Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əğlabi
Əğlabi — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. Əğlabi kəndi Dərbənd şəhərindən 18 km cənubda, Azərbaycan Respublikası ilə sərhəd xəttindən 10 km şimalda, Xəzər dənizi sahilindən 2 km uzaqlıqda, düzənlik ərazidə, Rubas çayı sahilində yerləşir. Əğlabi kəndi yalnız bu kəndi əhatə edən öz bələdiyyəsinə sahibdir. Bələdiyyənin keçmiş başçısı Siracəddin Tahirov, indiki başçısı isə Murad Məhəmmədağayevdir. == Tarixi == Kəndin XIX əsrin əvvəllərində dağ yəhudiləri tərəfindən salınması ehtimal olunur; belə ki, kəndin adı tarixi məxəzlərdə ilk dəfə 1813-cü ildə qeyd edilmişdir. Ancaq sonralar ətrafda yerləşən azərbaycanlı kəndlərindən və Dərbənddən bu əraziyə xeyli azərbaycanlı köç etmiş, dağ yəhudiləri isə əksinə kəndi tərk etmişlər. XX əsrin əvvəllərində kənd tamamiylə azərbaycanlılardan ibarət monoetnik çalar almışdır. Sovet dövründə, 1953-cü ildə Rusiya SFSRinin Dağıstan MSSRindəki Qürah rayonunun Tsilinq kəndinin əhalisi (SSRİnin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Dərbənd rayonundakı Əğlabi kəndinə köçürülmüşdür. == Əhalisi == === XIX-XX əsrlərdə === 1886-cı ildə kənd əhalisi 36 evdə 139 nəfərlik (75 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhalidən ibarət idi; onlardan 27 evdə yaşayan 108 nəfərini (58 nəfəri kişilər, 50 nəfəri qadınlar) dağ yəhudiləri, 9 evdə yaşayan 31 nəfərini isə (17 nəfəri kişilər, 14 nəfəri qadınlar) sünni islam etiqadlı Azərbaycan tatarları təşkil edirdi. === Müasir dövrdə === 2017-ci il rəsmi əhali siyahıyaalınmasına əsasən kənd əhalisinin sayı 2371 nəfərdir.
Alqazı (Baymak)
Alqazı (başq. Алғазы, rus. Алгазино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 50 km, kənd sovetliyindən (Əbdülkərim): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Həmid Əlqar
Həmid Əlqar (ing. Hamid Algar; 1940, İngiltərə) — Britaniya və ABŞ şərqşünası. O, Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Tədqiqatları fakültəsinin farsşünaslıq üzrə fəxri professorudur. Əlqar fars və ərəb ədəbiyyatı, eləcə də İran, Türkiyə, Balkanlar və Əfqanıstanın müasir tarixinə dair əsərlər ərsəyə gətirmişdir. O, 1965-ci ildən 2010-cu ilə qədər Berkli Kaliforniya Universitetində çalışmışdır. Əlqar hələ də fəal alimdir və onun tədqiqatları son iki əsrdə İran şiəliyinə və Nəqşibəndi sufiliyinə xüsusi diqqət yetirməklə fars-türk dünyasının islam tarixi üzərində cəmləşmişdir. O, şiə müsəlmandır.İngiltərədə anadan olan Əlqar sonradan sünni islamı qəbul etmiş, lakin ardınca şiə islamı seçmişdir. O, həmçinin müasir siyasi şiə ilahiyyatçıları tərəfindən yazılmış kitabları, məsələn, Ruhullah Xomeyninin "Vilayəti-Fəqih" kitabı və Əli Şəriəti, Mürtəza Mütəhhəri və Mahmud Taleqani tərəfindən yazılmış kitabları tərcümə etmişdir. Xomeyniçiliyi həvəslə təbliğ etdiyinə və Ayətullah Xomeyniyə olan heyranlığına görə "National Review" onu "Xomeyninin sevimli amerikanı" adlandırmışdır.Buna əlavə olaraq, Əlqar erməni soyqırımını inkar edənlərdəndir.
