Dağlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir[1].
Dağlı | |
---|---|
41°25′ şm. e. 48°29′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1915 (2009) nəfər |
Dağlı kəndi Qubanın yeni, müasir, şəhər mərkəzinə ən yaxın kəndlərindən sayılır. Yerli sakinlər hər hansı xüsusi nəqliyyat vasitəsindən istifadə etmədən, 10-12 dəqiqəyə şəhərin mərkəzinə çox rahatlıqla çata bilirlər. Kənd müasir dövrdə salınsa da, yaxın, ətraf ərazilərdə yaşayış məskənlərinin tarixi azı 5000 il əvvələ gedib çıxır. Dağlı kəndi Quba şəhəri, Qırmızı Qəsəbə, Mirzəməmmədkənd, Qələdüz, Digah, Alpan kəndləri hüdudlarında yerləşir. Kəndin bir hissəsi Qudyal çayı sahilindəki qayalıq üzərində yerləşdiyindən nisbi sürüşmə zonası sayılır. Burada xüsusən Qudyal çayının orta axarında sahil zolağının bərkidilməsinə ehtiyac duyulur. Çayda su axını elə güclü olmadığından bunu həm betonlama, həm də sahil boyunca ağac zolağının salınması vasitəsilə həyata keçirmək mümkündür. Kənd Dağlı-Qələdüz bələdiyyəsinə daxildir. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Eyni zamanda, burada ləzgilər, etnomədəni cəhətdən, Şahdağ yarımqrupuna daxil olan xınalıqlılar, buduqlular, qrız-ceklilər, az sayda tatlar da yaşayır. Dağlı bolgədə strateji cəhətdən kifayət qədər əlverişli mövqedə yerləşən kəndlərdən biridir. Buraya əsasən Qələdüz, Qalaxudat, Mirzəməmmədkənd, Küpçal, Xınalıq, Qəçreş, Qımıl qazma, Qımıl, Üçgün kəndlərindən köç etmişlər.
Dağlı oyk., sadə. Quba r-nunun Qırmızı Qəsəbə i.ə.v.-də kənd. Qudyal çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə dağlıq ərazidə alma bağlarının salınması ilə əlaqədar sovxoz işçiləri üçün yaradılmışdır.[2]
Kənd Quba-Qusar yolunun yaxınlığında, kənarında yerləşir. İqlim baxımından, yaşayış üçün uyğun, əlverişli ərazi sayılır. Havası yayda isti, qışda isə sərt olur.
Əhalisi, əsasən azərbaycanlılardır, burada ləzgilər, Şahdağ qrupu xalqlarından sayılan, xınalıqlılar, qrızlar, buduqlular, az sayda tatlar da yaşayır. Dağlı kənd orta məktəbində tədris, bilavasitə, Azərbaycan dilində aparılır, kəndin əhalisi Azərbaycan türkcəsində danışır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1915 nəfər əhali yaşayır.[3]
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |