Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda gülçülük
Azərbaycanda gülçülük — Azərbaycan Respublikasında kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri. == Tarixi == Sovet dövründə – XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdır. Sovet İttifaqı dağılanda sonra gülçülük təsərrüfatları da geriləməyə başladı. Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox azdır. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir; amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir. Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir: maliyyə çatışmazlığı; bu sahəni bilən kadrların azlığı; maarifçiliyin aşağı olması; satış bazarlarına daxil olmağın çətinliyi.
Üçölçülü fəza
Üçölçülü fəza — yaşadığımız maddi dünyanın həndəsi modeli. Bu fəza ona görə üçölçülü adlanır ki, üç həmcins dəyişəndən (hündürlük, en və uzunluq) ibarətdir, yəni üçölçülü fəza üç tək ortoqonal vektorla təsvir edilir. İnsanın üçölçülü fəzanı təsəvvür etməsi, hələ körpəlik dövründən inkişaf edir və insan hərəkətlərinin koordinasiyası ilə sıx bağlıdır. Analitik həndəsədə üçölçülü fəzanın hər nöqtəsi üç istiqamətlə koordinatlarla təsvir olunur. Koordinat sistemi koordinat başlanğıcında kəsişən üç qarşılıqlı perpendikulyar koordinat oxu vasitəsilə qurulur.
Üçölçülü qrafika
Üçölçülü qrafika (ing. 3D (3 Dimensions) — "3 ölçü") Graphics, təsvirin üç ölçüsü) — metodlar yığımı və alətlər həcminə görə obyektlərin təsviri üçün nəzərdə tutulmuş kompüter qrafikasının bir bölməsi. Kompüterdə həcm və perspektivə malik videogörüntülərin qurulmasının metod və instrumental vasitələri. Üçölçülü qrafikanın vektor qrafikası (VECTOR GRAPHICS) ilə bir çox oxşar cəhətləri var. Burada da istər üçölçülü səhnənin bütün elementlərini, istərsə də hər bir obyekti ayrı-ayrılıqda dəyişmək olar. Üçölçülü qrafikadan interyer dizaynında, memarlıq obyektlərinin, reklamların, öyrədici kompüter proqramlarının, kompüter oyunlarının, videoçarxların, maşınqayırmada detalların və məmulatların əyani təsvirinin hazırlanmasında və başqa sahələrdə istifadə olunur. Üçölçülü kompüter qrafikasının yaradılması prosesini üç əsas mərhələyə ayırmaq olar: 3D modelləşdirmə (3D MODELING) adlandırılan birinci mərhələdə obyektin modeli – forması yaradılır; tərtibat və animasiya (LAYOUT AND ANIMATION) adlandırılan ikinci mərhələdə obyektlərin hərəkəti və bir-birinə nəzərən yerləşməsi təsvir olunur; və nəhayət, renderinq (RENDERING) adlandırılan üçüncü mərhələdə obyektin yekun obrazı yaradılır.Üçölçülü qrafika, ixtisaslaşmış proqramların köməyi ilə səthdəki obyektin üçölçülü modelinin həndəsi proyeksiyasını qurmağa imkan verir. Bu üsulla, qurulan modelin predmetləri mümkün qədər aydın, başadüşülən olur. 3D modelləşdirmə — obyektin üçölçülü modelinin yaradılması prosesidir. == Tətbiqi == Üçölçülü qrafika daha çox ekran səthində nümayiş etdirilməklə, elm, sənaye, tibb, arxeologiya, arxitektura, müasir vizullaşdırma sistemləri və bir çox sahələrdə istifadə olunur.
