ALBUXARA

is. Qurudulmuş Buxara gavalısı.
[Şagird] yerdə əyləşib ət doğramağa, məğzibadam, badımcan, albuxara təmizləməyə məşğul idi. Ə.Haqverdiyev.

Синонимы

  • ALBUXARA gavalı
ALBÓM
ALÇA
OBASTAN VİKİ
Albuxara
Albuxara - gavalı sortu. Azərbaycanda iki cür - sarı və qara albuxara yetişdirilir. Ordubad rayonunda geniş yayılmış sarı albuxaranın tərkibində 12 faiz şəkər, 0,8 faiz turşu var. Qara albuxaranın vətəni Şirvan zonasıdır. Onun tərkibində isə 10,6 faiz şəkər, 1,21 faiz turşu olur. Hər iki sortun çəyirdəyi asanlıqla ayrılır. Albuxara yeyilir, qurudulur və xoşab hazırlanmasında istifadə edilir. Bir sıra Milli Azərbaycan xörəklərinin tərkib hissəsidir. Belə güman etmək olar ki, alu (gavalı) və Buxara sözlərindən əmələ gəlib və Buxara gavalısı mənasını verir.

Значение слова в других словарях