Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Abdal (Ağdam)
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir.
Abdal-Gülablı

Abdal (Zəncan)
Abdal (fars. ابدال‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (8 ailə). Zəncan şəhristanının Mərkəzi bölgəsində, Zəncan şəhərindən 34 km qərbdədir.
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Abdal Gülablı
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir.
Abdal Musa
Abdal Musa (1300, Xoy, Qərbi Azərbaycan ostanı) — türk övliyası, filosofu, ozanı. Onun Anadoluya gəlişi ilə bağlı iki rəvayət var. Bir iddiaya görə, o, Buxaradan qırx abdal ilə gəlmişdir. Digər bir rəvayətə görə, Xorasanın Xoy şəhərindən gəlmişdir. Bir iddiaya görə, Təkə bəyi Abdal Musanı odda yandırmaq istəyirmiş, lakin Abdal Musa alovun içinə atılanda alov sönmüşdür. İndiki dövrdə Türkiyədə, Antalya vilayətinin Almalı rayonunun Təkkə məhəlləsində Abdal Musa adına zaviyə var. Bu zaviyə bəktaşilərin mühüm mərkəzlərindən biri olmuşdur.
Abdal Qasım
Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı. Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır.
Boz Abdal
Boz Abdal — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Quqark rayonu) kənd adı Kəndin adı Boz Abdal dağının adından götürülmüşdür. 1878-ci ildə Boz Abdal kəndinin azərbaycanlılardan ibarət əhalisi kənddən qovulmuş və burada Türkiyədən gətirilən ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Bartsum adlandırılmışdır. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998. A. Ə. Bayramov. Qədim Oğuz ellərinin — Ababa, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Qayğusuz Abdal
Qaygusuz Abdal ( 1341- 1444) əsl adı Əlaəddin Qeybi olan Ələvi və Bəktaşi xalq ozanı. Babası Əlaəddin bin Yusif, atası isə Alaiyə bəyi Hüsaməddin Mahmud olduğu söylənilir. Bəktaşi böyüyü Abdal Musaya bağlanaraq təsəvvüf yoluna girdi. Misirə gedərək Bəktaşiliyi yaymaya çalışdı və orada vəfat etdi. Didaktik janrdakı əsərlərində açıq və aydın bir dil işlətdi. İncə və iynəli bir üslubu vardı. Ələvi və Bəktaşi şeir ənənələrini yaşatdı. Bəzi şeirlərində Yunus Əmrənin təsiri görünür. Divan Saray-name Minber-name Dil-güsa Gevher-name Budala-name Məsnəvi Muglata-name Əsrar-i Hurûf Vücûd-name' Prof. Dr.
Abdal Kissi
Abdal Kissi (20 yanvar 1960, Ucda) 1980-ci illərin əvvəllərində səkkiz görüş keçirmiş Mərakeş əsilli Belçikalı aktyor və keçmiş boksçudur. Kissi Mərakeşin Ucda şəhərində anadan olmuş və uşaqlıq illərindən Belçikanın Brüssel şəhərinə köçmüşdür. 1980-ci illərin əvvəllərində o, iki nokaut, bir heç-heçə, iki məğlubiyyət və beş qələbədən ibarət olan ümumilikdə səkkiz boks matçı keçirmişdir. Abdal Kissi əvvəlcə qardaşı Mişel Kissi sayəsində, daha sonra isə Jan-Klod Van Dammın bəzi filmlərində baş rollarda oynamışdır. 2006-cı ildə sağçı Mouvement Réformateur (MR) partiyasının namizədi kimi Belçikada keçirilmiş olan yerli seçkilərdə İxelles kommunasından namizəd olmuş, lakin 322 səs əldə edərək seçilməmişdir.
Qumral Abdal
Ərtoğrul Qazi və Osman Qazinin yoldaşlarından və Şeyx Ədəbalının mürüdlərindən biri olmuşdur. Təvarix-i Ali Osman (Aşıkpaşazade) əsərində əsl adının Durut və ya Turqut olduğu bildirilir. Bozüyükün mənəvi yaradıcılarından biridir.