Qəbir əzabı
Qəbir əzabı (ərəb. عذاب القبر‎ ʿAdhāb al-Qabr, həmçinin Qəbirsıxma) - İslam inancına görə insanı öldükdən sonra gözləyən əziyyət. Qəbir əzabı ilə bağlı Quran kitabında heç bir məlumat göstərilməmişdir. Quranda ondan çox ayədə qəbirlərlə bağlı ifadə keçdiyinə baxmayaraq, qəbir əzabından bəhs edilmir.
Vicdan əzabı
Vicdan əzabı — keçmişdə etdikləri əməllərə görə peşman olan bir insanın həyasız, incidici və ya səhv hesab etdiyi narahat bir duyğudur. Vicdan əzabı günahkarlıq və özünə yönəlmiş küskünlüklə sıx bağlıdır. Bir şəxs əvvəlki hərəkət və ya hərəkətsizlikdən peşman olduqda, peşmanlıq hissi və ya hərəkətə və ya hərəkətsizliyə görə cəza da daxil olmaqla digər müxtəlif nəticələrə cavab ola bilər. İnsanlar peşman olduqlarını üzr istəmək, düzəltməyə çalışmaq və ya öz cəzalarını tətbiq etməklə bildirə bilər. Qanuni bir kontekstdə, cinayətkarın qəbul etdiyi peşmanlıq məhkəmələr, hökmlər, şərti olaraq dinləmələr və bərpaedici ədalət zamanı Qərb ədliyyə sistemləri tərəfindən qiymətləndirilir. Bununla birlikdə, cinayətkarın peşmançılıq səviyyəsini qiymətləndirməkdə epistemoloji problemlər var.Peşman olmağı bacarmayan bir insana tez-tez Psixi Rahatsızlıqların Diaqnostik və Statistik Təlimatında izah edildiyi kimi antisosial şəxsiyyət pozuqluğu diaqnozu qoyulur. Ümumiyyətlə, psixopatik xüsusiyyətləri inkişaf etdirmək üçün insanın qorxu və peşmançılıq hissi keçirə bilməməsi lazımdır. Sığorta kimi hüquqi və işgüzar peşələr, ilk növbədə potensial məhkəmə və maliyyə nəticələrinə görə üzr istəməklə peşman olduqlarını ifadə etmək üçün araşdırmalar aparmışlar. == Üzr istəmək haqqında tədqiqatlar == Üzr istəməyə dair iki tədqiqat vardır — Qeri Çepmen və Cennifer Tomasın "Üzr istəməyin beş üsulu" ing. "The Five Languages of Apology" və Aaron Lazarın "Üzrlər" ing.
Əlqas Mirzə
Əlqas Mirzə (15 mart 1516, Qarabağ – 9 aprel 1550, Qəhqəhə qalası, Ərdəbil ostanı) — Səfəvi şahzadəsi, Şirvan vilayətinin bəylərbəyi. == Həyatı == 15 mart 1516-cı ildə Şah İsmayılın və Taclı Bəyim Sultanın ilk oğlu olaraq həyata göz açmışdır.Məhinbanu Sultanın,I Pərixan Sultanın, Bəhram Mirzənin və Sam Mirzənin doğma I Təhmasibin və digərlərinin isə ögey qardaşıdır == Fəaliyyəti == İlk dəfə 1528-ci ildə, 12 yaşında Özbəklərə qarşı iştirak etdiyi Cəm döyüşündə fərqlənmişdir. 1532-ci ildə Bədr xan Ustaclının qəyyumluğu altında Astarabad hakimliyini almışdı. 1534–1535-ci illər ərzində Səfəvi ordusunun bir sərkərdəsi kimi Osmanlıya qarşı müdafiəsində başçılıq etmişdir. Şirvanşahlar dövlətinin zəifliyindən istifadə edən I Təhmasib Şirvan vilayətini işğal etmək məqsədilə 1538-ci ilin yayında göndərdiyi 20 minlik ordunun başçısı idi. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilmiş, Şah Təhmasib,Qardaşı Əlqas Mirzəni Şirvana bəylərbəyi təyin etmişdi. 1546-cı ildə Əlqas Mirzə qardaşı I Təhmasibə xəyanət edərək qardaşına qarşı qiyam qaldırır.Və öz adından Dərbənddə sikkə kəsdirməyə başlayır. 1547-ci ildə Təhmasibin Dərbəndi tutmasından sonra o 40–50 nəfər rəiyyət ilə Krıma, oradan da İstanbula qaçdı. Bir başqa keçmiş Səfəvi sərkərdəsi olan Üləma paşa Təkəli Osmanlıda Ərzurum bəylərbəyliyinə təyin olunmuşdu. Sultan Süleyman Qanuninin əmri ilə Əlqas Mirzə də ona qoşulmuş və 27 iyul 1548-ci ildə Təbrizi ələ keçirmişdilər.
