Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alev Altın
Altın Asır
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan "2019-un Ən Yaxşıları" siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. On (2018) Gece (2019) Yol (2021) "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 iyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Altın Köş
Altın Köş (fars. آلتین‌کش‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1‘213 nəfər yaşayır (441 ailə).
Altın əsr
Altın əsr (türkm. Altyn Asyr) — Türkmənistan şimalında yerləşən süni göl. Göl təbii Qaraşor çökəkliyində yerləşir. Burada Baş Türkmən kanalı ilə Daşoğuz birləşir. Əsas kollektor Deynauda qəsəbəsi yaxınlığından başlayaraq Mərkəzi Qaraqum boyunca axır. Onun uzunluğu 720 km. Daşoğuz isə 385 km uzunluğa malik olaraü şimalşərqə axır. O Göl kollektorunun 57-ci kilometrliyindən başlayaraq 140 km məsafədə Zengibaba enişi ilə axır. Zengibabadan kanal 45 km Uzboy yatağı ilə uzanır. Sonradan 160 km bu yataqla Kutış-Babaya axlr.
Altinq
Altinq (isl. Alþingi "Ümumi yığıncaq") — İslandiyanın parlamenti. Altinq 930-cu ildə açılmışdır. Bu göstərici ilə Altinq Avropada fəaliyyətə başlamış ilk parlament hesab olunur. İslandiyanın milli parlamenti Altinq (tərcümədə-ümumi yığıncaq) adlanır. O, dünyada ən qədim parlament hesab olunur. İlk dəfə olaraq parlament 930-cu ildə Tinqvelir adlı yerdə toplanıb. Bununla da, İslandiya dövlətinin əsasının qoyulması hesab olunur. Altinqin toplandığı ərazi Tinqvadlvatn adlı gölün sahilində yerləşib. Tinqvadlvatının özəlliyi ondan ibarətdir ki, göl iki materik tavasının üzərində yerləşib: Şimali Amerika və Avrasiya.
Altı
Altı — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Beşdən sonra, yeddidən əvvəl gəlir. Qədim mənbələrdə altı sayı daha çox dünyanın yaradılması ilə bağlı şəkildə özünü göstərməkdədir. "Bibliya"nın verdiyi xəbərə görə, Tanrı dünyanı altı gün içində yaratmış, sonrakı günü isə özü üçün dincəliş günü hesab etmişdir. İran məişətində də Tanrının dünyanı altı gün ərzində yaratmasına inam mövcuddur. Altaylıların bir yaradılış dastanının yaydığı xəbərə görə, Tanrı dünyanı altı günə yaratmış, yeddinci gün isə yuxudan oyanıb yaratdıqlarına tamaşa etməyə başlamışdır[55]. Altı sayı heç bir mənbədə "Kitabi-Dədə Qorqud"da olduğu qədər özünə geniş yer tapmayıbdır. Abidədə deyilir: "Bəzirganlar Bayburanın oğlu üçün bir dəniz qulunu boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar, bir dəxi altı pərli gürz aldılar". Qazan: "- Bəylər!
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
Altın Asır FK
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Altın Ay (medal)
"Altın Ay" medalı (və ya Qızıl Aypara) — Türkmənistan Qəhrəmanı adı alan şəxslərə verilən Türkmənistanın dövlət mükafatı.
