Akril turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir.
Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spiritndə, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. İnhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur.
Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir.
akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir;
Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar;
Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur.
Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir:
СН2=СН–СН3 + O2 → СН2=СН–СООН
Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi:
СН≡СН + СО + Н2О → СН2=СН–СООН
və ya keten ilə formaldehid:
СН2=С=О + H2C=O → СН2=СН–СООН
Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur .
Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.