altımisralı
altın-gümüş 2021
OBASTAN VİKİ
Alev Altın
Altın Asır
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan "2019-un Ən Yaxşıları" siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. On (2018) Gece (2019) Yol (2021) "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 iyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Altın Köş
Altın Köş (fars. آلتین‌کش‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1‘213 nəfər yaşayır (441 ailə).
Altın əsr
Altın əsr (türkm. Altyn Asyr) — Türkmənistan şimalında yerləşən süni göl. Göl təbii Qaraşor çökəkliyində yerləşir. Burada Baş Türkmən kanalı ilə Daşoğuz birləşir. Əsas kollektor Deynauda qəsəbəsi yaxınlığından başlayaraq Mərkəzi Qaraqum boyunca axır. Onun uzunluğu 720 km. Daşoğuz isə 385 km uzunluğa malik olaraü şimalşərqə axır. O Göl kollektorunun 57-ci kilometrliyindən başlayaraq 140 km məsafədə Zengibaba enişi ilə axır. Zengibabadan kanal 45 km Uzboy yatağı ilə uzanır. Sonradan 160 km bu yataqla Kutış-Babaya axlr.
Altın Asır FK
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Altın Ay (medal)
"Altın Ay" medalı (və ya Qızıl Aypara) — Türkmənistan Qəhrəmanı adı alan şəxslərə verilən Türkmənistanın dövlət mükafatı.
Altın Kelebek Festivalı
Qızıl Kəpənək (türk. Altın Kelebek) — televiziya, musiqi, film və digər sahələrdə nailiyyət əldə etmiş şəxslərə dəyər üçün verilən mükafat. İlk dəfə 1972-ci ildə mükafatların təqdimatı keçirilmişdir. Heykəl qızılı rəngli kəpənək formalıdır. Namizədlər ilk öncə xalqın təklifiləri ilə saytda müəyyənləşdirilir.SMS və jurilərin səsverməsi nəticəsində qalib müəyyənləşir.Türkiyənin "Kanal D" və "CNN Türk" kanalları vasitəsilə canlı yayımlanır. 2018-ci ildən "Azərbaycanın Ən Parlaq Ulduzu" kateqoriyasında da mükafat verilir. Ən yaxşı qadın aparıcı Ən yaxşı kişi aparıcı Ən yaxşı qadın xəbər aparıcı Ən yaxşı kişi xəbər aparıcı Ən yaxşı xəbər proqramı Ən yaxşı qadın aparıcı Ən yaxşı yerli serial Ən yaxşı dram serialı Ən yaxşı komediya aktrisası Ən yaxşı komediya aktyoru Ən yaxşı dram aktrisası Ən yaxşı dram aktyoru Ən yaxşı televiziya verlişi Ən yaxşı idman verilişi Ən yaxşı maqazin proqramı İlin müğənnisi İlin ən yaxşı türk pop qadın müğənnisi İlin ən yaxşı türk pop kişi müğənnisi İlin ən yaxşı türk xalq mahnıları qadın müğənnisi İlin ən yaxşı türk xalq mahnıları kişi müğənnisi İlin ən yaxşı türk rok qadın müğənnisi İlin ən yaxşı türk rok kişi müğənnisi İlin ən yaxş qrupu İlin ən yaxşı klipi Qürur mükafatı Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı - Mükafat Azərbaycan Sənətçilərinə verilir. Aygün Kazımova keçirdiyi 3 estetik əməliyyata görə namizədliyini geri götürmüşdür.
Beritan Günəş Altın
Beritan Günəş Altın (1995, Nüseybin, Mardin ili) — psixoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Beritan Günəş Altın 1995-ci ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. Yıldırım Beyazıt Universiteti Psixologiya Bölməsindən məzun olub. Müharibə travması, gender, immiqrasiya və uşaqların müdafiəsi üzrə məqalələri “Jineoloji” ve “Psychology Kurdi” nəşrlərində dərc olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 1 uşaq anasıdır.
