ARİF

irfani elmlərə sahib insandır. Bununla belə, ariflər də yanlışlıqlara yol verə bilərlər. Çünki, yalnız peyğəmbərlər yanlış və günah əməllər işləməzlər. Ariflərin buraxdığı səhvlər, müctəhidin hüquqi problemi həll edəndə buraxdığı səhvlərə bənzərdir. Arif insanlar dərin imanları və müdriklikləri ilə digər insanlardan seçilərlər. Onlar həyatlarını ibadət etməklər keçirir, hər hansı bir problemin həllində öz müdrikliklərindən istifadə edərək çıxış yolu taparlar. Arif insanlar Allah dostlarıdırlar.
ANTAKİYA
ARİYƏ
OBASTAN VİKİ
Hüseyn Arif
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952). Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur. Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür.
Murad Arif
Murad Arif oğlu Şükür (27 sentyabr 1981, Sumqayıt) — müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist. Çox sevilən nəğmələrin müəllifi olaraq, Azərbaycan mətbuatında "Hitmeyker" kimi təqdim olunur. Youtube-da yayımlanan "Popumuz Var!" layihəsinin müəllif və aparıcısıdır. Beynəlxalq "The Voice Kids" layihəsində ustad seçilmişdir. Murad 1981-ci ildə, sentyabrın 27-si Sumqayıt şəhərində, incəsənət xadimi Arif Şükürov (1936–2019) və bioloq Sənubər Şükürovanın (d. 1949) ailəsində anadan olub. Ata tərəfdən əsli Füzuli, ana tərəfdən isə Şuşalıdır. Ailədə özündən başqa 2 bacısı var. Məşhur tele-aparıcı Könül Arifqızının qardaşıdır. Murad Sumqayıt şəhərində, 15 №-li, 28 №-li məktəblərdə və İstedad liseyində təhsil alıb.
Məhəmməd Arif
Məhəmməd Arif (ind. Məhəmməd Arif, 1976, Tanjunq Pinanq[d] – 1 yanvar 2021, Tanjunq Pinanq[d]) — İndoneziya siyasi xadimi. 2004-cü ildə Xalq Məşvərət Məclisinə seçildi. Riau adalarını təmsil etdi. İndoneziyanın Tanjungpinang şəhərində anadan olub. Arif, 1 yanvar 2021-ci ildə 44 yaşında Tanjungpinangda ürək tutmasından öldü.
Məmməd Arif
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 may (11 iyun) 1904, Bakı – 27 dekabr 1975, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR EA müxbir üzvü (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın SSR Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir.
Ozan Arif
Ozan Arif (əsl adı: Arif Şirin, d. 10 mart 1949, Giresun - ö. 13 fevral 2019, Samsun) Ülküçü kimi tanınır Türkiyə xalq poeziyasınin nümayəndələrindən biri. 10 mart 1949-cu ildə Giresun'nun Alucra rayonunun Hapu kəndində doğulmuşdur. 1980-ci ildə 12 sentyabr hərbi çevrilişindən sonra Almaniyaya köçmüş və yalnız 1990-cı ildə Türkiyəyə qayıtmışdır. Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair, 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bunu yazmışdır: 1960-cı ildən Fransa, Avstriya, Almaniya, ABŞ, Belçika, Hollandiya, İngiltərə, Avstraliya, Kanada, Danimarka, İsveç, İsveçrə və digər ölkələrdə konsert vermişdir. 1976, 1977 və 1978-ci il "Konya Aşıqlar Bayramı"nda hər kateqoriyada qızıl medal qazanmışdır. 1992-ci ildə Ya Qarabağ, Ya Ölüm şeirini yazmışdır. 2009-cu ildə Orxan Pamukun hərəkətləri ilə əlaqədar Türkiyədə bir erməniyə görə "həpimiz erməniyik" kampaniyası keçirilən zaman Ozan Arif bunlara cavab olaraq bir şeri yazıb: 2005-ci ildən Dövlət Baxçalını və Rəcəb Tayyib Ərdoğanın siyasətini sərt tənqid etmişdir.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Arif Quluzadə
Arif Quluzadə (fars. عارف قلی‌زاده‎ 1938, Bakı, Azərbaycan SSR, SSRİ — 14 aprel, 2015, Tehran, İran) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş iranlı futbolçu. O, İran milli futbol komandasının heyətində 1958-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş Asiya Oyunlarında çıxış edib.