Altın Kelebek Festivalı
Qızıl Kəpənək (türk. Altın Kelebek) — televiziya, musiqi, film və digər sahələrdə nailiyyət əldə etmiş şəxslərə dəyər üçün verilən mükafat. İlk dəfə 1972-ci ildə mükafatların təqdimatı keçirilmişdir. Heykəl qızılı rəngli kəpənək formalıdır. Namizədlər ilk öncə xalqın təklifiləri ilə saytda müəyyənləşdirilir.SMS və jurilərin səsverməsi nəticəsində qalib müəyyənləşir.Türkiyənin "Kanal D" və "CNN Türk" kanalları vasitəsilə canlı yayımlanır. 2018-ci ildən "Azərbaycanın Ən Parlaq Ulduzu" kateqoriyasında da mükafat verilir. Ən yaxşı qadın aparıcı Ən yaxşı kişi aparıcı Ən yaxşı qadın xəbər aparıcı Ən yaxşı kişi xəbər aparıcı Ən yaxşı xəbər proqramı Ən yaxşı qadın aparıcı Ən yaxşı yerli serial Ən yaxşı dram serialı Ən yaxşı komediya aktrisası Ən yaxşı komediya aktyoru Ən yaxşı dram aktrisası Ən yaxşı dram aktyoru Ən yaxşı televiziya verlişi Ən yaxşı idman verilişi Ən yaxşı maqazin proqramı İlin müğənnisi İlin ən yaxşı türk pop qadın müğənnisi İlin ən yaxşı türk pop kişi müğənnisi İlin ən yaxşı türk xalq mahnıları qadın müğənnisi İlin ən yaxşı türk xalq mahnıları kişi müğənnisi İlin ən yaxşı türk rok qadın müğənnisi İlin ən yaxşı türk rok kişi müğənnisi İlin ən yaxş qrupu İlin ən yaxşı klipi Qürur mükafatı Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı - Mükafat Azərbaycan Sənətçilərinə verilir. Aygün Kazımova keçirdiyi 3 estetik əməliyyata görə namizədliyini geri götürmüşdür.
Beritan Günəş Altın
Beritan Günəş Altın (1995, Nüseybin, Mardin ili) — psixoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Beritan Günəş Altın 1995-ci ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. Yıldırım Beyazıt Universiteti Psixologiya Bölməsindən məzun olub. Müharibə travması, gender, immiqrasiya və uşaqların müdafiəsi üzrə məqalələri “Jineoloji” ve “Psychology Kurdi” nəşrlərində dərc olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 1 uşaq anasıdır.
Altı yüz altmış altı
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
II Alpin
Alpin mak Eoxayd (şot.kelt Alpin mac Echdach; 778 – 834) — Dal Riada kralı, I Kennet və I Donaldın atası. Onun adı anqlosaks Elfvin adından törəyib. Bu dövrün Dal Riada kralların xronologiyası və genealogiyası tam dəqiq və faktiki formada hazırlanmayıb. "Olster annalları" və "İnişfallen annalları" kimi İrlandiya salnamələri kral I Kennetin atasının adını Alpin olaraq verirlər. "Alba krallarının salnaməsi" əsəri I Kennetlə başlayır, ancaq bəzi mənbələr ona istinad verirlər: "Piktlər onu darmadağın etdikdən sonra Alpin Qalloueydə ölmüşdür. Daha sonra şotlandlar krallığı piktlərin krallarığına asılı olmuşdur". II Alpin Dal Riada kralı IV Eoxaydın oğlu, Dal Riada kralı III Eoxaydın nəvəsi idi. Növbəti əsrlərdə Fordunlu Conun hazırladığı salnamə Kennetin atasını "Exeyin oğlu Alpin" adlandırır və 836-cı ildə piktlərlə vuruşduğu döyüşdə həlak olmasından bəhs edir. Anderson, Alan Orr. Early Sources of Scottish History A.D 500—1286, volume 1.
Latın Amerikası
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 200 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 18 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ-la qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır. Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır.
Latın Kuboku
Latın Kuboku — 1949–1957-ci illərdə futbol üzrə Fransa, İspaniya, İtaliya və Portuqaliya çempionları arasında keçirilmiş futbol çempionatı.
Latın dili
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latin xalqı tarix səhnəsindən çixmis və bununlada bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Latın ifadələri
Latın dilinin "ölü dil" sayılmasına baxmayaraq bu dilə aid bir çox söz və ifadələr digər dillərin leksikonunda, xüsusilə dini, elmi, hüquqi terminologiyada hələ də geniş istifadə olunmaqdadır. Yeni ümumiişlək söz və ifadələrin yaranmasında latın dilinin rolu çox olmuşdur. Təbabəti xüsusilə kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvür etmək qeyri mümkündür. Latın ifadələri günümüzdə elmi və məntiqi fikirləri geniş auditoriyaya çatdırmaq üçün mühüm bir vasitəyə çevrilmişdir. Düzdür son zamanlar elm və texnikanın, iqtisadiyatın, ticarətin sürətlə inkişaf etməsi ilə meydana çıxan yeni termin və ifadələr ingilis dili əsasında formalaşsalar da latın dilindən digər dillərə oturmuş söz və ifadələr hələ də klassikliyini qoruyub saxlamaqdadır. Latın söz və ifadələri bu məqalədə əlifba sırası ilə təqdim olunmuşdur.