Altın-Emel Milli Parkı
Altın-Emel Milli Parkı (qaz. Алтынемел саябағы, rus. Алтын-Эмель национальный парк ) ― Qazaxıstanda milli park. 1996-cı ildə yaradılmışdır. Park İli çayı ilə Ak-Tau dağ silsiləsi arasında 4 596 km² ərazini əhatə edir və əsasən səhra və qayalıq ərazilərdən ibarətdir. Altın-Emel Milli Parkı Qazaxıstanda, İli çayının vadisində yerləşir. Ərazi qum səhrası, dağlar və flora daxil olmaqla müxtəlif landşaftlardan ibarətdir. Parkın əsası arxeoloji və tarixi abidələr ilə birlikdə təbii park kompleksini də qorumaq məqsədi ilə 10 aprel 1996-cı ildə qoyulmuşdur. Bura Qazaxıstandakı ən böyük qoruğu və UNESCO-nun Ümumdünya irsinin bir hissəsidir. Altın-Emel Milli Parkı iki əsas hissədən: İli çayının sağ sahilinə və dağa - Cunqariya Alatausuna bitişik düzənlik və Altın Emel silsiləsinin makro yamacından ibarətdir.
Azərbaycanda YUNESCO-nun təhlükə altında hesab etdiyi dillərin siyahısı
Azərbaycan dilləri dörd dil ailəsinəndə təzahür edir:Hind-Avropa, Altay, Kartveli, Naxç-Dağıstan. Azərbaycanda ən yayqın dil Azərbaycan dilidir. 2009-cu il məlumatına görə ümumi əhalinin 98,6 % bu dildə sərbəst danışa bilir. Xarici dillərdən isə Rus dili və İngilis dili ən geniş anlaşılanıdır. Üstəlik burada az saylı talış, avar, ləzgi, saxur, tat, kürd, gürcü, udin xalqlarının nümayəndələri müvafiq dillərdə danışırlar. Dağ yəhudiləri Dağ yəhudiləri dilindən istifadə etsələrdə son zamanlar miqrasiya və modernizasiya ilə əlaqəli olaraq unudulur. Azərbaycan Respublikasının Konstitusiyasına görə rəsmi dil Azərbaycan dilidir. Konstitutsiyasıyaya görə dövlət rəsmi dilə yanaşı digər dillərin inkişafını təmin edir. Azərbaycan Respublikasında rəsmi dil Azərbaycan dilidir. Ölkədə tədris, siyasət, elmi, mədəni və digər sahələrdə əlaqə bu dillə təmin edilir.
Açıq Səma Altında Muzey (Naxçıvan)
Açıq Səma Altında Muzey — Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamı əsasında yaradılmış, Naxçıvan şəhərində muzey. Muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunmuşdur. "Əcəmi" seyrangahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. 2,58 ha sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Mömünə xatun türbə-muzeyi də fəaliyyət göstərir. Naxçıvanın müxtəlif bölgələrindən tapılmış daş eksponatlar əsasında yaradılmışdır. Muzeydə 220-dən artıq daş abidə qorunur və ekspozisiyalarda nümayiş etdirilir. Ekspozisiyada 4 qrup daş abidələr – eksponatlar vardır.
Açıq səma altında muzey
Açıq səma altında muzey — Muzeydə eksponatlar açıq səma altında nümayiş olunur və qorunur. Açıq səma altında muzeyin təşkil etməyin vacibliyi ideyası və prinsipləri ilk dəfə olaraq isveçrəli alim Ç. Bonsetten tərəfindən XVIII əsrdə irəli sürülmüşdür. İsveçrə 1891-ci ildə isə Qezelius məşhur "Skansen" muzeyini təşkil etdi. Avropa və Amerika qitələrində belə muzeylər çoxdur (Kopenhagendə – 1897, Osloda – 1902, Arnxemdə – 1912 və s.). Təkcə Polşada belə muzeylərin sayı 35-ə çatmışdır. Finlandiyada Serasaari adasında ənənəvi kəndli malikanəsi və o cümlədən XVIII əsrə aid zəngin etnoqrafik abidələr saxlanmaqdadır. Burada bütün sənətkarlıq emalatxanaları və dəyirmanlar işlək vəziyyətdə nümayiş etdirilir. Almaniyanın Zanvüst şəhərində alman kəndinin 250 illik tarixini izləmək mümkündür. Buxarestdə yerləşən muzey-kənd də diqqəti cəlb edir. Muzeydə 62 kompleks abidə və 18 min eksponat nümayiş etdirilir.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1996-cı ildə istehsal olunmuş Azərbaycan filmi. Filmin qəhrəmanları Zaurla (Elxan Cəfərov) Təhminədir (Sənubər İsgəndərli). Lakin onlar bir-birilərinə heç də vaxtında rast gəlməyiblər. Təhminə ərdədir, Zaurun ailəsi isə oğullarının evli qadınla birgə olmalarına qəti qarşıdırlar. Bütün etirazlara baxmayaraq onlar bir-birilərini dəlicəsinə sevirlər. Hər şeyin bir sonu olduğu kimi bu məhəbbətin də sonu vardır, lakin belə son heç Zaurun ağlına da gəlməzdi... Film Anarın eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Bu, Anarın əsərinə ikinci ekran müraciətidir. Birinci film rejissor Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmidir.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (roman)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1974–1978-ci illərdə Azərbaycanını görkəmli yazıçısı Anar tərəfindən yazılmış roman. Yazıçı bu əsəri böyük ədib Cəlil Məmmədquluzadənin əziz xatirəsinə ithaf edərək qələmə almışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kitabına "Ağ liman" povesti və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı daxildir. Oxucuların diqqətini maraqla cəlb edən bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr olumuşdur. 2004-cü ildə Günel Anarqızının yazdığı "Altıncı" povesti bir növ bu iki əsərin davamı kimi görünsə də, bu mövzuları tamamilə yeni, gözlənilməz və çağdaş bucaqdan işıqlandırır. Ağ liman Bu povestdə əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur. Mənəvi boşluq damğalanır. Beşmərtəbəli evin altıncı mərtəbəsi Bir növ "Ağ liman" povestinin davamı olsa da, müstəqil əsərdir. "Ağ liman"da da olan Təhminə və Zaur bu romanın mərkəzində dayanırlar. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanılmasının vacibliyindən söz açılır.
Bir günəş altında (film, 2016)
Bir günəş altında — Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi 2016-cı ildə Azərbaycanda elan edilən “Multikulturalizm ili" çərçivəsində istehsal etdiyi film.Filmin bütün bölgələrdəki video çəkilişləri zaman foto-çəkilişlər də aparılıb. Bu sərgi həmin layihə çərçivəsində lentə alınmış tarixin əksi, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin həyatının bir anıdır.Filmin və bu foto-sərginin çatdırmaq istədiyi mesaj Azərbaycandakı mövcud tolerant mühitdir. Burada hər kəs dinindən, dilindən, milliyyətindən asılı olmayaraq bərabər hüquq və azadlıqlardan istifadə edir.Çəkiliş heyəti Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinlərini lentə alıb, 17 etnik qrupun 134 nümayəndəsindən müsahibə götürüb. Filmin hər bir qəhrəmanı öz ana dilində danışır. Ümumilikdə, filmdə 17 dil səslənir. Çəkiliş zamanı Azərbaycan təbiətinin gözəlliyini oks etdirən toplam olaraq 3850 mənzərə, bu təbiətin qoynunda yaşayan müxtəlif yaş, etnik qrupa aid 2625 insanın fotosu çəkilib.Fotoların müəllifləri Vüqar İbadov va Zaur Mirzəyevdir. Fotoların müəllif hüquqları Bakı Media Mərkəzinə məxsusdur.
Dağ qara (meşə altından çıxmış) torpaqlar
Dağ qara torpaqlar (və ya meşə altından çıxmış torpaqlar) — bu torpaq tipinin müxtəlif yarımtiplərinə Böyük Qafqazın Şamaxı yayalasında, İsmayıllının İvanovka yaylasında, Qudyalçay və Qaraçayın orta axarlarında, Kiçik Qafqazın Murovdağın cənub və şimal yamaclarında, Qarabağda, Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzəsində, Kəlbəcər və Laçın rayonlarında, ayrıca zolaq şəklində meşələrin kənar hissələrində rast gəlinir. Bu torpaqların yayıldığı ərazilərdə iqlimi qışı quraq keçən mülayim istidir. Burada orta illik temperaturu 7,3-11,6°C -dir. Ən soyuq mülayim olub, temperatur 0,6-dan 3,3 arası dəyişir. Payız adətən isti olur. İlin isti dövrü havanın orta temperatur 17,1-23,6°C-ni ötmür. Orta illik yağıntının kəmiyyəti 380-640 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 1,22-1,29 təşkil edir. Humusu profil boyu bərabər paylanması və karbonatlılığın profil yuyulması xarakterikdir. Belə ki, mitselyar formada karbonatlara yalnız 80-90 sm dərinlikdə rast gəlinir.
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Dövri sistemin altıncı periodu
6-cı period elementləri — altıncı periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir.
Eyni ulduzun altında
Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçu və xərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır. 16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur.