Üçölçülü çapetmə
Üçölçülü çapetmə prinsipcə sinterləmə ilə oxşar olan bu üsul başqa birləşdirmə metodu ilə işləyir və fiziki əsasına görə adi çapetməyə (plotter üsulu) bənzədiyindən üçölçülü çapetmə - 3D Printing adlanır. İlkin material kimi burada qranulatlardan və tozlardan istifadə edilir. İşçi zonaya qat şəklində çəkilmiş toz, xüsusi birləşdirici komponentin püskürdülməsi ilə bir-birinə yapışdırılır. Bu işləmə prinsipi demək olar ki, birləşdirilən materialın xassələrindın asılı olmadığından material seçimini asanlaşdırır. == İşləmə prinsipi == 3D Printing qurğusu işçi zonada yerləşən iki çəndən, işçi kameradan və bunların üzərində düzxəttli hərəkət edən çapetmə mexanizimindən (plotterdən) ibarətdir. Bu çənlər proses zamanı işçi zonaya toz verilməsinə, kamera isə əsasən prosesin aparılması, yəni hissənin qurulmasına xidmət edir. Hər bir çən hərəkətsiz divarlardan və Z istiqamətində hərəkətli lövhədən (dibdən) ibarətdir. Toz çənlərinin dibi hər bir yeni qat çəkilməzdən əvvəl yuxarıya hərəkət etdirilərək lazımi miqdarda toz qarışığını işçi zonaya çıxarır. Sonra bu kütlə xüsusi diyircəyin vasitəsilə işçi platformanın üzərinə bərabər yayılır. İşçi kamera isə əksinə olaraq hər addımdan sonra aşağıya doğru hərəkət etdirilir.
Üçölçülü kompüter qrafikaları
Üçölçülü qrafika (ing. 3D (3 Dimensions) — "3 ölçü") Graphics, təsvirin üç ölçüsü) — metodlar yığımı və alətlər həcminə görə obyektlərin təsviri üçün nəzərdə tutulmuş kompüter qrafikasının bir bölməsi. Kompüterdə həcm və perspektivə malik videogörüntülərin qurulmasının metod və instrumental vasitələri. Üçölçülü qrafikanın vektor qrafikası (VECTOR GRAPHICS) ilə bir çox oxşar cəhətləri var. Burada da istər üçölçülü səhnənin bütün elementlərini, istərsə də hər bir obyekti ayrı-ayrılıqda dəyişmək olar. Üçölçülü qrafikadan interyer dizaynında, memarlıq obyektlərinin, reklamların, öyrədici kompüter proqramlarının, kompüter oyunlarının, videoçarxların, maşınqayırmada detalların və məmulatların əyani təsvirinin hazırlanmasında və başqa sahələrdə istifadə olunur. Üçölçülü kompüter qrafikasının yaradılması prosesini üç əsas mərhələyə ayırmaq olar: 3D modelləşdirmə (3D MODELING) adlandırılan birinci mərhələdə obyektin modeli – forması yaradılır; tərtibat və animasiya (LAYOUT AND ANIMATION) adlandırılan ikinci mərhələdə obyektlərin hərəkəti və bir-birinə nəzərən yerləşməsi təsvir olunur; və nəhayət, renderinq (RENDERING) adlandırılan üçüncü mərhələdə obyektin yekun obrazı yaradılır.Üçölçülü qrafika, ixtisaslaşmış proqramların köməyi ilə səthdəki obyektin üçölçülü modelinin həndəsi proyeksiyasını qurmağa imkan verir. Bu üsulla, qurulan modelin predmetləri mümkün qədər aydın, başadüşülən olur. 3D modelləşdirmə — obyektin üçölçülü modelinin yaradılması prosesidir. == Tətbiqi == Üçölçülü qrafika daha çox ekran səthində nümayiş etdirilməklə, elm, sənaye, tibb, arxeologiya, arxitektura, müasir vizullaşdırma sistemləri və bir çox sahələrdə istifadə olunur.