Latın imperiyası
Latın İmperiyası və ya Konstantinopol Latın İmperiyası — 1204-cü ildə Dördüncü Səlib Yürüşü nəticəsində Konstantinopolun işğalı ilə qurulmuş dövlət. Səliblərin Romaniya adlandırdığı bu dövlət 57 il ayaqda qalmış, 25 iyul 1261-ci ildə Nikeya imperatoru VIII Mixael Konstantinopolu işğal etdikdən sonra, imperiya süqut etmişdir.
Latın kvadratı
Latın kvadratı (n düzülüşlü) — L=(lij) və n × n ölçülü cədvəlin ixtiyari n elementləri ilə doldurulmuş elə bir M cədvəlinə deyilir ki, buradakı hər sətir və sütunlardakı elementlər yalnız bir dəfə istifadə olunsun. 3 sıralı latın kvadratının nümunəsi: [ A B C C A B B C A ] {\displaystyle {\begin{bmatrix}A&B&C\\C&A&B\\B&C&A\\\end{bmatrix}}} Hal-hazırda M-ə bir çox həqiqi ədədlər { 1,2,…, n} və ya çoxluq { 0,1,…, n-1} daxil etmək mümkündür. Ancaq Leonard Eyler latın əlifbasının hərflərindən istifadə etdiyinə görə bu əməliyyatı Latın kvadratı adlandırmışdı Latın kvadratları istənilən n üçün mövcuddur. Sadəcə Kelis cədvəlinin cəm qrupunun halqasını istifadə etmək kifayətdir Zn: lij= (i+j-1) mod n. İlk dəfə latın kvadratları (4 sıralı) Misirdə Əhməd əl-Buni tərəfindən təxminən 1200-cü ildə yazılmış "Şəms əl Maarif" kitabında dərc edilmişdi. İki ortoqonal latın kvadratı ilk dəfə 1725-ci ildə J.Ozanam tərəfindən qeyd edilmişdir.
Latın məhəlləsi
Latın məhəlləsi ya Latın kvartalı (fr. Quartier latin) — Parisin V və VI dairələrini əhatə edən, Sena çayının sol sahilində Sorbonna universitetinin əhatəsini təşkil edən ənənəvi tələbə məhəlləsi. Məhəllə kiçik dalan və küçələrə, bistro kafe və restoranlarla zəngindir. Cakomo Puççininin Bohema operasının II pərdəsindəki hadisələr məhz bu Latın məhəlləsində cərəyan edir.
Latın qrafikası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
Latın əlifbası
Latın əlifbası, müasir latın əlifbası — 26 hərfdən ibarət olaraq bir çox dillərin əlifbalarının qrafiki təsviri. Roman, german, kelt və baltik dillər qruplarında və slavyan, fin-uqor, türk, semit və İran dil qruplarında bəzi dillər, alban və bask dili, həmçinin Hind-Çin, Myanma, Zond arxipelaqı, Afrika (Saxaradan cənuba), Amerika, Avstraliya və Okeaniya dilləri latın qrafikası əsasında əlifbaya malikdirlər. Bəzi dillərin səs zənginliyini göstərməyə latın hərfləri azlıq etdiyindən onların müxtəlif modifikasiyasından istifadə edilir. Məsələn, Azərbaycan dilində: Ç (c-cedilla), Ə (Schwa), Ğ (g-breve), İ (I-dotted), Ö (O-diaeresis), Ş (s-cedilla) və Ü (u-diaeresis). Latın qrafikası latın mədəniyyətinin əsaslarından hesab edilir. A, B, C, D, E, F, G, H, I, K, L, M, N, O, P, Q, R, S, T, V, X, Y, Z (J, U və W yox.) a, b, c, d, e, f, g, h, i, k, l, m, n, o, p, q, r, s, t, v, x, y, z (j ,u və w yox.) Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər.
Əmir Altun
Əmir Altun (?-1393) — XIV əsr Azərbaycan sərkərdəsi, Əlincə qalasının kutvalı.