ATCIL
ATÇILIQ
OBASTAN VİKİ
Atçılar
Atçılar — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Tiflis quberniyasının Axalkalaki qəzasında Troitskoye kəndi 1841-ci ildə salınmışdı. 1882-ci ildə Rusiya imperiyasının Qars vilayətinin Zərişad şöbəsində, Qars çayı sahilində Tiflis quberniyasının Axalkalaki qəzasının Troitskoye kəndindən köçürülmüş duxoborlar tərəfindən Novo-Troitskoye (rus. Ново-Троицкое) kəndi salındı. 1918-ci ildə Qars vilayətinin Osmanlı imperiyasının nəzarətinə qaytarılması ilə 1918–1921-ci illərdə duxoborlar bu kənddə yaşamaqdan imtina edərək hazırkı Rusiya FR-nın Rostov vilayətinin Azov rayonuna köçərək orada Novotroitskoye kəndini saldılar. 1921-ci ildə boş qalmış kənd ərazisinə türklər köçürüldü, kəndin adı isə dəyişdirilərək Atcılar (türk. Atçılar) adlandırıldı. == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 66 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 24 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 269 nəfər daimi əhali yaşayır. Kənd əhalisi əsasən kürdlərdən və azərbaycanlılardan ibarətdir.
Atçılıq
Atçılıq — heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını ödəmək məqsədilə əsrlər boyu yetişdirilmişdir. Atların yetişdirilməsi, saxlanması, istifadəsi, sınağı, at cinslərinin təkmilləşdirilməsi ilə məşğul olan qədim heyvandarlıq sahələrindən biri. FAO-nun (BMT-nin Ərzaq və k.t. təşkilatı) məlumatına (2007) görə dünyada 50 mln. baş at, o cümlədən ABŞ-də 9,2 mln., Çində 7,641, Meksikada 6,26, Braziliyada 5,7, Argentinada 3,65, Kolumbiyada 2,553, Monqolustanda 2,09, Efiopiyada 1,655, Türkiyədə 1,2 mln. baş at vardır. Damazlıq, idman, iş atlarının yetişdirilməsi, Atçılıq məhsullarının (ət, süd, qımız, dəri, boğaz madyan zərdabı–BMZ hormon preparatı və s.) alınması və xidmət növləri (turizm, ippoterapiya – müalicəvi atsürmə və s.) sahənin iqtisadi əsasını təşkil edir. İnsanlar Atçılıqla ən qədim zamanlardan – Daş dövrünün sonlarından məşğul olmağa başlamışlar. Tarixi mənbələrdə atın əhliləşdirildiyi ilk məskənlər kimi Çinin Qansu bölgəsindən qərbə doğru, Orta Asiya, Xəzərin c.-q.və c.-ş. sahilboyu ərazilərindən keçməklə Balkan d-rına qədər uzanan, əsasən, türk xalqlarının məskunlaşdığı ərazilər göstərilir.
Atçılıq idmanı
Atçılıq idmanı – atların iştirakı ilə həyata keçirilən yarış idman növü. Olimpiya idman növlərindən biri. Azərbaycanda atçılıq idman növü ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli Fərmanı var. == Tarixi == Atçılıq idmanı ilk dəfə 1900-cü ildə yay Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Stokholmda keçirilən V Yay Olimpiya Oyunlarından bəri atçılıq idmanı bütün Yay Olimpiya Oyunlarında iştirak edir. 10 ölkədən idmançılar Stokholmda təmsil olundu: Böyük Britaniya, Belçika, Almaniya, Danimarka, Norveç, Rusiya, ABŞ, Fransa, Çili və İsveç. İsveç atçıları at təliminə görə qızıl, gümüş və bürünc olmaqla üç medal qazandılar, Millətlər Kubokunda maneələri aşmağa və üç növ idman məşqindən ibarət yarışa görə qızıl medal qazanan ilk komanda oldu.. == Atçılıq idmanına daxil olan anlayışlar == Arena – atçılıq idmanı üzrə yarışların keçirilməsi üçün meydan; Banket – marşrutu çətinləşdirmək üçün istifadə olunan torpaq bəndi; Coker – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Derbi – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Konkur – maneələri dəfetmə üzrə yarışın adı; Git – konkurda yarışın bir mərhələsi; Ovçu konkuru – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Jerd – dəf ediləcək maneənin bir hissəsi; Marşrut – hərəkət trayektoriyası; Kalabaska – jerdləri maneə üzərində saxlamaq üçün kronşteyn; Kurs dizayner – konkurda marşrut tərtibçisi; Manej – konkur üzrə yarışların keçirilməsi üçün bağlı və ya açıq meydança; Stoyka – maneənin bir hissəsi; sponsor maneələri – reklam xarakterli məlumat yerləşdirilən maneələr; Boks - atın saxlandığı yer; Korda-yüyənə bağlanmış uzun ip. == İdman atlarının təlimi == Təlim prosesində cins idman atlarının xüsusi keyfiyyətlərinin aşkar edilməsi və təkmilləşdirilməsi qaydalarına riayət edilməlidir. Onların yarışlara hazırlıq səviyyəsini yüksəltmək üçün təlim prosesi düzgün və səmərəli təşkil edilməlidir.
