Aralıq dənizi Oyunları
Aralıq dənizi Oyunları (ing. Mediterranean Games) və ya Aralıq dənizi hövzəsi ölkələrinin olimpiadası — adından da məlum olduğu kimi Aralıq dənizi hövzəsi ölkələrinin idmançılarının bir çox idman növündə yarışdığı çox idman növlü tədbir.
Aralıq dənizi Oyunları ilk dəfə 1948 Yay Olimpiya Oyunları zamanı Beynəlxalq Olimpiya Komitəsinin o zamankı prezidenti Məhəmməd Tahir Paşanın təklifi ilə müzakirəyə qoyulmuşdur. Aralıq dənizinin hövzəsində yerləşən ölkələr bu təkliflə razılaşdığından Beynəlxalq Aralıq dənizi Oyunları Komitəsi yaradıldı. Mərkəzi Afinada yerləşdirilən bu komitə oyunları dörd ildən bir Aralıq dənizi ölkələrinin həvəskar idmançıları ilə Aralıq dənizi hövzəsində yerləşən şəhərdə keçirməyi qərara aldı. Nəhayət, 1951-ci ildə 5–20 oktyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərində ilk oyunlar təşkil edildi.
== Ölkələr ==
Aralıq Dənizi Oyunlarına hal-hazırda 24 ölkə qatılır:
Afrika: Əlcəzair, Mərakeş, Misir, Liviya, Tunis
Asiya: Türkiyə
Avropa: Andorra, Albaniya, Bosniya və Herseqovina, Fransa, Xorvatiya, İspaniya, İtaliya, Kipr Respublikası, Livan, Makedoniya, Malta, Monako, Monteneqro, San Marino, Serbiya, Sloveniya, Suriya, Yunanıstan
== Turnirin arxivi ==
== Ümumi medal sıralaması (1951–2013) ==
*1997 və 2001-ci illərdə Yuqoslaviya, 2005-ci ildə isə Serbiya və Monteneqro adı altında iştirak etmişdir.