Buzlu vedrə əzabı
Buzlu vedrə əzabı (ing. Ice Bucket Challenge) — 2014-cü ilin yayında məşhurlaşan bir fəaliyyət. Bu fəaliyyətinin qaydasına görə iştirakçılar ya başlarına bir vedrə soyuq su tökməli, ya da ABŞ-nin ALS Assosiyasına xeyriyyə məqsədilə pul ödəməlidirlər. Bu fəaliyyət Şimal yarımkürəsində sosial medyada məşhurlaşıb. == Məşhurlaşması == "Ice Bucket Challenge" kampaniyasına, yəni Buzlu su kampaniyasına görə, ya ALS üçün yardım edəcəksəniz, ya da buz dolu bir vedrə suyu başınızdan aşağı tökəcəksiniz. Bütün dünyada 2014-cü ilində həm yardım edib, həm də məlumatlandırmaq məqsədi ilə başlarından aşağı buzla dolu 1 vedrə su tökürlər. Fəaliyyətə qoşulan adam seçdiyi 3 adama meydan oxuyur və eynisini ondan istəyir. Meydan oxunan kişi 24 saat içində eynisini bir başqasına edir. Mark Zukerberq, Bill Geyts, Lady Gaga, Kriştiano Ronaldo, Beyonce , Jennifer Lopez kimi dünyaca məşhur insanlar kampanyaya böyük dəstək verdi. === Türkiyədə === Türkiyədə isə ilk dəstək Nevzat Aydından gəldi.
Əlqas mirzə Səfəvi
Əlqas Mirzə (15 mart 1516, Qarabağ – 9 aprel 1550, Qəhqəhə qalası, Ərdəbil ostanı) — Səfəvi şahzadəsi, Şirvan vilayətinin bəylərbəyi. == Həyatı == 15 mart 1516-cı ildə Şah İsmayılın və Taclı Bəyim Sultanın ilk oğlu olaraq həyata göz açmışdır.Məhinbanu Sultanın,I Pərixan Sultanın, Bəhram Mirzənin və Sam Mirzənin doğma I Təhmasibin və digərlərinin isə ögey qardaşıdır == Fəaliyyəti == İlk dəfə 1528-ci ildə, 12 yaşında Özbəklərə qarşı iştirak etdiyi Cəm döyüşündə fərqlənmişdir. 1532-ci ildə Bədr xan Ustaclının qəyyumluğu altında Astarabad hakimliyini almışdı. 1534–1535-ci illər ərzində Səfəvi ordusunun bir sərkərdəsi kimi Osmanlıya qarşı müdafiəsində başçılıq etmişdir. Şirvanşahlar dövlətinin zəifliyindən istifadə edən I Təhmasib Şirvan vilayətini işğal etmək məqsədilə 1538-ci ilin yayında göndərdiyi 20 minlik ordunun başçısı idi. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilmiş, Şah Təhmasib,Qardaşı Əlqas Mirzəni Şirvana bəylərbəyi təyin etmişdi. 1546-cı ildə Əlqas Mirzə qardaşı I Təhmasibə xəyanət edərək qardaşına qarşı qiyam qaldırır.Və öz adından Dərbənddə sikkə kəsdirməyə başlayır. 1547-ci ildə Təhmasibin Dərbəndi tutmasından sonra o 40–50 nəfər rəiyyət ilə Krıma, oradan da İstanbula qaçdı. Bir başqa keçmiş Səfəvi sərkərdəsi olan Üləma paşa Təkəli Osmanlıda Ərzurum bəylərbəyliyinə təyin olunmuşdu. Sultan Süleyman Qanuninin əmri ilə Əlqas Mirzə də ona qoşulmuş və 27 iyul 1548-ci ildə Təbrizi ələ keçirmişdilər.
