// Üzərinə parça çəkilmiş çərçivələrdən ibarət bükülən pərdə; şirma.
[Ağabala] Reyhanın otağındakı arakəsmə üstündən əyilər(di).
◊ Arakəsməyə salmaq – əhatə etmək, ətrafını almaq, bürümək, dövrələmək.
[Odabaşı:] Cəhənnəm əhli İblisi arakəsməyə salıblar.
Uşaq qaçır, Hümmət kişi əl götürmür. Dərə-təpəni aşır, hay salır, qabaqdan adamlar gəlir, arakəsməyə salıb tuturlar.