AMADƏ

zərf [ fars. ] Hazır, hazırlanmış, müntəzir.
Keçən şəb bir məkanda bir nigarisadə gördüm mən; Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən. S.Ə.Şirvani.
Ovçu Pirim oğlu Camal xanın çıxmayacağını görüb, evi tamamilə oda tutmuşdu və əlində tüfəng amadə dayanmışdı. S.Rəhimov.

□ Amadə olmaq – hazır olmaq.
Verdin keçən il borcuna yorğanını, neylim; Ol indi palaz satmağa amadə, əkinçi! M.Ə.Sabir.
[Səlimi:] Mənim fikrim yavaş-yavaş kiçik bir dəstə hazırlamaqdır.
Amadə olmaq lazımdır. M.İbrahimov.

Синонимы

  • AMADƏ amadə bax hazır
AMAC
AMADƏLİK

Значение слова в других словарях