Boz Abdal (dağ)
Boz Abdal — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ silsiləsinin adı. XIX əsrin ortalarında Tiflis quberniyasının Borçalı qəzasında da bir dağ Bezabdal adlanırdı. Yerli tələffüz forması Baz-Avdal. Azərbaycanda və Ermənistanda toponimlərdə boz sözü iki mənadadır. 1. Bir sıra coğrafi adlarda bu söz bozqır yer, torpağın süxuru boz rəngə çalan yer, bitkisiz (yaxud seyrək bitkili), çılpaq, meşəsiz, əkilməyən yer bildirir. 2. Qaya və dağ adlarında boz sözü Altay dillərindəki bayts, bayz, bays (Azərbaycan dilində baz) sıldırım qaya, dik qaya, ətəyində dar dərədə çay axan dağ sözününün təhrifidir. Lakin çox hallarda boz sözü danışıqda baz, bez, vaz formalarında tələffüz edildiyinə görə onun mənalarını müəyyən etmək olmur. Sıldırım qaya mənasında bu söz ilk dəfə Babəkin Bəzz qalasının (Cənubi Azərbaycanın Qaradağ mahalı) adından məlumdur.
Hacı Abdal (Təbriz)
Hacı Abdal (fars. حاج عبدال‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 754 nəfər yaşayır (201 ailə).
Pir Sultan Abdal
Pir Sultan Abdal (1480, Sivas – 1550, Sivas) — XVI əsrdə yaşamış xalq şairi, ozan. Pir Sultanın əsl adı Heydərdir. Sivasın Ulduz mahalının Çırçır nahiyəsindəki Banaz kəndində doğulmuşdur. Bektaşi ocağının Piri idi. İctimai və inanc üsyanının başçısı olmuşdur. Bu hadisə, Sultan Süleyman Qanuni (1520–1566) və Şah I Təhmasib (1524–1576) zamanında olmuşdur.
Qırx Abdal bulağı
Qırx Abdal piri — Xınalıqda ziyarətgah. Xınalıq ərazisinin demək olar ki, hər yerindən çaylar çağlayır, çeşmələr qaynayır. Onlar hər tərəfə həyat verir, gözəllik bəxş edir. Lakin şenliyin məskunlaşdığı sahədə istifadə üçün bulaq, çeşmə yoxdur. Ona görə də qızlar-gəlinlər çiyinlərində həmişə səhəng və kuzələrlə su gətirməli olmuşlar. Yaşayış yerindən xeyli aralı və dərənin dibindən axan Qudyalçaydan su gətirmək məcburiyyəti onları daim çətin vəziyyətdə qoyurmuş. Hava şəraitindən asılı olaraq adi ehtiyatsızlıq bədbəxtliklə nəticələnərmiş. Odur ki, Xınalığın su təchizatı təkcə can rahatlığı deyil, yaşayış deməkdi, həyat deməkdi. Buna görə də çox qədimlərdə obanın şimalında, Qızıl qaya dağının ürəyinin başında qaynayan bulaqların gözü açılmış, gur sel yaradılmışdır. Yaylaqlardan endirilən suyu gil borular vasitəsilə şenliyə çatdırmışlar.
Qırx Abdal piri

Abdal dağı
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Abdal dili
Abdal dili — oyunçu peşəsi sahibləri arasında, bir-birini başa düşmək, söhbəti başqalarından gizli saxlamaq üçün işlədilən şərti söz və ifadələrə verilən ümumi ad, Avropada geniş istifadə olunan "Ezop dili" anlayışının Azərbaycan folklorundakı qarşılığı. Bu danışıq tərzində məcazi məna, sətiraltı yük, fikrin eyhamlarla, işarələrlə bildirilməsi üstünlük təşkil edir. Abdal dili xalq arasında öz hazırcavablığı, tizfəhmliyi ilə tanınan baməzə və müdrik adamların — abdalların adı ilə bağlıdır. Belə xalq gülüşü qəhrəmanlarından biri olan Abdal Qasım haqqında el arasında çoxlu lətifələr mövcuddur. Xalq abdal dilini "qayışdili", "oyunçu ağzı", "qurd dili" kimi anlayışlarla da ifadə etmişdir. Abdal dilinin əsas tələbi yuxarında qeyd olunduğu kimi, sətiraltı məna ilə pərdəli danışmağı bacarmaqdır ki, burada da xüsusi nitq məharəti və ustalığı zəruridir. Əsasən Orta Asiya xalq musiqi sənətindən gələn bu özünəməxsus dildən Qarabağ, Gəncə, Gədəbəy və Tovuz aşıqları bəzi fikirləri öz aralarında bölüşmək üçün istifadə ediblər. Azərbaycan xalq sənətinin bu qolu indiyə qədər lazımi şəkildə öyrənilməmişdir. Elçin. Seçilmiş əsərləri.
