1. Hər hansı bir sahədə öz fəaliyyəti ilə ad qazanmış, tanınmış, şöhrət tapmış. Ölkəmizin adlı-sanlı adamları. Adlı-sanlı buruq ustaları.
– Böyük qızını adlı-sanlı bir mühəndis görən Nərgiz xanım kiçik qızı Ulduzu da həkim görmək arzusunda idi.
[Elçin:] Sən gənc bir vətəndaşsan, bu gün-sabah isə adlısanlı bir usta olacaqsan.
Yurdun hər bucağından adlı-sanlı pəhləvanlar … axışıb gəlmişdi.
2. köhn. Keçmiş zamanda zadəgan, varlı və imtiyazlı təbəqələrə mənsub olan. Adlısanlı nəsil.
– [Süleyman:] Ancaq bir iş var ki, qohum olanda gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola.