ALTI
ALTMIŞ
OBASTAN VİKİ
Alev Altın
Altın Asır
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan “2019-un Ən Yaxşıları” siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. == Diskoqrafiya == === Albomlar === On (2018) Gece (2019) Yol (2021) === Sinqllar === "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) == İstinadlar == == Xarici keçidlər == "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 İyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Altın Köş
Altın Köş (fars. آلتین‌کش‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1‘213 nəfər yaşayır (441 ailə).
Altın əsr
Altın əsr (türkm. Altyn Asyr) — Türkmənistan şimalında yerləşən süni göl. == Coğrafiyası == Göl təbii Qaraşor çökəkliyində yerləşir. Burada Baş Türkmən kanalı ilə Daşoğuz birləşir. Əsas kollektor Deynauda qəsəbəsi yaxınlığından başlayaraq Mərkəzi Qaraqum boyunca axır. Onun uzunluğu 720 km. Daşoğuz isə 385 km uzunluğa malik olaraü şimalşərqə axır. O Göl kollektorunun 57-ci kilometrliyindən başlayaraq 140 km məsafədə Zengibaba enişi ilə axır. Zengibabadan kanal 45 km Uzboy yatağı ilə uzanır. Sonradan 160 km bu yataqla Kutış-Babaya axlr.
Altın Asır FK
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Altın Ay (medal)
"Altın Ay" medalı (və ya Qızıl Aypara) — Türkmənistan Qəhrəmanı adı alan şəxslərə verilən Türkmənistanın dövlət mükafatı.
Altın Kelebek Festivalı
Qızıl Kəpənək (türk. Altın Kelebek) — televiziya, musiqi, film və digər sahələrdə nailiyyət əldə etmiş şəxslərə dəyər üçün verilən mükafat. == Tarixi == İlk dəfə 1972-ci ildə mükafatların təqdimatı keçirilmişdir. Heykəl qızılı rəngli kəpənək formalıdır. Namizədlər ilk öncə xalqın təklifiləri ilə saytda müəyyənləşdirilir.SMS və jurilərin səsverməsi nəticəsində qalib müəyyənləşir.Türkiyənin "Kanal D" və "CNN Türk" kanalları vasitəsilə canlı yayımlanır. 2018-ci ildən "Azərbaycanın Ən Parlaq Ulduzu" kateqoriyasında da mükafat verilir. == Mükafatlandırma kateqoriyaları == === Mövcud kateqoriyalar === ==== Televiziya mükafatları ==== Ən yaxşı qadın aparıcı Ən yaxşı kişi aparıcı Ən yaxşı qadın xəbər aparıcı Ən yaxşı kişi xəbər aparıcı Ən yaxşı xəbər proqramı Ən yaxşı qadın aparıcı Ən yaxşı yerli serial Ən yaxşı dram serialı Ən yaxşı komediya aktrisası Ən yaxşı komediya aktyoru Ən yaxşı dram aktrisası Ən yaxşı dram aktyoru Ən yaxşı televiziya verlişi Ən yaxşı idman verilişi Ən yaxşı maqazin proqramı ==== Musiqi mükafatları ==== İlin müğənnisi İlin ən yaxşı türk pop qadın müğənnisi İlin ən yaxşı türk pop kişi müğənnisi İlin ən yaxşı türk xalq mahnıları qadın müğənnisi İlin ən yaxşı türk xalq mahnıları kişi müğənnisi İlin ən yaxşı türk rok qadın müğənnisi İlin ən yaxşı türk rok kişi müğənnisi İlin ən yaxş qrupu İlin ən yaxşı klipi ==== Xüsusi mükafatlar ==== Qürur mükafatı Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı - Mükafat Azərbaycan Sənətçilərinə verilir. == Azərbaycan Mükafatı == === 2017-ci il === Aygün Kazımova keçirdiyi 3 estetik əməliyyata görə namizədliyini geri götürmüşdür.