Əliabd-i Pir Şəmsəddin
Əliabad-i Pir Şəmsəddin (fars. علی‌آباد پیرشمس‌الدین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 85 nəfər yaşayır (25 ailə).
Sərhəd qoşunlarının əlaçı tələbəsi
Sərhəd qoşunlarının əlaçısı – SSRİ-də 1969-da yaradılmış fəxri ad.
M10 by PashaPay (Elektron pulqabı)
Elmalı
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Ergani
Ergani — Dəclənin sağ sahilində 10 km uzaqlıqda və 1537 metr hündürlükdəki Zülküf dağının cənub ətəyində qurulmuş (Xalq arasında Zülküf Dağı, Zülküf Peyğənbər Dağı, Mövqə Dağı olaraq adlandırılmaqdadır. Diyarbakırın əhəmiyyətli bölgəsindən biridir. Ergani, Diyarbakır ilinin ən böyük ilçəsidir. İlçə mərkəzinə bağlı 86 kənd var.
Cəmaləddin Əfqani
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. == Həyatı == Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.
Mirça Eliadi
Mirça Eliadi (9 mart 1907[…], Buxarest – 22 aprel 1986[…], Çikaqo) — din tarixçisi və filosof. Mirça Eliadi 13 mart 1907-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə doğuldu. Uşaqlıq və gənclik illərində biologiya, xüsusilə botanika və entomologiya ilə maraqlanırdı, lakin illər keçdikcə marağı ictimai elmlərə keçdi və beləliklə filologiya və fəlsəfəyə maraq göstərdi. Buna görə də, fəlsəfə təhsili aldı. 1928-ci ildə Buxarest Universitetində fəlsəfə fakültəsini bitirdi. Tezisinin mövzusu İtaliya Renesans filosofları idi. Eyni ildə Sanskrit və Hind fəlsəfəsi öyrənmək üçün Kəlkətə getdi. Eliadi müəllimi Surendranath Dasguptadan təsirləndi. Himalayda Rişikeş Aşramda altı ay yaşadı. Dörd il sonra, 1932-ci ildə təhsilini bitirdikdən sonra Buxarestə qayıtdı döndü.
Spilornis elgini
Spilornis elgini (lat. Spilornis elgini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli ilanyeyən cinsinə aid heyvan növü.
Tənsuqnameyi-Elxani
Tənsuqnameyi-Elxani Əsər “Cəvahirnamə” adıyla daha çox şöhrət tapmışdır. Tusi “Cəvahirnamə” əsərində qiymətli minerallar haqqında geniş məlumat vermiş, onların xüsusiyyətlərini, təsvirini və hətta müalicəvi əhəmiyyətlərini də göstərmişdir. Hülakü sultanına həsr olunmuş “Tənsuqnameyi-Elxani” əsəri 28 fəsildən ibarətdir. Tusi burada qiymətli daşlardan və onların xüsusiyyətlərindən bəhs etmişdir. Mətn məcmuədə yerləşir və 17 b – 31 b vərəqlərini əhatə edir. Mətn tamdır və sarımtıl rəngli Şərq istehsalı olan qalın vərəqdə, iri nəstəliq xəttilə yazılmışdır. Başlıqlar və yarımbaşlıqlar qırmızı mürəkkəblə qeyd edilmişdir. Bütün əsər boyu səhifələrin kənarlarında qırmızı mürəkkəblə katib qeydləri verilmişdir. Əsərdə həm müasir nömrələmə üsulu (paqinasiya), həm də kustod üsullu nömrələnmədən istifadə edilmişdir. Əsərin cildi sərt kartondan ibarətdir.
