Üçölçülü kompüter qrafikaları
Üçölçülü qrafika (ing. 3D (3 Dimensions) — "3 ölçü") Graphics, təsvirin üç ölçüsü) — metodlar yığımı və alətlər həcminə görə obyektlərin təsviri üçün nəzərdə tutulmuş kompüter qrafikasının bir bölməsi. Kompüterdə həcm və perspektivə malik videogörüntülərin qurulmasının metod və instrumental vasitələri. Üçölçülü qrafikanın vektor qrafikası (VECTOR GRAPHICS) ilə bir çox oxşar cəhətləri var. Burada da istər üçölçülü səhnənin bütün elementlərini, istərsə də hər bir obyekti ayrı-ayrılıqda dəyişmək olar. Üçölçülü qrafikadan interyer dizaynında, memarlıq obyektlərinin, reklamların, öyrədici kompüter proqramlarının, kompüter oyunlarının, videoçarxların, maşınqayırmada detalların və məmulatların əyani təsvirinin hazırlanmasında və başqa sahələrdə istifadə olunur.
Üçölçülü kompüter qrafikasının yaradılması prosesini üç əsas mərhələyə ayırmaq olar:
3D modelləşdirmə (3D MODELING) adlandırılan birinci mərhələdə obyektin modeli – forması yaradılır;
tərtibat və animasiya (LAYOUT AND ANIMATION) adlandırılan ikinci mərhələdə obyektlərin hərəkəti və bir-birinə nəzərən yerləşməsi təsvir olunur;
və nəhayət, renderinq (RENDERING) adlandırılan üçüncü mərhələdə obyektin yekun obrazı yaradılır.
Üçölçülü qrafika, ixtisaslaşmış proqramların köməyi ilə səthdəki obyektin üçölçülü modelinin həndəsi proyeksiyasını qurmağa imkan verir.
Bu üsulla, qurulan modelin predmetləri mümkün qədər aydın, başadüşülən olur.
3D modelləşdirmə — obyektin üçölçülü modelinin yaradılması prosesidir.