Altın-Emel Milli Parkı
Altın-Emel Milli Parkı (qaz. Алтынемел саябағы, rus. Алтын-Эмель национальный парк ) ― Qazaxıstanda milli park. 1996-cı ildə yaradılmışdır. Park İli çayı ilə Ak-Tau dağ silsiləsi arasında 4 596 km² ərazini əhatə edir və əsasən səhra və qayalıq ərazilərdən ibarətdir. == Xüsusiyyətləri == Altın-Emel Milli Parkı Qazaxıstanda, İli çayının vadisində yerləşir. Ərazi qum səhrası, dağlar və flora daxil olmaqla müxtəlif landşaftlardan ibarətdir. Parkın əsası arxeoloji və tarixi abidələr ilə birlikdə təbii park kompleksini də qorumaq məqsədi ilə 10 aprel 1996-cı ildə qoyulmuşdur. Bura Qazaxıstandakı ən böyük qoruğu və UNESCO-nun Ümumdünya irsinin bir hissəsidir. Altın-Emel Milli Parkı iki əsas hissədən: İli çayının sağ sahilinə və dağa - Cunqariya Alatausuna bitişik düzənlik və Altın Emel silsiləsinin makro yamacından ibarətdir.
Beritan Günəş Altın
Beritan Günəş Altın (1995, Nüseybin, Mardin ili) — psixoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Beritan Günəş Altın 1995-ci ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. Yıldırım Beyazıt Universiteti Psixologiya Bölməsindən məzun olub. Müharibə travması, gender, immiqrasiya və uşaqların müdafiəsi üzrə məqalələri “Jineoloji” ve “Psychology Kurdi” nəşrlərində dərc olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 1 uşaq anasıdır.
20 000 lye su altında
İyirmi min lye su altında (fr. Vingt mille lieues sous les mers) – Fransız yazıçı Jül Vernin 1870-ci ildə tamamladığı macəra romanı. Roman ilk dəfə Alfons de Neuville və Eduard Riou tərəfindən nəşr edilmişdir. Əsərdə hadisələr Kapitan Nemo onun sualtı gəmisi Nautilus və alim Piyer Aronaksın ətrafında cərəyan edir. == Məzmunu == Əsər yazıldığı dövrdə müasir sualtı gəmilər mövcud deyildi. Əsərin başlanğıc mövzusu narval adlı əcinə haqqındadır. Narval müxtəlif ölkələrə aid olan gəmilər tərəfindən qeydə alınmışdır. Əcinənin gəmilərə hücum etməsindən sonra, Amerika hökuməti Narvalın tutulması üçün işçi qrupu hazırlamışdır. İşçi qrupuna alimlər, dənizçilər və hərbçilər qoşulur. Pyer Aronaks məşhur alim kimi işçi qrupuna dəvət olunur.
8 № altında (film, 1988)
Altınakeçmə
Altınbek Mamayusupov
Altınbek Mamayusupov (qırğ. Алтынбек Мамаюсупов; 1981, Qırğızıstan) — Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) Baş Katibi və Qırğızıstan Respublikası parlament nümayəndəsi. == Həyatı == Altınbek Mamayusupov 1981-ci ildə Qırğızıstanda anadan olmuşdur. Qırğızıstan Beynəlxalq Universitetində oxumuşdur. Buradan 2008 ildə məzun olmuşdur. Daha sonra Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını 2012-ci ildə bitirmişdir. Eyni zamanda 2004-ci ildə Londonda yerləşən Aspekt Kaplan və 2005-ci ildə də Vestfild Biznes Məktəbini bitirmişdir. Mamayusupov 2009-2013 illəri arasında Qırğız Respublikası Jogorku Keneşinin Protokol və işlər şöbəsində baş məsləhətçi, Protokol, Pasport və Viza xidmətinin müdiri, Beynəlxalq Əlaqələr və diplomatik Protokol şöbəsinin müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Beynəlxalq Əlaqələr sektoru və Protokol bölməsinin müdiri vəzifələrində işləmişdir. O, 1-ci dərəcə dövlət müşaviridir. Mamayusupov qırğız, rus, ingilis və türk dillərini bilir.