Zic-elxani
Zic-elxani («Elxani astronomik cədvəli») — Nəsirəddin Tusinin əsəri çoxlu astronomik, riyazi və coğrafi cədvəlləri ilə məşhurdur. Planetlərin geosentirik orbitinin əsas elementləri verilən bu əsərdə riyaziyyat və nücum elminə dair mükəmməl ümumiləşdirmələr aparan alimin bu əsərini bəzən «Elxani təqvimi» deyə də tanıyırlar. == Əsər haqqında == Dünyanın bir çox nüfuzlu kitabxanalarında bu əsərin nüsxələrinə rast gəlinir, çünki, «Zic-i elxani» əsərində 1700 illik astronomiya müşahidələri öz təcrübəsini dəqiq bir surətdə ortaya çıxartmışdır. Planetlərin sutkalıq orta hərəkti haqqındakı məlumatlar son dərəcə dəqiqliklə hesablanmışdır ki, bu da müasir astronomiya cihazlarının köməyi ilə əldə edilən dəqiq məlumatlardan çox cüzi bir surətdə fərqlənmişdir. «Zic-i elxani» əsərində verilən cədvəllər dörd kitabdan ibarətdir, bu əsrin birinci kitabında yunan, fars, yəhudi, ərəb və türk təqvimləri barədə məlumat verilir və bu təqvimlərin birindən digərinə keçmək üsulları izah olunur. İkinci kitabda isə ulduzların yerdəyişməsi və onların ekliptik koordinatlar üzrə yerləşməsi barədə söhbət açılır. «Zic-i elxani» əsərinin üçüncü və dördüncü kitablarında isə astrologiya məsələlərinə toxunulur. Tusinin «Zic-i elxani» əsərində riyaziyyata, coğrafiyaya və astronomiyaya aid verdiyi cədvəllər öz dövrünün elmi informasiyasına görə çox qabaqcıl bir mövqeyə malik idi. Bu cədvəllər içərisində altımışlıq say sistemində sinusun və tangesin (döngənin və toxunanın) üçrəqəmli triqonometriya cədvəlləri verilmişdir. Bu dövrdə məşhur olan 256 şəhərin coğrafi koordinatların cədvəlinə da rast gəlmək mümkündür.
Əlvari çayır
Barmaqvari çayır (lat. Cynodon dactylon) - qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü. == Sinonim == Agrostis bermudiana Tussac. ex Kunth [Invalid] Agrostis filiformis J.Koenig ex Kunth [Invalid] Agrostis linearis Retz. Agrostis stellata Willd. Capriola dactylon (L.) Kuntze Capriola dactylon var. maritima (Kunth) Hitchc. Chloris cynodon Trin. [Illegitimate] Chloris maritima Trin. Chloris paytensis Steud.
Əshabi-Kəhf
Əshabi-kəhf dağı
Əshabi-süffə
Əshabi-süffə və ya Əhli-süffə (ərəb. أهل الصفة؛ أصحاب الصفة‎ — Oturacaq sakinləri və ya Talvar əhli) — Mədinədə sığınacağı olmayan və Peyğəmbər məscidinin örtüyü altında yaşayan Məhəmməd peyğəmbərin yoxsul səhabələri. Ümumilikdə Əhli-süffədən olan 93 nəfərin adı məlumdur. “Talvar əhli” arasında Məhəmmədi görmək üçün Mədinəyə gələnlərdə var idi. == Tarix == Məhəmməd peyğəmbər şəxsən “Talvar əhlinin” qayğısına qalır, qənimətlərin bir hissəsini onlara verir və dövlət xəzinəsindən onlara vəsait ödəyirdi. Əhli-süffə sakinləri davamlı namaz və oruc tutmaqla yanaşı, yazıb-oxunaq və hədisləri intensiv şəkildə öyrənirdi. Onların müəllimləri arasında Məhəmməd peyğəmbərin Abdullah ibn Məsud, Əbu əd-Dərda, Ubeyy ibn Kəb, Muaz ibn Cəbəl və Ubadə ibn əs-Samit kimi tanınmış səhabələri var idi. Müsəlmanlar hesab edirlər ki, Əhli-süffə əslində ilk müsəlman təhsil müəssisəsini (mədrəsə) qurmuşdur. “Talvar əhli” arasından məşhur hədis rəvayətçiləri (Əbu Hüreyrə, İbn Ömər və Əbu Səid əl-Xudri), ilk müəzzinlər (Bilal Həbəşi və Abdullah ibn Ümmü Məktum) və peyğəmbərin digər görkəmli səhabələri (Əbuzər əl-Ğəffari, Hüzeyfə, Xəbbab, Salman Farsi, Şüheyb ər-Rumi, Uqbə ibn Əmir əl-Cuhani və İrbad ibn Səriyyə) çıxmışdır. == Sufizm (Təsəvvüf) == Əhli-süffə sakinləri davamlı olaraq namaz qılır və nadir hallarda lüzumsuz olaraq məscidi tərk edirdilər.
