ARXADAŞ

is. Kömək, köməkçi.
[Miss Hannaya] arxadaş və yoldaş lazımdır. M.S.Ordubadi.

// Yoldaş, dost.
Arxadaşlar! Sevinin, oldu rəva hacətimiz. M.Ə.Sabir.
Bəzi tutmuş iki əlilə başın; Fikrə dalmış, unutmuş arxadaşın. A.Səhhət.
Dostum, arxadaşım, yoldaşım, dinlə; Nə sayaq unudaq biz bu ağrını? S.Rüstəm.

Этимология

  • ARXADAŞ Radlov bu sözü “ər qardaş” kimi açıqlayıb. Əslində, məna “bir-birinə arxa olan” kimi başa düşülə bilər
ARXADAN
ARXADAŞLIQ

Значение слова в других словарях