Altınbek Sarsenbayulı
Altınbek Sərsenbay oğlu (qaz. Алтынбек Сәрсенбайұлы; 12 sentyabr 1962, Rayımbek rayonu[d], Almatı vilayəti – 11 fevral 2006, Talqar rayonu[d], Almatı vilayəti) ― öncə Qazaxıstan hökumətində işləmiş, daha sonra siyasi müxalifət lideri olmuş Qazaxıstan siyasətçisi. Vəfat etməzdən öncə son vəzifəsi "Nağız Ak Jol" (Həqiqi İşıq Yolu) müxalifət partiyasının həmsədri idi. == Həyatı == === Erkən həyatı və təhsili === Sarsenbayulı kəndində 12 uşaqlı ailədə anadan olmuşdur. 1982-ci ildə Əl-Fərabi Qazax Milli Universitetinin jurnalistika fakültəsini, daha sonra 1985-ci ildə Moskva Dövlət Universitetini bitirdi. === Karyerası === 1985-ci ildən "KazTAG"-ın öncə redaktoru, sonra da baş redaktoru olmuşdur. 1987-ci ildə Sarsenbayulı "Aray-Zarya" urnalının redaktoru və məsul katibi təyin edildi. 1989–1992-ci illərdə "Orken — Üfüq" qəzetinin redaktoru olmuşdur. 1992-ci ilin mart ayında Sarsenbayulı prezidentin mədəniyyət və millətlərarası münasibətlər bölməsinin rəhbəri təyin edildi. 1992-ci ilin avqust ayından prezidentin daxili siyasət bölməsinin rəhbəri vəzifəsində çalışmağa başladı.
Altınbeşik mağarası
Altınbeşik (türk. Altınbeşik), Düdənsuyu — Türkiyə ərazisində, Antaliya ilində karst mağarası. Mağara Manavqat şəhərinin 55 km-də yerləşir. Mağaranın məlum olan uzunluğu 4 500 metrdir. Mağara daxilində olan göl dünyada böyüklüyünə görə üçüncü, ölkədə isə birincidir. Dəniz səviyyəsindən 450 metr yüksəklikdə yerləşən mağara "Altınbeşik mağara" Milli Parkının ərazisindədir. Milli Park 1994-cü ildə yaradılmış. == Tarixi == Mağara 1966-cı ildə geoloq, professor Temuçin Aygen tərəfindən kəşf olunub. Mağara öz adını yerləşdiyi Altınbeşik dağından götürmüş. Mağaranı 1955-ci ildə çex, 1966-1967-ci illərdə britaniya, fransız, 1986-cı ildə isə yapon mütəxəsisləri tədqiq etmişlər.
Altıncı prospekt (Manhetten)
Altıncı prospekt (ing. Sixth Avenue; rəsmi adı Avenü Amerik (ing. Avenue of the Americas) olmasına baxmayaraq Nyu-Yorklular bu adı çox da işlətmirlər) — Nyu-York şəhəri Manhetten borosunun əhəmiyyətli yolu, burada nəqliyyat şimala və ya kənar bölgələrə hərəkət edir. Altıncı prospekt Kanal Strit küçəsindən 4 kvartal aşağıda başlayır, şimala doğru gedərək Mərkəzi Parkda bitir. Küçə Soho və Qrinviç Villic rayonların yolunu kəsərək, təxminən Çelsini Fletayron və NoMaddən ayırır, Dərzi dairəsini keçir və Midtaundan keçərək Teatr kvartalının uc hissəsində dövrə vurur. Altıncı prospektin Mərkəzi Parkın şimalından keçən hissəsi 1887-ci ildə Lenoks prospekti adlandırıldı.
Altıncı simfoniya (Motsart)
Motsartin altınci simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1767-ci ildə (müəlifin 11 yaşı var idi) yazılmışdır. Müəlifin avtoqrafı olan əlyazma hazırda Polşanın Krakov şəhərində yerləşən Yagellon universitetinin Kitabxanasında saxlanılır.. == Tarixi və ilk ifası == 11 yaşlı Motsart simfoniyanı Vyanada yazmağa başlamış, lakin 1767-ci ilin payızında şəhərdə çişək epidemiyası tüğyan etdiyinə görə onlar ailəliklə Moraviya şəhəri olan Olomoutsa köçməyə məcbur olmuşlar. Ailə xəstəlikdən qaçsa da, balaca Motsart çiçək xəstəliyinə tutulmuşdur. Olomouts universitetinin rektoru qraf Podstatski onun müalicəsini təşkil etmiş və 2 ay sonra Motsart sağalmışdır. 30 dekabr 1767-ci ildə Brno şəhərində Zalsburq arxiyepiskopunun qardaşı qraf Şrattenbaxın təşkil etdiyi konsertdə ilk dəfə olaraq Motsartın altıncı simfoniyası səsləndirilmişdir. Bu konsertdə Motsartın bacısı, 15 yaşlı Mariya Motsart da ifaçı kimi iştirak edirdi. Yerli din xadimi öz qeydlərində yazırdı ki, şəhərin "Taverna" adı ilə məlum olan binasında Brno sakinləri üçün təşkil olunmuş musiqili konsertdə Zalsburqdan olan 11 yaşlı oğlanın və onun 15 yaşlı bacısının müxtəlif musiqi alətlərindəki ifaları ilə iştirakçıları necə heyran etdiklərinin şahidi oldum. Bu hadisə münasibətilə hazırda da hər il Brno şəhərində 11 yaşlı gənc pianoçuların müsabiqəsi təşkil olunur.. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir.
