Ağasəlim Bağırov

Ağasəlim Yaqub oğlu Bağırov (1940) — Azərbaycan dövlət xadimi, Azərbaycanın ticarət naziri (1989–1992), Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1992), iqtisad elmləri namizədi.

Ağasəlim Bağırov
15 aprel 1992 – 4 iyul 1992
ƏvvəlkiRüfət Ağayev
SonrakıRauf Gülməmmədov
bayraq
Azərbaycan Respublikasının ticarət naziri
bayraq2
5 fevral 1991 – 15 aprel 1992
Əvvəlkiqurumun adı dəyişdirilib
SonrakıRizvan Hüseynov
bayraq
Azərbaycan SSR ticarət naziri
bayraq2
22 aprel 1989 – 5 fevral 1991
ƏvvəlkiYaşar Qaraxanov
Sonrakıqurumun adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1940
Partiya
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad üzrə fəlsəfə doktoru[d]

Ağasəlim Yaqub oğlu Bağırov 1940-cı ildə anadan olmuşdur.[1] İxtisasca əmtəəşünasdır.[2]

Əmək fəaliyyətinə "Qızıl Şərq" mətbəəsində başlamış, Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı-mühəndis vəzifəsində işləmişdir. Sonra 13 il ərzində ərzində Azərbaycan SSR Ticarət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, "Azərittifaq"ın universal topdansatış bazasının direktoru, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə müdiri olmuşdur.[2]

Ağasəlim Bağırov 1985-ci ildə Azərbaycan İstehlak Kooperasiyasının XVI qurultayında "Azərittifaq"ın idarə heyəti sədrinin müavini seçilmişdir. 1988-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsinin ticarət və ictimai iaşə şöbəsinin rəisi vəzifəsində işləmiş, 1989-cu ilin aprel ayında Azərbaycan SSR ticarət naziri təyin edilmişdir.[2] O, bu vəzifədə 1992-ci ilin aprel ayınadək işləmiş, həmin ilin aprel–iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur.

  1. The Ministries of the Republic of Azerbaijan // Who Was Who in the Soviet Union (ingilis). München; London; New York; Paris: K. G. Saur. 1992. səh. 115. ISBN 3-598-10810-9.
  2. 1 2 3 Ағасәлим Јагуб оғлу Бағыров: [Азәрбајҹан ССР тиҹарәт назири] // Коммунист. № 95 (20863). 23 апрел 1989-ҹу ил. С. 1.