Arif Qədimalıyev
Arif Qədiməliyev (13 iyul 1975, Ağstafa rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. 13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə 18 yanvar tarixdə cəbhəyə göndərilmişdir. Arif "N" saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə döyüşmüşdür. O, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmətini qazanmışdır. 13-17 mart hadisələri (1995) zamanı şəhid olub. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Arif Qədimov
Arif Firudin oğlu Qədimov (1 avqust 1940) — Modelyer-konstruktor. 1989-cu ildə Naxçıvan Muxtar Respublikası və 1999-cu ildə Azərbaycan Respublikası əmakdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Pensiyaçıdır. Arif Qədimov "Naxçıvan Nuhun yurdudur", "Bir ömür yaşadım, Adəmli, Nuhlu", "Bir ömrün xatirələri", "Ağ atlının qisası", "Nuh dastanı", "Əshabu-Kəhf dastanı, "Əcəmi dastanı" kimi tarixi -tədqiqat əsərlərini yazmış və oxucuların ixtiyarına vermişdir. 2019-cu ildə təkrar nəşr kimi və geniş elmi əlavələrlə "Müqəddəslər ocağı Naxçıvan" (Naxçıvan Nuhun yurdudur) adlı elmi əsəri Naxçıvan "Əcəmi Nəşriyyati" mətbəəsində çap olunmuşdur. 1965-ci ilin iyul ayinda, hərbi qulluqda olduğu Batumidən "Zaqafqaziya Hərbi Dairəsi"nin xüsusi göndərişi ilə Moskva Hərbi Xarici Dillər İnstitutuna daxil olmuşdur. (Tank keçidi — 4 ünvanında.) 1969-cu ildə Bakı Yüngül Sənaye Texnikumununun "Modelyer-Konstruktor" fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Bakı şəhərində işləmişdir. (1969–1971-ci il.) 1971 - 1974-cü il Azərbaycan Yüngül Sənaye nazırliyinin müqaviləsinə əsasən, göndərişlə Xankəndi ayaqqabı fabrikində baş modelyer-konstruktoru olmuş; 1975–1985-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikasının Ədəbiyyat Muzeyində tərtibatçı rəssam kimi fəaliyyət göstərmiş; 1985-1997-ci illərdə Naxçıvan Dövlət Tarixi Muzeyinin baş rəssamı olmuşdur. 1985-ci ildə "Bakinskiy Raboçiy" qəzeti Naxçıvan Rəssamlar Birliyinin sərgi salonunda onun 50 ədəd rəssamlıq və heykəltəraşlıq əsərlərinin fərdi sərgisini təşkil etmişdir. 1997 −2008-ci illərdə Naxçıvan Dövlət Xalça muzeyinin və Əcəmi seyrəngahı mədəniyyət kompleksinin baş direktoru olmuşdur.
Arif Qədiməliyev
Arif Qədiməliyev (13 iyul 1975, Ağstafa rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. 13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə 18 yanvar tarixdə cəbhəyə göndərilmişdir. Arif "N" saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə döyüşmüşdür. O, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmətini qazanmışdır. 13-17 mart hadisələri (1995) zamanı şəhid olub. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Arif Qəmərli
Arif Paşa oğlu Qəmərli (5 yanvar 1929, Gəncə, Gəncə qəzası) — Baytarlıq elmləri doktoru, professor. K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının professoru. Qəmərli Arif Paşa oğlu 1929-cu il yanvarın 5-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1951-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib və Moskva Dövlət Baytarlıq Dermatologiyası İnstitutu (Ümumittifaq Elmi-Tədqiqat Baytarlıq Sanitariyası İnstitutu) nəzdində aspiranturaya göndərilib. 1955-ci ildə A.Qəmərli baytarlıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (Ümumrusiya Elmi-Tədqiqat Eksperimental Baytarlıq İnstitutu, Moskva). 1956-cı ildə A.Qəmərli SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Qırğızıstana, Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutuna daimi işləməyə gəlib və kənd təsərrüfatı heyvanlarının parazitlərinin öyrənilməsi laboratoriyasının rəhbəri təyin edilib. 1970-ci ildə A.Qəmərli doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə ona professor elmi adı verilib. Qırğız Respublikasının Kənd Təsərrüfatı Əlaçısıdır. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin (ÜİKTS) bürünc medalı (Moskva, 1957), “Rəşadətli əməyə görə” medalı (1970), “Sosializm yarışının qalibi” nişanı (1974) və başqa təltifləri var.
