ADLI

sif.
1. Müəyyən adı olan, …adında.
Birdən tələbələrdən Merac adlısı bərkdən qışqırdı. Ə.Vəliyev.
Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal.

2. Məşhur, adlı-sanlı, adı çıxmış, tanınmış. Ölkəmizin adlı alimləri.
– Bundan əvvəl bu gözəl ölkədə canlar var idi; Yaxşı-yaxşı qocalar, adlı cavanlar var idi. M.Ə.Sabir.
[Mirzə:] Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Ə.Haqverdiyev.
…Bayandır xan misilsiz bir bayram şənliyi qurmuş, sağında, solunda … adlı cəngavərlər, hünərli ərlər durmuşdular. M.Rzaquluzadə.

Синонимы

  • ADLI məşhur — adlı-sanlı — tanınmış
  • ADLI adlı bax adlı-sanlı
ADLANMANC
ADLI-SANLI
OBASTAN VİKİ
Adlı təqaüd
Amneziya adlı külək
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir.
Adlı-sanlı Azərbaycan (film, 1935)
== Məzmun == Kinoalmanaxda iki mövzu-neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Burada süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətlər verilmişdir. == Film haqqında == Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Pumpyanski Ssenari müəllifləri: Boris Pumpyanski, Vladimir Yeremeyev Operatorlar: Seyfulla Bədəlov, A.Qaryagin Bəstəkar: S.Paniyev Səs operatoru: A.Zapadenski === Filmdə iştirak edənlər === Piri Nuriyev Qüdrət Səmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Adlıq hal
Adlıq hal və ya ismin adlıq halı. Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, "kim?" "nə?" "hara?" suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məsələn: (dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.) İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məsələn: (bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə)) Adlıq hal təsirlik və ya yönlük halına keçə bilər. Məsələn: kitab. Mən dostuma kağız(ı) verdim.(Təsirlik hal). Kağız ilk dəfə Çində istehsal olunmuşdur.(Adlıq hal). Kağız(ın) növləri çoxdur.(Yiyəlik hal).vs. Qeyd 1: Adlıq hall cümlədə mübtəda, təyin və ismi xəbər vəzifəsində çıxış edir.

Значение слова в других словарях