiş (1913), 1918-ci ilədək Rusiyanın Don (Novoçerkassk) Universitetinin fizika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb, geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdir. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağasəlim Abdullayev
Ağasəlim Sahib oğlu Abdullayev (15 oktyabr 1950, Nardaran) — Azərbaycanın mahir tar ifaçısı, Azərbaycanın Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2019). == Həyatı == Abdullayev Ağasəlim Sahib oğlu 15 oktyabr 1950-ci ildə anadan olub. Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir. Azərbaycan muğamlarını ən klassik, ən düzgün yol ilə ifa edən tarzən hesab olunur. Süleyman Ələsgərovun "Daimi hərəkət" əsərinin tarda ilk ifaçısıdır. Mahir tarzən Ağasəlim Abdullayev həm də mahir pedaqoqdur. Azərbaycan mədəniyyətini, musiqisini dünyanın dörd bir yanında təmsil edən, ən çox tanınan tarzənlər — Sahib Paşazadə, Şəhriyar İmanov, Bəhruz Zeynal və bir çox tarzənlər onun tələbələridir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına musiqi kolleci və Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirir. == Mükafatları == 2007-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Ağasəlim Atakişiyev
Ağasəlim İbrahim oğlu Atakişiyev (1903, Bakı – 1970, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (1950–1953). == Həyatı == Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyası — Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləmişdir. A. Atakişiyev 1931-ci ildə Ümumittifaq Kommunist (b) partiyasına daxil olmuşdur. A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə Azərbaycan SSR daxili işlər xalq komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində işlər görmüşdür. 1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR dövlət təhlükəsizliyi xalq komissarının birinci müavini olmuşdur. 1945-ci ildə ona general-mayor rütbəsi verilmişdir.
Ağasəlim Bağırov
Ağasəlim Yaqub oğlu Bağırov (1940) — Azərbaycan dövlət xadimi, Azərbaycanın ticarət naziri (1989–1992), Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1992), iqtisad elmləri namizədi. == Həyatı == Ağasəlim Yaqub oğlu Bağırov 1940-cı ildə anadan olmuşdur. İxtisasca əmtəəşünasdır. Əmək fəaliyyətinə "Qızıl Şərq" mətbəəsində başlamış, Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı-mühəndis vəzifəsində işləmişdir. Sonra 13 il ərzində ərzində Azərbaycan SSR Ticarət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, "Azərittifaq"ın universal topdansatış bazasının direktoru, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə müdiri olmuşdur. Ağasəlim Bağırov 1985-ci ildə Azərbaycan İstehlak Kooperasiyasının XVI qurultayında "Azərittifaq"ın idarə heyəti sədrinin müavini seçilmişdir. 1988-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsinin ticarət və ictimai iaşə şöbəsinin rəisi vəzifəsində işləmiş, 1989-cu ilin aprel ayında Azərbaycan SSR ticarət naziri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin aprel ayınadək işləmiş, həmin ilin aprel–iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur.
Ağacəri (Xudabəndə)
Ağacəri (fars. اقاجري‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 536 nəfər yaşayır (108 ailə).
Ağasəlim Şükürov
Ağasəlim Səmədağa oğlu Şükürov (9 sentyabr 1963, Əli-Bayramlı – 24 mart 2023, Bakı) — Sovet İttifaqının hərbi tərcüməçisi və Azərbaycan Respublikasının diplomatı. == Həyatının erkən dönəmi və təhsili == Ağasəlim Səmədağa oğlu Şükürov 9 sentyabr 1963-cü il tarixində Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1971–1981-ci illərdə Bakı şəhəri 49 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1981–1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bitirmişdir. == Diplomat kimi fəaliyyəti == === Sovet İttifaqında === 1988–1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə İraq Respublikasında hərbi tərcüməçi vəzifəsində çalışmışdır. === Azərbaycan Respublikasında === 1993–1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı İdarəsində 3-cü katib və 2-ci katib vəzifələrində çalışmışdır. 1997–2000-ci illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 2-ci katib, 2000–2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri, 2002–2006-cı illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 1-ci katib vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri vəzifəsin təyin edilmiş, bundan sonra 2008–2010-cu illərdə Azərbaycan Respublikasının Liviyadakı Səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə Azərbaycan Respublikasının Liviyadakı, 2015–2022-ci illərdə Azərbaycan Respublikasının Livan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Şükürov Azərbaycanı 30-dan çox dövlətdə müxtəlif diplomatik missiyalarda təmsil etmişdir. O, xarici ölkələri səfərlər zamanı Heydər Əliyevi müşayiət etmiş və bir sıra ikitərəfli görüşlərdə iştirak edərək ərəb dili üzrə tərcüməçilik etmişdir.
