Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korbelen
Korbelen (fr. Corbelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Bovuazen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38043. Kommunanın 1999-cu il üçün əhalisi 2079 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Çemberlen
Çemberlen — soyad. Bu soyadı olan tanınmışlarCozef Çemberlen — Böyük Britaniya dövlət xadimi. Nevill Çemberlen — 1937—1940-cı illərdə Böyük Britaniyanın 60-cı baş naziri. Ouen Çemberlen — Ostin Çemberlen — Böyük Britaniya dövlət xadimi.
Qobelen
Qobelen (fr. gobelin), və ya şpalera — əllə toxunan dekorativ təsviri sənətin bir növü, konkret süjetli bir tərəfli xalça. Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir.Qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen sənəti dünyada geniş yayılmış, Azərbaycanda isə qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Dünyada məşhur olan bu sənət XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilmiş və tədricən bir çox Şərq ölkələrinə yayılmışdır. Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi lazımlı məişət əşyası olmaqla yanaşı, kübarlığın rəmzi olaraq varlı insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edən sənət nümunəsi olmuşdur.
Cozef Çemberlen
Cozef Çemberlen (ing. Jozef Chamberlain; 8 iyul 1836[…], London – 2 iyul 1914[…], London) — Böyük Britaniya dövlət xadimi, fabrikant, Ostin və Nevill Çemberlenin atası. == Fəaliyyəti == Siyasi fəaliyyətinin ilk dövründə Liberallar partiyasının radikal cinahına mənsub olmuşdur. 1873 — 1876-cı illərdə Birminhem meri olmuş, 1876-cı ildə parlament deputatı seçilmişdir. 1880 — 1885-ci illərdə Vilyam Qladston hökumətinə daxil olmuşdur. İrlandiyaya muxtariyyət verilməsinə etiraz əlaməti olaraq Çemberlen və onun tərəfdarları Liberallar partiyasından çıxaraq mühafizəkarlara qoşulmuşdular. 1895 — 1903-cü illərdə müstəmləkələr naziri, ingilis-bur müharibəsi (1899 — 1902) dövründə Böyük Britaniyanın müstəmləkə ekspansiyasının əsas ilhamçısı və təşkilatçısı olmuşdur. 1906-cı ildə xəstəliyi ilə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdır.
Nevill Çemberlen
Artur Nevill Çemberlen (ing. Arthur Neville Chamberlain; 18 mart 1869[…], Birminhem, Vorvikşir qraflığı – 9 noyabr 1940[…], Ridinq) — ingilis dövlət xadimi, Mühafizəkarlar Partiyası lideri, 1937 — 1940-ci illərdə Böyük Britaniyanın 60-cı baş naziri. == Həyat və fəaliyyəti == Artur Nevill Çemberlen 18 mart 1869-cu ildə Birminhemdə anadan olmuşdur. 1918-ci ildən parlament deputatı, 1930 — 1931-ci illərdə Mühafizəkarlar partiyasının sədri, 1937 — 1940-cı illərdə isə Böyük Britaniyanın baş naziri olmuşdur. Faşist təcavüzünü SSRİ-yə qarşı yönəltmək məqsədilə Çemberlen hökuməti Hitler Almaniyasına bir sıra güzəştlərə getmiş, Moskva danışıqlarına (1939) rəğmən Almaniya ilə gizli sövdələşməyə cəhd göstərmişdir. Lakin Çemberlen hökumətinin bu siyasəti boşa çıxdıqdan sonra Böyük Britaniya əlverişsiz bir şəraitdə İkinci dünya müharibəsinə qoşulmuşdu. 1940-cı il, mayın 10-da istefa verməyə məcbur olmuş və elə həmin ilin noyabrın 9-da vəfat etmişdir. == Ədəbiyyat == Aster, Sidney. Guilty Man: the Case of Neville Chamberlain // Finney, Patrick (redaktor). The Origins of the Second World War.
Ostin Çemberlen
Ostin Çemberlen (ing. Joseph Austen Chamberlain; 16 oktyabr 1863[…], Birminhem, Vorvikşir qraflığı – 16 mart 1937, London) — Böyük Britaniya dövlət xadimi. == Haqqında == Mühafizəkar C. Çemberlenin oğlu. 1892-ci ildən parlament üzvü idi. 1924–29-cu illərdə xarici işlər naziri olmuşdur. Böyük Britaniyanın Avropada rəhbər mövqe tutmasına səy göstərmiş, SSRİ və Fransaya qarşı mübarizə məqsədilə Almaniyanın yenidən militaristləşdirilməsinə tərəfdar çıxmışdır. Çemberlen SSRİ ilə diplomatik əlaqələri kəsməyin (1927, may) və ona qarşı yeni hərbi müdaxilə cəhdlərinin təşəbbüsçülərindən biri olmuşdur. Ömrünün son illərində Almaniyanın təcavüzkarlıq niyyətlərinin təhlükəli olduğunu göstərmişdir.
Ouen Çemberlen
Ouen Çemberlen (ing. Owen Chamberlain; 10 iyul 1920[…], San-Fransisko, Kaliforniya – 28 fevral 2006[…], Berkli, Kaliforniya) – subatomik antizərrəcik olan antiprotonu kəşf etdiyinə görə 1959-cu ildə Fizika üzrə Nobel mükafatını Emilio Gino Segre ilə bölüşmüş amerikalı fizik. == Həyatı == Kaliforniyanın San-Fransisko şəhərində anadan olan Çemberlen, 1937-ci ildə Filadelfiyadaki "Germantown" Dostlar Məktəbini bitirdi. Dartmut Kollecində və Berkli Kaliforniya Universitetində fizika təhsili aldı. İkinci Dünya Müharibəsinin başlanmasına qədər məktəbdə qaldı və 1942-ci ildə həm Berklidə, həm də Los Alamos, Nyu-Meksikoda Segre ilə birlikdə çalışdığı Manhetten layihəsinə qatıldı. 1943-cü ildə Betris Babet Kapper ilə evləndi1946-cı ildə müharibədən sonra Çemberlen fizik Enriko Ferminin rəhbərliyi altında Çikaqo Universitetində doktorantura işinə davam etdi. 1949-cu ildə Çikaqo Universitetindən Ph. D elmi dərəcəsini qazandı. 1948-ci ildə eksperimental işini başa vuran Çemberlen, fakültənin üzvü olaraq Berkliyə qayıtdı. Orada, Segre və digər fiziklər proton-proton səpələnməsini araşdırdılar.
Aleks Oksleyd-Çemberlen
Aleks Oksleyd-Çemberlen (15 avqust 1993, Portsmut, Hempşir qraflığı[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.