Koreya Yaponiyanın hakimiyyəti altında
Koreya Yaponiyanın hakimiyyəti altında — 1910-1945-ci illərdə Koreyanın Yaponiya İmperiyasının müstəmləkəsi olması dövrü. Koreya bu dövrdə suverenliyə sahib olmamışdı, yarımadadakı hakimiyyət yapon general-qubernatoruna məxsus idi. Müstəmləkə dövrü yüksək iqtisadi artım templəri, müasir Koreya mədəniyyətinin yaranması, müasir Koreya sənayesinin təməllərinin formalaşması, orta ömür uzunluğunun demək olar ki, iki dəfə artması (23.5 ildən 43 ilədək) və müasir ibtidai təhsilin geniş yayılması ilə yadda qaldı. Eyni zamanda, bu dövrün ilk və son onilliklərində müstəmləkə hakimiyyəti əhali ilə bağlı sərt avtoritar siyasət yürütdü və bu müddət ərzində koreyalılara qarşı ayrı-seçkilik edildi. Yaponiyanın hakimiyyəti altında olan Koreyanın tarixini üç mərhələyə ayırılır: Birinci mərhələ (1910-1919) İkinci mərhələ (1919-1930) Üçüncü mərhələ (1930-1945) 1910-cu ildə Yaponiya marşalı Terauti Masatake Koreyanın ilk general-qubernatoru təyin edildi. O, yarımadanın modernləşdirilməsi üçün qətiyyətli siyasət yürütməyə başladı. Beləliklə, onun əmri ilə Koreyada bir neçə min məktəb açıldı, burada, xüsusən də yapon dili və yapon ədəbiyyatı öyrənildi. Terauti Koreyada torpaq islahatı həyata keçirdi: Torpaq kadastrı yaradıldı, lakin o, yazılı sənədlər əsasında tərtib edildi, Koreyada torpaq münasibətləri çox vaxt adi qanunlar ilə tənzimləndi. Koreya mənbələrinə görə, bu Koreya kəndlilərinin əhəmiyyətli bir hissəsi tərəfindən torpaq itkisinə səbəb oldu. 1939-cu ildə yapon general-qubernatoru "Adların dəyişdirilməsi haqqında qanun" verdi.
Ləman Altınçekiç
Ləman Bozqurd (1932, Sarıqamış, Qars ili – 4 may 2001, İzmir) — NATO-da Reaktiv təyyarə sürən ilk Azərbaycanlı (Türk) qadın. Ləman Bozqurd 1932-ci ildə Sarıqamışda doğulan qarapapaq türküdür, litseyi bitirdiyi il Türkkuşu İnönü təsislərində planer təhsili alıb. Dərhal ardından Türkkuşu motorlu məktəbinə müəllim namizədi olaraq qatılıbdır. 1954-cü ildə silahlı qüvvələrə qadınların da alınmasıyla əlaqədar qərar çıxınca İzmir Hava hərb məktəbinə müraciət etmiş və oktyabr 1955-ci ildə burada təhsilə başlamışdır. Pərvanəli təyyarələrlə təhsilini tamamlayaraq 30 avqust 1957-ci ildə məzun olmuşdur. Daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılmış və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlamışdır noyabr 1958-ci ildə reaktiv pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçmuşdur. Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışmışdır. Personal plan şöbə müdiri və Mərkəz şöbə müdiri olaraq vəzifə yerinə yetirən Ləman Bozqurd Altınçəkic ehtiyat polkovnik olaraq təqaüdə çıxmışdır. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu Ləman Bozqurd Altınçəkic eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca da tək qadın reaktiv pilotu olmuşdur. Ləman Bozqurd Altınçəkic 4 may 2001-də İzmirdə vəfat etmişdir.
Ləman Altınçəkic
Ləman Bozqurd (1932, Sarıqamış, Qars ili – 4 may 2001, İzmir) — NATO-da Reaktiv təyyarə sürən ilk Azərbaycanlı (Türk) qadın. Ləman Bozqurd 1932-ci ildə Sarıqamışda doğulan qarapapaq türküdür, litseyi bitirdiyi il Türkkuşu İnönü təsislərində planer təhsili alıb. Dərhal ardından Türkkuşu motorlu məktəbinə müəllim namizədi olaraq qatılıbdır. 1954-cü ildə silahlı qüvvələrə qadınların da alınmasıyla əlaqədar qərar çıxınca İzmir Hava hərb məktəbinə müraciət etmiş və oktyabr 1955-ci ildə burada təhsilə başlamışdır. Pərvanəli təyyarələrlə təhsilini tamamlayaraq 30 avqust 1957-ci ildə məzun olmuşdur. Daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılmış və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlamışdır noyabr 1958-ci ildə reaktiv pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçmuşdur. Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışmışdır. Personal plan şöbə müdiri və Mərkəz şöbə müdiri olaraq vəzifə yerinə yetirən Ləman Bozqurd Altınçəkic ehtiyat polkovnik olaraq təqaüdə çıxmışdır. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu Ləman Bozqurd Altınçəkic eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca da tək qadın reaktiv pilotu olmuşdur. Ləman Bozqurd Altınçəkic 4 may 2001-də İzmirdə vəfat etmişdir.