Solmaz Elqızı
Eduard Elqar
Ser Eduard Uilyam Elqar, 1-ci Baronet (ing. Sir Edward William Elgar, 1st Baronet; 2 iyun 1857[…], Louer-Bredhit[d], Vusterşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 23 fevral 1934[…], Vuster[d], Vusterşir[d], Birləşmiş Krallıq) — romantik cərəyanın arıcılı olmuş, bir sıra əsərləri mütəmmadi olaraq Britaniya və Beynəlxalq klassik musiqi konsert proqramlarına daxil olan Böyük Britaniya bəstəkarı. Bəstəkarın ən məşhur əsərləri sırasına "Eniqma-variasiyalar", "Təntənəli və mərasim marşları", skripka və violonçel üçün konsertlər, həmçinin iki simfoniya daxildir.
Elqaş Əliyev
Elqaş Barat oğlu Əliyev (12 fevral 1999, Bırkandul, Lerik rayonu — 3 noyabr 2020, Qırmızı Bazar, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri və müddətdən artıq hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elqaş Əliyev 12 fevral 1999-cu ildə Lerik rayonunun Bırkandul kəndində anadan olmuşdur. Lerik rayon Zahid Həsənov adına Bırkandul kənd ümumi orta məktəbində IX sinfə qədər təhsil almış, ardınca Ənvər Nəciyev adına Vistən kənd tam orta məktəbində orta təhsilini tamamlamışdır. == Hərbi xidməti == E. Əliyev 18 yaşında həqiqi hərbi xidmətə yollanmış, xidmət müddəti bitdikdən sonra isə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda fəaliyyət göstərmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Elqaş Əliyev 27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbhənin müxtəlif istiqamətlərində şücaət göstərən Elqaş, 3 noyabr tarixində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Döyüş yoldaşları onu müstəsna dərəcədə cəsur bir döyüşçü kimi xarakterizə etmişlər.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elqaş Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elqaş Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elqaş Əliyev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Alqami kanalı döyüşü
Alqami kanalı döyüşü — Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlularla Əmir Teymurun nəvəsi Əbubəkr ibn Miranşahın başçılıq etdiyi Teymuri qoşunu arasında 1402-ci ilin sonlarında Bağdadı və İraqı ələ keçirmək uğrunda baş vermiş döyüş. == Arxa plan == Elxanilərin rəqib monqol tayfaları olan Çobanilər, Cəlairilər, Müzəffərilər və İncuidlərə parçalanmasından sonra baş vermiş daxili mübarizə və xarici müdaxilələr onları Əmir Teymurun işğalları üçün ideal hədəfə çevirmişdir. 1393-cü ildə yürüşə çıxan Teymur İran, İraq, Azərbaycan, Ermənistan, Gürcüstanı işğal edib yağmaladıqdan sonra 1396-cı ildə Səmərqəndə geri döndü. O, İran Müzəffərilərini bu yürüş zamanı süquta uğratdı. Lakin o, Sultan Əhməd Cəlair komandanlığındakı Cəlairiləri və ona tabe olan türkmən konfederasiyasının başçısı Qaraqoyunlu Qara Məhəmməd Türemişi, onun oğlu Qara Yusifi ortadan qaldıra bilmədi.Nəhayət, o bu ikiliyə qarşı yürüşə başladı. Lakin Osmanlı dövləti onları qaçqın kimi qəbul etdi. Bu əsnada Misirin Məmlük sultanı Nəsrəddin Fərəc Teymurun elçisini qeyri-qanuni formada həbs etdirdi. Lakin o, bu iki düşməni aradan götürməmiş Sultan Əhməd və Qara Yusifə tərəf yönəlmədi. Suriyaya hücum edən Teymur oranı Məmlüklərdən işğal etdi və İraqa geri döndü. Bağdadı 1401-ci ilin 20 iyununda mühasirəyə alıb yandırdıqdan sonra Gürcüstana yönəldi və 20 iyul 1402-ci ildə Ankarada Sultan I Bəyazidi məğlub etdi.