Arif Qəzvini
Arif Qəzvini (farsca: ابوالقاسم‌ عارف قزوینی; 1882, Qəzvin – 21 yanvar 1934, Həmədan) — İran şairi və bəstəkarı. Siyasi təsnifat və siyasi qəzəl janrının yaradıcısıdır. 1905–1911-ci illərdə İrannın Məşrutə inqilabında iştirak etmişdir. Gözəl bir səsi olan şair Tehranda konsertlər vermiş, vətənpərvərlik hisslərini tərənnüm edən təsnifləri ilə şöhrət qazanmışdır. "Yaşasın", "Azadlıq müjdəçisi", "Quşun naləsi", "Ölüm libası" və s. şeirlərini xalq dilində yazmışdır. 150-yə yaxın qəzəl, qitə, qəsidə, məsnəvi və təsniflərdən ibarət "Divan"ı ilk dəfə 1924-cü ildə əvvəl Berlində, sonra Tehranda çap olunmuşdur. Həyatının son illərini Həmədanda sıxıntı içində yaşamış, orada da vəfat etmişdir. Arif Qəzvini həmçinin İran milliyətçiliyinə bağlı olan baxışlarıyla seçilmişdir. Qəzvini, İranda Azərbaycan türkcəsinin danışılmasına qarşı çıxmış, bu dilin "türklərin və monqolların hökmranlığının utanc verici izi" olduğunu demiş, bu dilin bütün iranlıların milli dili saydığı "gözəl və şirin" fars diliylə əvəz edilməsinə çağırışlar edirdi.
Arif Rüstəmov
Rüstəmov Arif Sədi oğlu (5 sentyabr 1959, Yuxarı Salahlı, Qazax rayonu) — fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Qazax filialinin direktoru. 1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1977-ci ildə Ağstafa rayonu 1 №li orta məktəbini qızıl medalla bitirmişdir. 1977-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olmuş, 1982-ci ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir. 1982–1985-ci illərdə Şamaxı rayonu Ərəbşalbaş kənd orta məktəbində tarix müəllimi və direktor müavini vəzifələrində işləmişdir. 1985-ci ilin iyun ayından BDU-nun indiki politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 2008–2013-cü illərdə BDU sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir. Politologiya və sosiologiya kafedrasının dosentidir. 4 mart 2019-cu ildən etibarən Bakı Dövlət Universitetinin Qazax filialinin direktorudur. 1990-cı ildən fəlsəfə üzrə fəlsəfə doktorudur.
Arif Rəhimov
Arif Məhi oğlu Rəhimov (1938, Ağdam) — texnika elmləri doktoru, professor. Arif Rəhimov 1938-ci ildə Ağdamda anadan olmuşdur. O, 1955-ci ildə Ağdam 1 saylı orta məktəbi bitirdikdən sonra 1955–1960 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mexanika fakültəsində təhsil almışdır. O, 1965 ildə namizədlik, 1996 ildə doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. Arif Rəhimov hazırda Azərbaycan Dövlət Neft Akademiyasının kafedrasının müdiridir. Arif Rəhimov 100-ə yaxın elmi məqalə, 2 kitab, 4 dərs vəsaiti çap etdirmişdir. Onun elmi işi əsasən mahiyyəti yeni kompozisiya materiallarının yaradılması və yeni mütərəqqi e’mal üsullarının tərtibi məsələlərinə həsr olunmuşdur. Arif Rəhimov ÇİXTHS-nin bürünc medalına layiq görülmüşdür. Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Arif Rəhimzadə
Arif Rəhimzadə (3 fevral 1941, Kirovabad) — Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini (1994–2005), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə Dövlət Müşaviri, Azərbaycan Kommunist Partiyası Quba Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycanın dövlət xadimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru. Arif Rəhimzadə 3 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. 1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olmuşdur. Evlidir, 2 övladı var. Rus dilini bilir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləmişdir. 1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışmışdır. Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olmuşdur.