Metalların təzyiq altında emalı
Metalların təzyiq altında emalı — hissənin verilmiş pəstahdan onun ilkin kütləsini dəyişmədən plastiki deformasiyası yolu ilə alınmasını təsvir edən texnoloji prosesdir. Prosesin gedişi metallarım kristallik quruluşuna əsaslanır. Vahid sahəyə düşən təzyiq metalda deformasiya baş verir. Metallarda kristallar isotrop və ya anisotrop olurlar. Xarici qüvvənin təsiri altında kristallarda sürüşmə müstəvisi üzrə sürüşmə istiqamətində yerdəyişmələr baş verir. Bu kristalların kub, səthi və ya heksaqonal formalara malik olmasından asılıdır. Deformasiya yerdəyişmə, və ya əkizlərin yaranması kimi baş verir. Yerdəyişmə o zaman baş verir ki, toxunan gərginliyin həddn artıq olması zamanı yaranır. Heksaqonal quruluşlu metallarda tor deformasiya olunaraq başqa vəziyyət alır, əkizlər yaranır. İsti halda deformasiya zamanı rekristalizasiya baş verir.
Məni döşəmə yaşmağının altında dəfn edin
Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir. İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir. 2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.
On altıncı simfoniya (Motsart)
On altıncı simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin mayında yazılmış üç simfoniyadan birincisidir. O zaman gənc bəstəkarın 16 yaşı var idi. Simfoniyanın ifa müddəti 12 dəqiqədir. Bu simfoniyanın əlyazması hazırda Berlindəki "Preußischer Kulturbesitz" dövlət kitabxanasında saxlanılır. Simfoniya üç hissədən ibarətdir. Allegro maestoso, 3/4 Allegro maestoso, 2/4 Allegro, 6/8 Simfonija br.
On altıncı sülalə (Misir)
XVI sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri (e.ə. XVII–XVI əsrlər). XVI sülalə fironları mərkəzi Tebes şəhəri olmaqla Yuxari Misirdə hökmdarlıq edirdilər. Tədqiqatlar göstərir ki, XIII sülalədən bəri davam edən aclıq bu dövrdə də qalırdı. Bu hal ölkədə olan ağır sosial-iqtisadi vəziyyətlə bağlı idi. Bu dövrdə Misir torpaqları vahid mərkəzdə birləşdirilməmişdi. Ölkənin ayrı-ayrı bölgələrində fərqli sülalələr hakimiyyətdə idi. Ikinci aralıq dövr mərkəzi hakimiyyət uğrunda gedən müharibələrlə xarakterikdir. Böhran vəziyyəti insanların həyat şəraitinə mənfi təsir edir, ölkəni yadelli hücumlarına dayanaqsız edirdi. Yevseyiyə görə XVI sülalədən olan 5 hökmdar 190 il hökmdarlıq etmişlər.
Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan
Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan — 1757-ci ildə Plassey döyüşü ilə başlayan və 2 avqust 1858-ci ildə Britaniya Parlamenti tərəfindən qəbul edilən Hindistan Hökuməti Qanunu ilə ləğv edilmiş administrasiyadır. Bu qanunla şirkətin siyasi statusu ləğv edilmiş və onun yerinə Müstəmləkə Hindistanı yaradılmışdır. Plassey döyüşündən sonra Britaniya Ticarət Şirkəti olan Şərqi Hindistan Şirkəti şirkət statusundan hökumət statusuna yüksəldilmişdir. Müharibədən əvvəl şirkətin şəxsi ordusu mövcud idi. Şirkətin Ordusunun 1764-cü ildə Buxar döyüşündə qalib gəlməsi ilə Babur İmperatoru II Şah Alam Şirkətə Benqal, Bihar və Orissa əyalətlərində vergi yığmaq imtiyazını vermişdir. Daha sonra şirkət ordusu tədricən Mədrəs və Bombey rayonlarını ozinəy ilhaq etmişdir. İngilis-Maratx müharibələri və İngilis-Maysor müharibələri ilə Şirkət Hindistanda bir çox torpaqları özünə ilhaq etmişdir. 1857-ci ildəki Hindistan üsyanından sonra 2 avqust 1858-ci ildə Britaniya hökuməti Şirkətin Nizamnaməsini ləğv etmək qərarına gəlmişdir. Şərqi Hindistan Şirkətinin siyasi statusu 2 avqust 1858-ci ildə Britaniya parlamentində qüvvəyə minmiş Hindistan hökuməti aktı ilə ləğv edilmişdir. Bundan sonra Müstəmləkə Hindistanı hökuməti yaradılmışdır.
Otuz altıncı simfoniya (Motsart)
Motsartın otuz altıncı simfoniyası (Linz simfoniyası) Volfqanq Amadey Motsart tərəfindən 1783-cü ildə yolüstü Avstriyanın Linz şəhərində dayanarkən bəstələnmişdir. Simfoniyanın ilk premyerası 4 noyabr 1783-cü ildə Linz şəhərində baş tutmuşdur. Simfoniya 4 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti 32 dəqiqədir. Adagio, 3/4 — Allegro spiritoso, 4/4 Poco adagio, 6/8 Menuetto, 3/4 Final (Presto), 2/4 1783-cü ilin yayında Motsart arvadı Konstanse Veber ilə birlikdə atası evinə getməyi qərara alır. Onun məqsədi həyat yoldaşı ilə atası arasındakı gərgin münasibətləri yaxşılaşdırmaq idi, amma onun bu cəhdi heç bir nəticə vermədi. Elə həmin ilin oktyabrında atasının rəftarından məyus olan bəstəkar Vyanaya qayıtmaq qərarına gəli və yolda onlar bir neçə gün Linz şəhərində qalmaq qərarına gəlirlər. Ciddi maliyyə problemləri ilə arşılaşan Motsart atasına məktublarında qeyd etdiyi kimi "hər cığırda bir simfoniya bəstələməyə məcbur olduğunu" yazırdı. Bu şəhərdə olarkən o, "Linz" adlı yeni simfoniyasını yaratdı. Tez bir zamanda bu əsər çox məşhur oldu və bu gün də ən çox səslənən simfonik əsərlərindən biri olaraq qalmaqda davam edir.
Qorxu altında (film, 2017)
"Qorxu altında" — rejissor Namiq Əlioğlunun filmi. Narkomaniyaya mübarizə məqsədilə çəkilmişdir. Filmdə narkotik vasitənin təsirindən mutanta çevrilən və dispanserdən qaçan 3 xəstənin yaşadıqları macəradan bəhs edilir.
Qızılgül altında
"Sub rosa" (azərb. Qızılgül altında‎) — latın dilində məxfiliyi və ya gizliliyi ifadə edən kəlmə. Qızılgülün gizlilik simvolu kimi istifadə olunduğu qədim tarixdən məlumdur. Əfsanəyə görə Erot anası məhəbbət ilahəsi Veneradan alaraq onu Qədim Misir tanrısı Horusa həsr edir ki, aşiqlər öz məhəbbətlərinin sirrini ələ verməsinlər.
Reyx işğalı altındakı Şərq regionları Nazirliyi
Reyxin işğal etdiyi Şərq Torpaqları Nazirliyi (alm. Reichsministerium für die besetzten Ostgebiete‎ or RMfdbO) Adolf Hitler tərəfindən 1941-ci ilin iyul ayında yaradılan və Baltik Alman və Nasist nəzəriyyəçisi Alfred Rozenberqin rəhbərlik etdiyi bir nazirlik idi. Alfred Meyer Rozenberqin köməkçisi olub. Bu nazirlik Almanların Barbarossa əməliyyatı nəticəsində Şərqi Avropa və Rusiyada ələ keçirdikləri böyük ərazilərə nəzarət etmək üçün yaradılmışdır. Orta Asiyadakı anti-sovet qruplarının dəstəklənməsində də mühüm rol oynamışdır.
Vahid Bayraq Altında (1978)
Vahid bayraq altında (film, 1978)
Vətənin yüksək səması altında (film, 1987)

Значение слова в других словарях