Solçuluq
Solçuluq — mövcud olan sosial iyerarxiyanı (təbəqələşməni) məhv etmək istəyən və zənginliyin bərabər bölgüsünü dəstəkləyən siyasi mövqe. Solçuluq termini ilk dəfə olaraq Fransız inqilabı sonrasında yaradılan məclisdəki yerləşmə uyğunluqundan ilham alınaraq yaranmışdır. Zimbabve, Kuba və ya Şimali Koreya kimi ölkələrdəki sol,kommunizm və ya sosializmin fərqli növləriylə uyğunlaşdırıla bilər; bunlar Stalinizm, Maoizm və Afrika sosiyalizmini öz içində yerləşdirə bilər. Fransa, Hindistan və ya Braziliya kimi ölkələrdə sol, demokratik sosiyalist və ya sosial demokrat siyasətləri üçün mübarizə aparırlar. Müasir sosial demokratiya həm sosiyalist həm də kapitalist proqramlara sahibdir və vətəndaşların maddi rifahını müdafiə edir. Sosial demokratlar kapitalizmdə gördüyü əskikləri silmək və ya onları yaxşılaşdıracaq proqramların yaradılmasını, sağlam kapitalizm sisteminin yaradılmasını istəyir. == Tarixi == Sağ və sol adlı siyasi anlayışlar Fransız İnqilabı (1789-1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır.
Yolçuluq
Yolçuluq və ya dilənmək — bir şey üçün ciddi və ya təvazökarlıqla müraciət. Küçə dilənçiləri, nəqliyyat marşrutları, şəhər parkları və məşğul bazarlar kimi ictimai yerlərdə tapıla bilər. Puldan başqa, onlar ərzaq, içki, siqaret və ya digər kiçik əşyalar da istəyə bilər. İnternet dilənçiliyi internetdən başqalarına pul vermək üçün yaranan müasir təcrübədir. İnternet dilənçiliyi adətən dilənçi ilə tanış olan insanlara yönəldilir, ancaq kənar adamlara da yönələ bilər.
Cocculus finlaysonianus
Hamar stefaniya (lat. Stephania glabra) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ikievli tropik lian olub, uzunluğu 5-8 m-ə bərabərdir. Kök sistemi demək olar ki, dairəvi, aşağı hissəsi isə saçaqlıdır. Bir bitkinin çəkisi 20 kq-a bərabərdir. Gövdəsi çılpaq, dairəvi, dırmaşan, vegetativ inkişaf dövründə əsası oduncaqlı olur. Qafqazda yayılan növün uzunluğu 6-9m-ə qədər olub, qışda quruyur. Yarpaqları iri, növbəli, itiuclu, bütövkənarlı, hamar, uzunluğu 15-20 sm, saplaqları ilə birlikdə 40 sm-ə qədər olur. Çiçəkləri yaşıl-sarı, başcıqla birlikdə toplanan, çətir çiçək qrupuna aiddir. Erkək çiçək qrupları 6 sərbəst kasayarpağından və 3 tərsyumurtavari yumşaq ləçəkdən, dişi çiçəkləri 3 kasayarpağından və 3 ləçəkdən ibarətdir.
Cocculus roxburghianus

İfrat solçuluq
İfrat solçuluq (Radikal sol ya da ingilis dilindəki adı ilə far-left) — kommunist və sosialist siyasi partiyaların solunda yerləşən və parlament demokratiyasını rədd edən bütün inqilabçı hərəkatlar. Bunlar köklü struktur islahatların tərəfdarıdırlar. İctimai azadlıqlara görə sosializm; İstehsal və dəyişdirmə vasitələrinin kollektivləşməsinin tərəfdarı olan marksist-leninist-maoist kommunizm, ifrat solçuluğa bir nümunədir. Ümumiyyətlə Parlament sistemini rədd edir və birbaşa fəaliyyəti müdafiə edirlər. Bununla belə, Karl Marks kommunist sisteminə keçidin yalnız proletar inqilabı ilə mümkün olacağını, sonrakı dövrlərdə istehsal vasitələrinə və kütləvi informasiya vasitələrinə dövlət sahibliyi ilə bir egalitar (bərabərlik) cəmiyyətin qurulacağını və dövlətin bir müddət sonra yox olacağını bildirirdi. Digər tərəfdən, anarxistlər dövlətin ən qısa müddətdə məhv edilməsinin və insanların öz həmrəylik sistemlərində yaşamasının tərəfdarıdırlar. İfrat sol qanad siyasətində din və milliyyət arxa plandadır. Hər cür millətçiliyi rədd edir. Çünki bütün insanların bir dam altında həmrəylik içində yaşadığını müdafiə edir. Tam egalitardır.