Abdal tayfası
Abdal tayfası — qədim türk tayfalarından biri. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır. Abdal tayfasının başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə olması da məlum faktdır . Ağdam rayonunda yerləşən Abdal kəndi haqqında Azərbaycan toponimlərinin ensiklopedik lüğətində verilmiş məlumatda göstərilir ki, "Suriyalı tarixçi Zaxari Ritor (VI yüzil) Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını çəkir. Akad. V.V.Bartold abadel/abdal tayfasını hun tayfası sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə və Türkiyədə də abdal adlı tayfa qeydə alınıb. Mənbələrdə Heftal, Heptal, Eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik formalarıdır . Alban tarixçisi Movses Kalankatlı Albaniyada yaşayan abdal tayfasının adını çəkir.
Abdal yurdu
Orta çağda Qarabağda Abdal adlı üç yurd yerı vardı. Bunlardan biri Dizaq nahiyəsinda, indiki Cəbrayıl rayonunun Yuxarı Xələfli kəndinin yerində, ikincisi və üçüncüsü Vərəndə nahiyəsində yerləşirdi. İkinci Abdal yurdu hazırkı Ağdam rayonunun Abdal kəndidir. Ücüncü Abdal yurdu isə Günümüzdəki Füzuli rayonunda yerləşən Qacar kəndinin bir məhəlləsi idi. Maraqlıdır ki, Qacar elinin böyük qollarından biri Abdallı adlanırdı. Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür. Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır.
Abdal Məhmət türbəsi
Abdal Mehmet türbəsi — Abdal məscidinin qarşısında yerləşən türbə 1450-ci ildə Sultan II Murad tərəfindən Bursada tikdirilmişdir. Kvadrat planlı türbənin üstü səkkizbucaqlı bir halqaya oturan, kənardan güllə örtülü günbəz ilə örtülü olub türbəyə beşik tonozlu qapalı bir eyvandan girilir. Türbədə Abdal Mehmetə aid bir sanduqə yerləşir. Abdal Mehmet baş müridi Başçı İbrahim Əfəndi ilə yaxın dostluq etmiş, onun duası ilə zəngin olmuşdur. Zəngin olanda türbəsinin qarşısında Abdal Məscidini tikdirmişdir. Övliya Çələbi, Abdal Türbəsini yoldan keçənlərin dincəlib ibadət etdikləri gözəl bir bina kimi tərif edir.
Çıraq Abdal (Sayınqala)
Çıraq Abdal (fars. چراغ ابدال‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (8 ailə).
Abdal Mehmet türbəsi
Abdal Mehmet türbəsi — Abdal məscidinin qarşısında yerləşən türbə 1450-ci ildə Sultan II Murad tərəfindən Bursada tikdirilmişdir. Kvadrat planlı türbənin üstü səkkizbucaqlı bir halqaya oturan, kənardan güllə örtülü günbəz ilə örtülü olub türbəyə beşik tonozlu qapalı bir eyvandan girilir. Türbədə Abdal Mehmetə aid bir sanduqə yerləşir. Abdal Mehmet baş müridi Başçı İbrahim Əfəndi ilə yaxın dostluq etmiş, onun duası ilə zəngin olmuşdur. Zəngin olanda türbəsinin qarşısında Abdal Məscidini tikdirmişdir. Övliya Çələbi, Abdal Türbəsini yoldan keçənlərin dincəlib ibadət etdikləri gözəl bir bina kimi tərif edir.
Nurlan Abdalov
Nurlan Abdalov (azərb. Abdalov Nurlan Faiq oğlu;‎12 iyun 2000, Sumqayıt – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000 - ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirmişdir. 2018- ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2020 - ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuş, ailəsinə 2 dəfə təşəkkur məktubu göndərilmişdir. Müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılmış və 2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir. Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarında iştirak etmiş,2-ci Qarabağ müharibəsində mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020- ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə həlak olmuşdur. 5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Əhməd xan Abdali
Əhməd şah (Abdali) Dürrani (d. 1722, Multan, Pəncab - ö. 1773, Toba Məruf, Əfqanıstan) — Dürranilər sülaləsinin ilk şahı. Sadozay soyundan, Abdali elinin rəisi Məhəmmədzaman xanın oğludur. 1737-ci ildə dustaq edilərək İrana, Nadir şah Qırxlı-Avşarın yanına göndərildi. Qısa müddətdə şahın güvənini qazanaraq 1745-ci ildə Mazandaran valisi oldu. 1747-ci ildə Əhməd şah, Avşar hökmdarı Nadir şahın öldürülməsindən sonra soydaşlarından, (Puştunlardan) təşkil olunan yerli güclərə dayanaraq Əfqanıstana yürüdü. Qəndəhara gedərək Hacı Camal liderliyindəki Barakzayi, Şah Vəli xan liderliyindəki Bamizayi və Cahan xan liderliyindəki Popalzayi kimi bütün Puştun qəbilələrini toplayaraq, Loya Cirgə olaraq bilinən Böyük Məclisi təşkil etdi və Əfqanıstan şahı seçildi. Ayrıca Dürr-i Dürran (İnciler İncisi) unvanını aldı. Kabil və dolaylarını ele keçirdikdən sonra 1747-1769-cu illər arasında Hindistana doqquz səfər etdi.