Arif Salahov
Arif Əliabbas oğlu Salahov (18 avqust 1937, Digah – 25 aprel 2006, Bakı) — artilleriya general-mayoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk 4 zabitindən biri olmuşdur.[mənbə göstərin] Arif Salahov 18 avqust 1937-ci ildə Abşeron rayonunun Digah kəndində anadan olmuşdur. 1955-ci ildə kənddə yerləşən 106 nömrəli orta məktəbi bitirmişdir. 26 oktyabr 1956-cı ildə SSRİ Silahlı Qüvvələrinin sıralarına hərbi xidmətə çağırılmışdır. 1956-1958-ci illər Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında xidmət keçmişdir. 1958-1961-ci illər Tula Hərbi Artilleriya Məktəbində təhsil almışdır. 1961-ci ildə Məktəbi bitirdikdən sonra “leytenant” hərbi rütbəsi verilmişdir. 1961-1965-ci illər Odessa hərbi dairəsinin Tiraspol şəhərində yerləşən 59-cu motoatıcı diviziyada taqım komandiri vəzifəsində xidmət etmişdir. 1965-1970-ci illər Penza Ali Mühəndis-Artilleriya Məktəbində təhsil almışdır. 1970-ci ildə Məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik Respublikasının Stendal şəhərində yerləşən 207-ci motoatıcı diviziyaya xidmətini davam etdirmək üçün göndərilmişdir. 1970-1972-ci illər diviziiyanın artilleriya alayının rəisi, 1972-1975-ci illər artilleriya divizionunun qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Şamo Arif
Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman Rəhimovun oğlu. Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub. O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün gədər öz aktuallığını saxlayır. Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb.
Əhməd Arif
Əhməd Arif (1927 Diyarbakır - 1991) şerləri ilə məşhurdur. Bir neçə dəfə həbs edilib. Bələdiyyə Məclisi Sur rayonun Yağçı küçəsinə yazıçı Əhməd Arifin adının verilməsi ilə bağlı qərar qəbul edib.
Arif Bağırov
Arif Yusif oğlu Bağırov (1 oktyabr 1930, Lənkəran – 7 oktyabr 1999, Lənkəran) — Azərbaycan dövlət xadimi, Azərçay Trestinin (1964–1968) və Azərqlavçay İdarəsinin (1968–1975) rəisi. Arif Bağırov Yusif oğlu-1930-cu il oktyabrın 1-də Lənkəran şəhərində anadan olmuşdur. 1949-cu ildə Lənkəran 4 nömrəli orta məktəbin rus bölməsini bitirmişdir. Həmin ildə Gürcüstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1954-cü ildə həmin institutu bitirmişdir. 1954-cü ildən Azərbaycan çay sənayesində ayrı-ayrı rəhbər vəzifələrində çalışmış, 1990-cı ildən Azərbaycan Meyvəçilik İnstitutunun Lənkəran çayçılıq filialının direktoru işləmişdir. A. Bağırov ETB və SBİ-nin Lənkəran Çay filialına rəbərlik etdiyi illərdə müəssisənin elmi fəaliyyətinin yüksəlməsində böyük xidmətləri olmuşdur.Belə ki, A. Bağırov çayın emal texnologiyasının elmi əsaslarla öyrənilməsində və bu sahə də gənc kadrların yetişdirilməsində böyük əməyi olmuşdur. 1967-ci doktorluq dessertasiyası etmiş, 200-dən artıq elmi əsəri vardır. 1993-cü ildən Lənkəran Dövlət Universitetində çayın emal texnologiyasından mühazirə oxumuşdur. Həmin illərdə Lənkəran şəhər deputatı seçilmişdir. 1998-ci ildə Lənkəran şəhəri Lənkəran Dövlət Universitetində "İqtisadiyyat və texnologiya" kafedrasının müdüri vəzifəsinə təyin olunmuş və ömrünün sonuna kimi o vəzifədə çalışmışdır.
