Alışdırma şamları
Alışdırma şamları — Yanma şamları hava ilə yanacağın qarışığının alışdırılması üçün istifadə olunur. Şamların qığılcım, qızma, yarım keçiriçi, katalik və s. növləri var.
Benzin ilə işləyən mühəriklərdə qığılcım şamlardan istifadə edilir. Yanma kamerasında hava ilə yanacağın qarışmasına minlərlə vəya on minlərlə voltun qığılcımı nəticəsində alışma baş verir. Şamlar hər silindirdə idarə etmə blokundan vəya "traplordan" gələn informasiya əsasında qığılcım verir. Bunlar mühərrikin t/o vəziyətinə uyğun hesablanılıb qoyulur. Raket mühərriklərində şamlar yalnız işə salma zamanı istifadə edilir və ikinci dəfə istifadə edilməsi mümkün olmur, amma avtomobil mühərriklərində yanacaqdan asılı olaraq şamlar bir neçə min km istifadə edilə bilir.
Dizel mühərriklərində yanma şamları sadəcə mühərrik işə salan zaman ilk növbədə qızır və yanmanı verir. Bundan sonra növbəti partlayış üçün sönür və alışma özü özündən daxili baş verir.