Altıncı sülalə (Misir)
VI sülalə— Qədim Misirdə Qədim Padşahlıq dövrünə aid sülalə.Təxminən e.ə 2347–2216-cı illədə hakimiyyətdə olmuşlar.Bir çox tarixçilər VI sülalənin Qədim Padşahlıq(Çarlıq) dönəminin sonuncu sülaləsi olaraq qəbul edirlər.Lakin The Oxford History of Ancient Egypt VII və VII sülalələridə bu dövrə aid edir. == Ümumi məlumat == === Sülalənin ilk üzvü Teti === Sülalənin ilk üzvü Teti V sülalə hökmdarı Unisin qızı Iputla evlənmişdi.Manefonun fikrinə görə Teti öz muhafizəçiləri tərəfindən öldürülmüşdü. === I Pepi === Tetinin oğlu I Pepi Sinay yarımadası və Nubiya yürüşləri ilə tanınmışdır.Dövrümüzə çatmış yazılı məlumatlara görə I Pepiyə qarşı sui-qəsd təşkil olunsada uğurlu olmayıb.I Pepi və oğlu II Pepi Qədim Misirin ən qüdrətli fironlarından olmuşdur. == Fironlar == Manefona görə xanədanlıq 203 il hakimiyyətdə olmuşdur. Turin siyahısına görə bu müddət 181 il təşkil edir. Altıncı xanədanın məlum fironları aşağıdakı cədvəldə verilmişdir.
Altından Qazıma
Altındağ
Altındağ — Ankara böyükşəhər bələdiyyəsinə bağlı ilçə. 1984-cü ildə ilçə statusu verilmişdir. Türkiyə Cumhuriyətinin elan edildiyi ilk Türkiyə Böyük Millət Məclisi bu ilçədədir.
Altındağ (mifologiya)
Altındağ ilçəsi
Altındağ — Ankara böyükşəhər bələdiyyəsinə bağlı ilçə. 1984-cü ildə ilçə statusu verilmişdir. Türkiyə Cumhuriyətinin elan edildiyi ilk Türkiyə Böyük Millət Məclisi bu ilçədədir.
Altınkazık
Altınkörpü
Altınkörpü (ərəb. ألتن كوبري‎, türk. Altınköprü) — İraqda Kərkük mühafəzəsinin Kərkük şəhərində yerləşən qəsəbə. 9275 nəfər olan əhalisinin böyük çoxluğunu türkmanlar təşkil edir.
Altınkörpü qətliamı
Altınkörpü qətliamı (türk. Altınköprü Katliamı, ərəb. مذبحة التون کوبري‎) — 28 mart 1991-ci ildə İraqın Kərkük mühafəzəsinin əsasən türkmanların yaşadığı Altınkörpü qəsəbəsində qətliam. Qətliam İraq türkmanlarını, xüsusilə də həm uşaqlar, həm də böyüklər olmaqla kişiləri hədəf almışdır. Qətliam nəticəsində 135 nəfər həlak olmuşdur. Hadisə Səddam Hüseynin ordusuna bağlı təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilmişdir. Bu, 1991-ci ildə ölkənin şimal və cənubunda müxalif bölgələrdə baş vermiş üsyanların qarşısının alınması nəticəsində baş vermişdir. Qırğın türkmənləri hədəf alıb, əksəriyyəti kişilər, həm uşaqlar, həm də böyüklər, lakin qadınlar da öldürülüb. Səddam Hüseynin Baas rejimi insanlara ictimai yerlərdə türkcə danışmağı və hər hansı türkmən ənənəsini ictimai yerlərdə qeyd etməyi qadağan edib. == Zəmin == İraq ordusu Küveytdən geri çəkildikdən az sonra şimalda və cənubda bir sıra xalq üsyanları başlamışdır.

Значение слова в других словарях