Arif Aslanov
Arif Həzi oğlu Aslanov (1 oktyabr 1938, Ovruç[d], Jitomir vilayəti – 1 may 2007, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın avtomobil nəqliyyatı naziri (1990–1992), "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti (1992–1996). Arif Həzi oğlu Aslanov 1938-ci ildə anadan olmuşdur. 1963-cü ildə Odessa Dəniz Mühəndisliyi İnstitutunun Bakı filialını, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı fakültəsini mühəndis-mexanik ixtisası üzrə, həmçinin 1983-cü ildə Moskva Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir. Əmək fəaliyyətinə 1961-ci ilin noyabrında başlamış, 1961–1963-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Hasilatı İnstitutunun preparatoru, 1963–1964-cü illərdə Ümumittifaq Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunun texniki, 1964–1966-cı illərdə Bakı Dəniz Limanının stividoru olmuşdur. 1966-cı il iyulun 17-dən 1979-cu ilə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Bakı istehsal trestinin mühəndisi, həmin nazirliyin Bakı növbətçi avtomobillər parkının rəisi, Bakı Avtomobil Nəqliyyatı İstehsalat Birliyində rəis müavini kimi vəzifələrində çalışmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1979-cu il tarixli Qərarı ilə Arif Aslanov Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə 11 ilə yaxın işləmiş, 5 iyun 1990-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninə çevrilmiş və Arif Aslanov bu qurumun prezidenti təyin edilmişdir. O, bu vəzifədə 1996-cı il iyulun 20-dək çalışmışdır. Arif Aslanov Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXXII qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
Arif İsayev
Arif İsayev (28 iyul 1985, Bakı) — həm Azərbaycanda, həm də Türkiyədə hücumameyilli yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı təqaüdçü futbolçudur. 2012-ci ilin yayında İsayev "Qəbələ"dən ayrılaraq AZAL-a keçdi, 6 ay sonra İsayev AZAL-dan ayrılaraq 2014-cü ilin yayına kimi müqavilə ilə "Dənizlispor"a keçdi. 2013-cü ilin noyabrında İsayevin "Dənizlispor"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildi.
Arif Acalov
Arif Acaloğlu (10 aprel 1956, Kəpənəkçi, Bolnisi rayonu – 15 noyabr 2023, Bakı) — Azərbaycan alimi, filologiya elmlər doktoru, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi. 1992–1993-cü illərdə Azərbaycan prezidentinin müşaviri. Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur. O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir. Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi ve mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi-Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve kulturologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur.
Arif Acaloğlu
Arif Acaloğlu (10 aprel 1956, Kəpənəkçi, Bolnisi rayonu – 15 noyabr 2023, Bakı) — Azərbaycan alimi, filologiya elmlər doktoru, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi. 1992–1993-cü illərdə Azərbaycan prezidentinin müşaviri. Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur. O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir. Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi ve mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi-Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve kulturologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur.
Arif Seyidov
Arif Seyidov - Göygöl Rayon İcra Hakimiyyətinin başçısı (23 fevral 2006-22 may 2020) Arif Akif oğlu Seyidov 1957-ci ildə Göygöl rayonunda anadan olub. O Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu iqtisadiyyat üzrə ali təhsil alıb. O daha sonra təhsili Tiflisdə davam etdirib və Gürcüstan Dövlət Aqrar Universitetində hüquq ixtisasi üzrə təhsil alıb.
Arif Qafuri
Arif Qafuri (fars. عارف غفوری‎; 18 dekabr 1989, Urmiya) — İran–Türkiyə illüzionisti. "Yetenek Sizsiniz Türkiyə" adlı televiziya yarışması ilə tanınmışdır. O, Türkiyə vətəndaşıdır. O, 2018-ci ilin iyulunda Türkiyədə verilişə hazırlaşan vaxt misir kobrası tərəfindən sancılıb. O, zəhərə qarşı müalicə üçün Misirə aparılmış və tam sağalmışdır. Əslən İran azərbaycanlısıdır.
Dorstenia arifolia
Dorstenia arifolia (lat. Dorstenia arifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Dürrizadə Mehmed Arif Əfəndi
Dürrizadə Mehmed Arif Əfəndi (1740, Konstantinopol – 9 oktyabr 1800, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Oğlu Abdullah Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa yüksəlmişdir. 1740-cı ildə İstanbulda dünyaya gəldi. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 14 yaşında ikən icazət aldı. İstanbulun bəzi mədrəsələrdində xidmət etməsinin ardından 1766-cı ildə Yenişəhər, 1774-cü ildə Məkkə və Bursa, 1780-ci ildə isə İstanbul qazısı oldu. Ana şəcərəsinin Hz. Hüseyndən gəlməsi səbəbilə Seyid ünvanı da daşıyan Arif Əfəndi 1782-ci ildə naqibüləşraf elan edildi. Beləcə, Dürrizadələr ailəsindən çıxan ilk naqibüləşraf oldu. 1783-cü ildə Anadolu, bir illik xidmət müddətini tamamlamasının ardından 1784-cü ildə Rumeli qazəsgəri təyin edildi.
Fəthullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Fətullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Hacı Arif (film, 1995)
Hacı Arif qısametrajlı sənədli film Film 1995-ci ildə Azərbaycan Televiziyasında çəkilib. Filmin rejissoru Nizami Abbasdır. Film müğənni, xanəndə, Azərbaycanın Xalq artisti, professor Arif Babayevin həyat və yaradıcılığından bəhs edir.
Hüseyn Arifin ev-muzeyi
Hüseyn Arifin ev-muzeyi — Azərbaycan şairi Hüseyn Arifin doğulduğu evdə ölümündən sonra yaradılmış muzey. Son illər Ağstafa rayon icra hakimiyyətinin və Mədəniyyət Evinin rəhbərliyinin təşəbbüsü ilə əsaslı təmir olunan muzeydə 2000-dən çox ekspanat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşığı belə – olduğu kimi qorunub saxlanılır. Muzey 1993- cü ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 kv.m-dir. Muzeydə xalq şairi Hüseyn Arifin irsini özündə əks etdirən eksponatlar var. Hüseyn Arifin ev-muzeyi Ağstafa ilə Qazaх şəhərini birləşdirən magistral avtomobil yolunun sağ tərəfində yerləşir. Muzey Nazirlər Kabinetinin 24 noyabr 1992-ci il tariхli 692 saylı qərarına və Mədəniyyət Nazirliyinin 5 fevral 1993-cü il tariхli əmrinə əsasən yaradılıb. Muzey 3 otaqdan ibarətdir. Burada 2000-ə yaхın eksponat qorunub saхlanılır.
Kinorejissor Arif Babayev (film, 2000)
Mehmet Arif Örgüç
Mehmet Arif Örgüç (türk. Mehmet Arif Örgüç) (d. 1876, İstanbul – ö. 1940, İstanbul) — Türk əsgəri. 1896-cı ildə Hərbi məktəbi bitimişdir. İtaliya-Osmanlı müharibəsi, Balkan müharibələri və Birinci Dünya müharibəsinə qoşulmuşdur. 25 avqust 1921-ci ildə 1-cü süvari bölmə komandirliyinə təyin edildi. 27 fevral 1925-ci ildə Şeyx Səid üsyanına qarşı həyata keçirilən əməliyyatda sövq və iradəsi yanlış olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. 9 fevral 1926-da təqaüdə çıxdı. 1940-cı ildə İstanbulda vəfat etdi.
Mustafa ağa Arif
Mustafa ağa Arif (1774-1845) — şair, Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri. Qazax sultanlığının son sultanı. Mustafa ağa Şıxı ağa oğlu 1774-cü ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi. Mustafa ağa şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı.Onun haqqında Firudin bəy Köçərli yazır: "Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir".
Mustafa ağa Arif Şıxlinski
Mustafa ağa Arif (1774-1845) — şair, Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri. Qazax sultanlığının son sultanı. Mustafa ağa Şıxı ağa oğlu 1774-cü ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi. Mustafa ağa şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı.Onun haqqında Firudin bəy Köçərli yazır: "Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir".
Müşviq Arif oğlu Orucov
Məhməd Arif Örgüç
Mehmet Arif Örgüç (türk. Mehmet Arif Örgüç) (d. 1876, İstanbul – ö. 1940, İstanbul) — Türk əsgəri. 1896-cı ildə Hərbi məktəbi bitimişdir. İtaliya-Osmanlı müharibəsi, Balkan müharibələri və Birinci Dünya müharibəsinə qoşulmuşdur. 25 avqust 1921-ci ildə 1-cü süvari bölmə komandirliyinə təyin edildi. 27 fevral 1925-ci ildə Şeyx Səid üsyanına qarşı həyata keçirilən əməliyyatda sövq və iradəsi yanlış olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. 9 fevral 1926-da təqaüdə çıxdı. 1940-cı ildə İstanbulda vəfat etdi.
