aqnostik
aqrar
OBASTAN VİKİ
Aqnostisizm
Aqnostisizm — tanrının varlığının və fövqəltəbii qüvvələrin bilinməsinin qeyri-müəyyən olduğunu, eləcə də sözügedən varlıqların mövcud olmasının və olmamasının da sübut oluna bilməyəcəyini irəli sürən fəlsəfi görüş. Filosof Uliam Rou aqnostisizmi belə tərif edir: "Aqnostisizm insan ağlının tanrının varlığının və ya yoxluğununun rasional əsaslarla isbatlanma kifayətliliyindən aciz olduğunu qəbul edən bir görüşdür". == Ateizm və deizmdən fərqi == Aqnostisizm ateizm ilə eyni deyil. Ateizm tanrının var olmadığını və yaxud var ola bilməyəcəyini qəbul edir, lakin aqnostisizm tanrının var olub olmadığının bilinmədiyini və ya heç vaxt bilinməyəcəyini qəbul edir. Demoqrafik araşdırmalara görə isə ateizm və aqnostisizm digər bütün dinsiz fəlsəfələrlə eyni kateqoriyadadır. Bəzi mənbələr isə aqnostisizmi "neytrallıq" adlandırır. Tomas Heksli isə aqnostisizm haqqında demişdir: "Əslində bir ateistin düşüncəsi bir deistin düşüncəsi ilə eynilik təşkil edir. Bir xristian tanrının varlığını biləcəyimizi, bir ateist isə tanrının yoxluğunu biləcəyimizi iddia edir. Aqnostik isə bu barədə dəqiq bir qərar vermək üçün uyğun şərait olmadığını düşünür." Bertran Rassel , 1953 == Növləri == === Aqnostik deizm === Aqnostik deizm yaradıcının mövcud olmasını daha yüksək qəbul edən və yaradıcının varlığına inanan, amma yaradıcının mövcudluğunun sübut edilməsinin mümkün olmadığını qəbul edən fəlsəfi görüşdür. Deist biri yaradıcının varlığının beyin və müşahidə yoluyla başa düşülə biləcəyini deyər, amma aqnostik deist isə yaradıcının varlığının sübut edilməsinin heç bir yolu olmadığını, amma yaradıcının var olduğunu deyər.

Значение слова в других словарях