Əlimərdan bəy Abdallı-Qacar
Əlimərdan bəy Abdallı-Qacar — Qarabağ bəylərindən Qızılbaş ordusunda yüzbaşı. Əlimərdan bəy Vərəndə nahiyəsinin Qacar obasında anadan olub. Mədrəsə təhsili almışdı. Yüzbaşı kimi Qızılbaş ordusunda xidmət etmişdi. Ordudan tərxis olduqdan sonra doğma kəndlərinə qayıtmış, şahın ona tiyul kimi verdiyi mülkləri idarə etmişdi. Qarabağın nüfuzlu bəylərindən idi. 1650-ci ildə II Şah Abbas Səfəvi onun şahidliyi əsasında Məlik Şahnəzəri Vərəndə nahiyəsinə məlik təyin etmişdi. Əlimərdan bəyin Əliabbas bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi.
Əynular (Abdallar)
Əynular və yaxud Abdallar — Uyğurların subetnik qruplarından biri. Çinin Sincan bölgəsində yaşayan türk xalqları. Tyanşanın cənub yamacları, Sincan-Uyğur Muxtar Rayonunun Xotan, Lop, Qarakaş, Yarkənd, Yenihisar, Yenişar mahallarında məskunlaşıblar. Onlar əynu dilində danışırlar və əsasən ələviliyə sadiqdirlər. Təxminən 30.000-50.000 əynu olduğu təxmin edilir. Təkləməkan səhrasının ətrafı onların daha sıx məskunlaşma yeridir. Çinlilər onları əynu, uyğurlar isə abdal adlandırır. Əynuların əcdadlarının İrandan və ya daha çox qərb bölgələrindən gəldiyi ehtimal olunur. Digər bir fərziyəyə xalqın və danışdıqları əynu dilinin yaranması farsca lüğəti İran dillərinin bir vaxtlar bölgənin əsas ticarət dilləri olmasının və ya fars tacirlərinin yerli qadınlarla evlənməsinin nəticəsidir. Uyğurlar onlara qaraçılar deyirlər.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Avdal
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. Avdal (Tovuz) — Tovuz rayonunda kənd.
ABDA
ABDA — İkinci dünya müharibəsinin gedişində Cənub-Şərqi Asiyada əməliyyatların razılaşdırılması üçün 15 yanvar 1942-ci ildə yaradılmış ABŞ, Britaniya, Hollandiya və Avstraliya silahlı qüvvələrindən ibarət (ing. American-British-Dutch-Australian (ABDA) adlarının baş hərflərindən götürülmüşdür) müttəfiqlər qoşunlarının komandanlığı. ABDA müttəfiq komandanlığı həm dənizdə, həm də quruda hərbi əməliyyatlara rəhbərlik etməli idi. Ali baş komandan vəzifəsinə Britaniya generalı Arçibald Ueyvell, ABDA-nin hərbi donanmasının komandanı vəzifəsinə Amerika admiralı Tomas Xart təyin olunmuşlar. Quru qoşunlarına Hollandiya general leytenantı Xeyn ter Porten, aviasiyaya Britaniyanın aviasiya marşalı Riçard Pirs başçılıq edirdilər. Komandanlıq Niderland Ost-Hindinin paytaxtı Bataviyada yerləşirdi. ABDA komandanlığı 21 fevral 1942-ci yapon qoşunları tərəfindən Yava adasının işğalı üçün təhlükə yaranması ilə əlaqədar ləğv olunmuşdur. General Ueyvell Hindistanda və Birmada yerləşən Britaniya qoşunlarının komandanı təyin edilmişdir. Морисон С. Э. Американский ВМФ во Второй мировой войне: Восходящее солнце над Тихим океаном, декабрь 1941 — апрель 1942. — М.: ACT; СПб.: Terra Fantastica, 2002.