Ağasəlim Mircavadov
Ağasəlim Mircavadov (11 aprel 1947 və ya 22 oktyabr 1947, Bakı) – Azərbaycanın futbol mütəxəssisi == Həyatı == Ağasəlim Seyidəhməd oğlu Mircavadov 1947-ci ildə Bakıda anadan olub. Futbol oynamağa 12 yaşında başlayıb. Neftçi Bakı klubunun heyətində çıxış edib. 1973-cü ildən məşqçilik edir. 1982-ci ildə dövrün ən böyük məşqçilik məktəblərindən sayılan Moskva Ali Məşqçilik Məktəbini bitirib. Sovet dönəmində bir neçə dəfə Neftçi Bakı komandasının sükanı arxasında dayanıb. 1988-ci ildə "Azərbaycanın əməkdar məşqçisi" fəxri adına layiq görülüb. 1991–1996-cı illər aralığında Ağdamın Qarabağ klubuna rəhbərlik edib. 1993–1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində də çalışıb. Ağasəlim Mircavadov "Şəmkir"lə iki dəfə, Qarabağ, Neftçi, Xəzər-Lənkəran klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib.
Ağasəlim Çildağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Ağasəlim Çıldağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Agarebi
Agarebi (gürc. აგარები) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 10 km uzaqda yerləşir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 137 nəfər idi. 2014-cü ildə 139 nəfər yaşayırdı, 65 kişi və 74 qadın. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, I cild, səh.
Aqasfen
Aqasfen (q.yun. Ἀγασθένης) — yunan mifologiyasında Avginin oğlu və Elida padşahlığında onun varisi. Hökumət Amfimax, Falpi və Aqasfen arasında bölüşdürülmüşdür. Pelorid ilə birlikdə Troyadan qayıdanda krallığı yenidən birləşdirən "Yelenanın iddiaçı"larından biri olan Poliksenin atası idi.
Aleksandr Abaşeli
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;27 avqust 1884 – 27 sentyabr 1954[…], Tbilisi) — gürcü şairi və fantastika yazıçısı. İlk gürcü elmi fantastika romanının (1932) müəllifi. == Həyatı == Aleksandr Abaşeli gənc yaşlarından inqilabi ideyalara valeh olmuş, Rusiyada 1905-1907-ci illər inqilabında bilavasitə iştirak etmişdir. Bunun nəticəsində həbs edilərək Solvıçeqodska (Voloqda vilayəti) sürgün edilmiş, sürgündə olmuşdur. 1908-ci ildə sürgündən qayıtdıqdan sonra o, ilk şeirlərinin (rus dilində) dərc olunduğu “Kavkazisa” və “Novaya reçis” qəzetlərinin redaksiyasında çalışıb. İrtica dövründə Abaşelinin poeziyasına rus simvolistlərinin böyük təsiri olmuşdur. Onun yaradıcılığının ən xarakterik bəndi - "Günəşin gülüşü" (1913) bu dövrə aiddir. Şair 1917-ci il bolşevik inqilabını qəbul etmədi. Gürcüstanın sovetləşməsi illərində Abaşelinin poeziyası bədbinlik, tutqun əhvali-ruhiyyə, inqilaba inamsızlıq və sovet reallığına ikrah hissi ilə doludur.