Adi alaqanqal
Adi alaqanqal (lat. Silybum marianum) — alaqanqal cinsinə aid bitki növü.
== Botaniki təsviri ==
Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır. Yarpaqları yaşıl, xarici və orta hissəsi bizşəkilli tikanlardan ibarətdir.