Elxani hökmdarlarının siyahısı
Elxanilər sülaləsi — Azərbaycanda 1256-1357-ci illərdə iqtidarda olmuş monqol xanədanı. Borucigin sülaləsinin bir qoludur. Bu sülaləyə bəzi ədəbiyyatda Hülakülər sülaləsi də deyilir. Bu sülalənin ilk nümayəndəsi Hülakü xan olmuşdur. == Siyahı == Hülakü xan (1256-1265) Abaqa xan (1265-1282) Əhməd Təkudar xan (1282-1284) Arqun xan (1284-1291) Keyxatu xan (1291-1295) Baydu xan (1295) Sultan Mahmud Qazan xan (1295-1304) Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1316) Əbu Səid Bahadur xan (1316-1335) Sultan Musa xan (1336-1337) Məhəmməd xan (1336-1338) Sultan Satıbəy xatun (1338-1339) Süleyman xan (1339-1343) Cahan Teymur (1339-1340) II Qazan xan (1356-1357) == Dinləri == Hülakü xan xristianlığa maraq göstərsə də ölümünə yaxın buddizmi qəbul etmişdir. Abaqa xan buddist idi. Əhməd Təkudar xan doğulduqdan sonra vəftiz edilsə də daha sonra İslamı qəbul etmişdir. Arqun xan vəftiz edilsə də buddist idi. Baydu xan xristianlığa maraq göstərsə də, ondan müsəlman kimi davranmaq tələb edilirdi. Sultan Mahmud Qazan xan buddist kimi yetişdirilsə də daha sonra İslamı qəbul etmişdir.
Musa xan (Elxani)
Sultan Musa xan (? - ö. 1337) — Elxanilər dövlətinin 11-ci hökmdarı (1336-1337). == Həyatı == Sultan Musa xan atası Baydu xanın oğlu Qıpçaqoğul idi. == Hakimiyyəti == 1335-ci ildə Əmir Əli Padşah Oyrot Ucana gəldi və Arpa xanı devirərək Musa xanı padşah elan etdi. Musa xanın hakimiyyət dövrü də uzun sürmədi. O, cəmi bir neçə ay hakimiyyət başında oldu. Musa xanın hakimiyyətdə yalnız adı var idi. Dövlətin bütün işləri əmir Əli padşahın əlində cəmlənmişdi. O, dövlət işlərinə heç kimin qarışmasına yol vermirdi.
Məhəmməd xan (Elxani)
Məhəmməd xan — Elxanlılar sülaləsindən, elxanlığa iddiaçı. Hülakunun oğlu Məngu Teymurun nəticəsi idi. == Həyatı == 1336-cı ildə Tacəddin Həsən noyon tərəfindən taxta gətirilmişdi. Hələ uşaq yaşında idi. Dövləti Təbrizdən idarə edirdi. Lakin Şeyx Kiçik Həsən 16 iyul 1338-ci ildə Alatağ bölgəsində cəlairiləri məğlub etdi və Məhəmməd xan edam olundu.
Qazan xan (Elxani)
Sultan Mahmud Qazan xan (5 noyabr 1271, Mazandaran ostanı – 11 may 1304, Qəzvin) — Arqun xanın oğlu, elxan. == Həyatı == Qazan xan 1271-ci ildə, Abaqa xanın hakimiyyəti dövründə doğulmuşdu. Atası Arqun xan, anası Dörben tayfasından Qutluq xatundur. Ögey nənəsi Buluğan xatun tərəfindən yetişdirilmişdir. Qazan və Olcaytu ikisi də xristian kimi böyüdülmüşdülər.Buddizmi, Monqol yazısını və Uyğur yazısını öyrənmişdi. 11 yaşında Xorasan valisi olmuşdur. == Vali kimi fəaliyyəti == 1289-cu ildə Novruz ağa Oyrotun üsyanına qarşı mübarizə aparan Qazan xan əsasən Çağataylarla konfliktdə olmuşdur. 1291-ci ildə Keyxatunun taxta çıxmasına səs çıxarmamışdı. Əmisinə sadiq olsa da çaonu tədavülə buraxmadı. 1295-ci ildə Novruz ağa ilə barışan Qazan onu sərkərdələrindən birinə çevirdi.
Seyid Cəmaləddin Əfqani
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. == Həyatı == Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.