ALDIRMAQ

icb.
1. Almağa məcbur etmək, almasına səbəb olmaq. Bu kitabı ona mən aldırmışam.
2. Başqasının vasitəsilə almaq, almağa adam göndərmək. Gözəl bir şey aldırmışam. Bir adam olsaydı, bazardan göyərti aldırardıq.
3. Çəkdirmək.
Birinci səhifədə gənc Ninanın məktəbdə ikən aldırdığı fotoqrafını gözdən keçirdim. M.S.Ordubadi.
[Səlim] təlim zamanı Kərimlə birlikdə aldırdığı qoşa şəkli də [paketə] qoydu. S.Rəhimov.

4. Üzdən kəsdirmək, götürmək (qayçı və s. ilə).
Hələ keçən iləcən üzünə ülgüc dəyməmiş Cəmil, indi saqqalını tərtəmiz qırxdırıb qara, nazik bığının üstünü azacıq aldırmışdı. M.Hüseyn.

□ Üz aldırmaq, qaş aldırmaq dan. – üzündəki (qaşındakı) artıq və narın tükləri çəkdirmək (qadınlarda).
ALDIRMA
ALDIRMAMAQ

Значение слова в других словарях

безбе́дно бижуте́рия добуди́ться нагрузи́ться пересини́ться подкури́ться подле́карь увещева́тельно администри́рование гламу́р небана́льный остро́жница сиплова́тость фальце́тность caroli emir Purim special unwatched wing-game душещипательный истинность кошевой плебей слышимый