ASİYƏ

gündoğan; mömin və təmiz qadın, mərhəmətli; üzü nurlu olan. İslam dininə görə, dünyanın dörd müqəddəs qadınından biridir. Əfsanəyə görə, bu qadın Musa peyğəmbəri əri Fironun əlindən qurtararaq Nil çayında boğulmaqdan xilas etmişdir; ə. qadın hakimi.
ASİYAXANIM
ASİYƏBƏYİM
OBASTAN VİKİ
Asiyət Yusifova
Asiyət Nəcməddin qızı Yusifova (5 dekabr 1923, İlisu, Zaqatala qəzası[d] – 20 dekabr 2022, İlisu, Qax rayonu) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, Qax Rayon Komitəsinin birinci katibi və ikinci katibi, Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1923-cü ildə İlisu kəndində kəndli ailəsində doğulmuşdur. İlisu kənd orta məktəbini və 1952-ci ci ildə Şəki ikiillik Müəllimlər İnstitutunu 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir. 1942-ci ildə İlisu kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1949-cu iləsək müəllim olaraq çalışmışdır. 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. == Siyasi fəaliyyəti == Asiyət Yusifova 1950–1952-ci illərdə ildə Qax Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifəsini tutmuşdur. 1952-ci ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində şöbə müdiri, 1954-cü ildən rayon qəzetinin redaktoru, eyni zamanda Qax Rayon Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildən 1959-cu ilədək Azərbaycan KP MK-da təlimatçı vəzifəsində çalışmışdır. Asiyət Yusifova 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində əvvəlcə ikinci katib, sonra isə birinci katib vəzifəsinə seçilmişdir.