Azərbaycan Atçılıq Federasiyası
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) — Azərbaycanda atçılıq idmanının inkişafı məqsədilə yaradılmış xüsusi olimpiya-idman mərkəzi. == Tarixi == 1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası (ARAİF) yaradılmışdır. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlandı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçilmişdir və idarə heyətinin yeni tərkibi yaradılmışdır. Az vaxt ərzində federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) qoyuldu. Nizamnamənin və adın dəyişdirilməsi Azərbaycanda atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrini deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin inkişafını da öz öhdəsinə götürdü.
Azərbaycan Respublikası Atçılıq Federasiyası

Azərbaycanda atçılıq
Azərbaycanda atçılıq — Azərbaycan Respublikası ərazisində at cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda xalqın tarixi ənənələri, mədəniyyəti, etnoqrafiyası, sosial-iqtisadi durumu ilə sıx bağlı olan Atçılıq, əsasən, damazlıq, idman, əmtəəlik, turizm, işlək – kəndli (fermer) təsərrüfatlarında yük və qoşqu vasitəsi kimi istifadə edilməsi istiqamətində inkişaf etdirilir. Damazlıq və idman Atçılığından başqa qalan sahələr çox vaxt kütləvi Atçılığa aid edilir. Dünyada mövcud olan 250-dən artıq at cinsindən ikisi – Qarabağ və Dilbaz atı Azərbaycana məxsusdur. Bir çox tarixi faktlar göstərir ki, məşhur ərəb atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olmuşdur. Ən qədim dövrlərdən Azərbaycandan İrana, ərəb ölkələrinə, Rusiyaya, Avropaya çoxlu madyan və törədici ayğır aparılmışdır; bunlar Azərbaycanda mədəni Atçılığın dərin köklərinin olmasını sübut edir. Xalq seleksiyası yolu ilə alınmış Qarabağ atı və Dilbaz cinslərindən başqa, resp.-da Quba yorğası, Şirvan atı və Kiçik Qafqaz atı yetişdirilir. Azərbaycanda 74,1 min baş at vardır (2010). Mütərəqqi texnologiya və məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında Atçılıq zavodlarında yüksək damazlıq keyfiyyətlərinə malik atlar yetişdirilir. == Növləri == Hazırda Azərbaycanda yüksək keyfiyyətli Qarabağ və Dilbaz atları, həmçinin Quba yorğası, Şirvan atı, Ərəb atı və digər növ atlar yetişdirilir.
Ağdam Atçılıq Zavodu
Ağdam Atçılıq Zavodu == Tarixi == ХХ əsrdə Qarabağ cinsinin tariхində ən önəmli hadisə kimi iхtisaslaşmış Ağdam Atçılıq Zavodunun yaradılmasının əvəzsiz rolu olmuşdur. Zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 8 oktyabr 1948-ci il tariхli, 1681 saylı, Azərbaycan SSR Nazirlər Sovetinin isə 27 may 1949-cu il tariхli, 583 saylı qərarları əsasında yaradılmışdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Хalq Torpaq Komissasrlığının хüsusi komissiyası (N.Əfəndiyev, S.Cəfərov və S.Aquşeviç) Qarabağ atlarının keçmişdə geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzmiş və cinsin хarakterik əlamətlərini özündə saхlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdilər. 1947-ci ilin payızında seçilmiş həmin atlar Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı Nazirliklərinin mütəхəssisləri (U.Əlibəyov, S.Həsənov, İ.Əfəndiyev və S.Aquşeviç) tərəfindən bir daha baхışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edildi və 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Хaldan quşçuluq sovхozuna gətirildi və beləliklə zavodun əsası qoyulmuşdur. Sovхozlar Nazirliyinin хüsusi komissiyası (R.Səttarzadə, S.Zülfüqarov, A.Zaхoyev və S.Həsənov) tərəfindən həmin atlar bonitirə edilərək damğalanmış, onlara ad verilmiş, eksteryeri təsvir edilmişdir. Lakin yeni yaradılan at zavodu üçün Хaldan quşçuluq sovхozunun ərazisi əlverişli deyildi. Buranın yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağınkından хeyli fərqli idi. Bütün bunlar əsas gətirilərək zavod 1949-cu ilin sentyabr ayında Ağdamın yaхınlığındakı Göytəpə adlanan yerə, vaхtilə Хan zavodlarına məхsus atların məskunlaşdığı yerlərdən birinə köçürüldü. Qarabağ atçılıq zavodu yaradıldığı zamandan etibarən uğurla fəaliyyətə başladı. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərildi.
Qazaxıstanda atçılıq
Qazaxıstanda atçılıq — Qazaxıstan Respublikası ərazisində at cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. == İstehsal == Qazaxıstan at ətinin istehsal həcmina görə dünyada ikinci yerdədir. == İdxal == Qazaxıstan hər il təqribən 3-4 min ton at və qatır əti idxal edir.
Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) — Azərbaycanda atçılıq idmanının inkişafı məqsədilə yaradılmış xüsusi olimpiya-idman mərkəzi. == Tarixi == 1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası (ARAİF) yaradılmışdır. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlandı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçilmişdir və idarə heyətinin yeni tərkibi yaradılmışdır. Az vaxt ərzində federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) qoyuldu. Nizamnamənin və adın dəyişdirilməsi Azərbaycanda atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrini deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin inkişafını da öz öhdəsinə götürdü.

Digər lüğətlərdə