Məhəmməd Arif (İndoneziyalı siyasətçi)
Məhəmməd Arif (ind. Məhəmməd Arif, 1976, Tanjunq Pinanq[d] – 1 yanvar 2021, Tanjunq Pinanq[d]) — İndoneziya siyasi xadimi. 2004-cü ildə Xalq Məşvərət Məclisinə seçildi. Riau adalarını təmsil etdi. İndoneziyanın Tanjungpinang şəhərində anadan olub. Arif, 1 yanvar 2021-ci ildə 44 yaşında Tanjungpinangda ürək tutmasından öldü.
Məşrəfzadə Mehmed Arif Əfəndi
Məşrəfzadə Mehmed Arif Əfəndi (1791, Konstantinopol – 27 dekabr 1858, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Devhatü’l-meşâyih, s. 131–132. İlmiyye Salnâmesi, s. 591–592. Hediyyetü’l-ʿârifîn, I, 349. Sicill-i Osmânî, III, 275. Osmanlı Müellifleri, I, 383. Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 260, 268.
Qəhrəman bəy Arif
Qəhrəman bəy Heydər bəy oğlu Arif - (1780-?), şair. Qəhrəman bəy Heydər bəy oğlu 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Satirik, kinayəli, zəmanəsini qamçılayan şeirlərinə də rast gəlinir. Qəhrəman bəy Pəri xanımla ailə qurmuşdu. Sadıq bəy, Hüseynqulu bəy adlı oğlanları vardı.
Rauf Arifoğlu
Rauf Arifoğlu (23 iyul 1966, Yuxarı Öysüzlü, Tovuz rayonu) — Azərbaycanlı jurnalist. "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri. Rauf Arif oğlu Abbasov 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu mühəndis texnoloq ixtisası üzrə, 1994–1996-cı illərdə isə Qərb Universitetinin Dünya siyasəti və iqtisadiyyatı fakültəsini, politoloq ixtisası üzrə bitirib. Rauf Arifoğlu 1988-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub. 1989-cu ilin sonlarında qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ilin 10 noyabrında isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyasının (AMDP "Yeni Müsavat") 5 qurucusundan biri, təkilatın ideologiya məsələləri üzrə katibi olub.Partiyanın Mərkəzi və "Yeni Müsavat" qəzetinin gizli redaksiyası 1989-cu ilin dekabrından 1991-ci ilin sonlarına qədər Gəncə şəhərinə köçürülüb. Həmin vaxt Gəncə ətrafında, konkret olaraq, Xanlar rayonunun (indiki Göygöl) ərazisindəki Çaykənd kəndində erməni-rus diversantlarına qarşı xalq müqavimət dəstələri döyüşürdü.
Rumex arifolius
Rumex arifolius (lat. Rumex arifolius) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Rüstəm Arifcanov
Rüstəm Arifcanov (Arifcanov Rüstəm Mustafa oğlu; d. 22 fevral 1958, Özbəkistan SSR) — Azərbaycan və Rusiya jurnalisti; "Al‑RTV" ilk ictimai müsəlman kanalının baş redaktoru (2012), Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti, Jurnalistlərin “Mediakratiya” Milli Assosiasiyasının Müşahidə Şurasının sədri, Şimali Qafqaz Federal Dairəsi İctimai Şurasının üzvü. Arifcanov Rüstəm Mustafa oğlu 1958-ci il fevralın 22-də Özbəkistanda anadan olub. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib. 1985-ci ildən R.Arifcanov “Komsomolskaya Pravda” qəzetinin Qərbi Sibir üzrə xüsusi müxbiri, 1988-ci ildən “Sobesednik” həftəlik qəzetinin şöbə redaktoru, redaksiya heyətinin üzvü olub. 1990-cı ildən “Meqapolis” jurnalında şöbə redaktoru, daha sonra “Meqapolis-Metro” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1993-cü ildə R.Arifcanov “İzvestiya” qəzetinin şərhçisi olub. 1989-cu ildə “Surqutskaya alternativa” siyasi birliyinin fəaliyyətində iştirak edib. 1996-1997-ci illərdə o, “Kommersant. İzdatelskiy dom” QSC-nin “Stolitsa” publisistik jurnalının şef-redaktoru, redaksiya heyətinin üzvü vəzifələrini daşıyıb.
Salahov Arif Əliabbas oğlu
Yelena Arifova
Yelena Arifova (d. 20 sentyabr 1972) — Azərbaycanı təmsil edən voleybolçu. Yelena Arifova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. Yelena Arifova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.

Значение слова в других словарях