Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tikinti
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. == Sektorlar == Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Ərinti
Ərinti ya Xəlitə - Ərintilərin alınması əridilmiş metalların bir-birində həll olması prosesinə əsaslanır. Əridilmiş metallarda həm də bəzi qeyri-metallar həll ola bilər. Məsələn, əridilmiş dəmirdə karbon və silisium həll olur. Soyudulduqda asan əriyən, odadavamlı, turşuyadavamlı və i.a. lazımi xasssələrə malik olan ərintilər alınır. Ərintilər tərkibinə və quruluşuna görə fərqləndirilir. Ərintilər soyudulduqda eyni cinsli kristallar əmələ gəlir. Onların kristal qəfəslərinin düyünlərində müxtəlif metalların atomları yerləşir. Bu halda bərk məhlullar alınır. Ərinmiş kütlə soyudulduqda ayrı-ayrı metalların kiçik kristalları ayrılır.
Armatur (tikinti)
Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir. Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir. == Təsnifatı == Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə. === Təyinatına görə === Təyinatına görə armaturları bölürlər: işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir, konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür), yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar), lövbər === Konstruksiyasına görə === Armaturlar konstruksiyasına görə bölünürlər: eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir. uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır. === Tətbiq sahəsinə görə === Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar: əyiləbilən armaturlar, sərt armaturlar.Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr. == Armaturun betonla birləşməsi == Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir: Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr. Beton bərkidikdə armaturu öz daxilində sıxaraq sürtünmə qüvvəsi yaradır.
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Yaşıl tikinti
Yaşıl tikinti (həmçinin, Ekoloji tikinti, Ekotikinti, Ekodevelopment) — binaların tikilməsi və istismarının ətraf mühitə minimal təsir göstərən növüdür. Məqsədi binanın mövcud olduğu müddət boyunca enerji və maddi ehtiyatlardan istifadənin azaldılmasıdır. Bura binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir.Yaşıl tikintinin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir.Yaşıl tikinti texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Buna aşağıdakılar sayəsində nail olmaq mümkün olur: enerji, su və digər resurslardan daha səmərəli istifadə etmək; insanların sağlamlığına və işçilərin effektivliyinin artırılmasına diqqət yetirmək; tullantıları və ətraf mühitə digər təsirləri azaltmaq.Bənzər yanaşmaya malik olan, lakin daha kiçik miqyaslı təbii tikinti təbii və yerli materiallardan istifadəni nəzərdə tutur.
Çəbinli (Marağa)
Çəbinli (fars. چبينلو‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (50 ailə).
Qanunsuz tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. == Ekoloji risklər == Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. == Aşkarlama == İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Tikinti amnistiyası
Tikinti amnistiyası, həmçinin yenidənqurma sülhü və yenidənqurma barışığı (türk. imar barışı) — nominal olaraq qeyri-qanuni hesab edilən tikililəri qeydiyyata almaq və leqallaşdırmaq üçün hər hansı bir Türkiyə qanunu. Amnistiya gecəqondular kimi heç bir planlaşdırma icazəsi olmayan binalara, yanğın və zəlzələ təhlükəsizliyi qaydaları da daxil olmaqla rəsmi tikinti qaydalarına məhəl qoymayan tikililərə (geriyə) verilir. Bu amnistiyalar ümumiyyətlə hakimiyyət orqanları tərəfindən qısamüddətli iqtisadi və siyasi mənfəət üçün verilir. Amnistiya qanunları siyasətçilər tərəfindən səs toplamaq üçün populist bir üsul kimi təsvir edilmişdir, çünki onların vaxtı əsasən Türkiyədə son bir neçə onillikdə baş tutan müxtəlif seçkilərlə üst-üstə düşür. == Tarixi == İlk rəsmi rayonlaşdırma amnistiya planı 1984-cü ildə parlament tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, hökumətin oxşar siyasətləri keçmişdə 1940-cı illərin sonlarına qədər həyata keçirdiyi bildirilmişdir. 1948-ci ildən bəri ümumilikdə 19 rayonlaşdırma amnistiyası olmuşdur.Türkiyədə sonuncu tikinti amnistiyası 2018-ci il Türkiyə prezident seçkilərindən beş həftə əvvəl, 2018-ci ilin may ayında hökumət tərəfindən qəbul edilmiş və qaydalara uyğun tikilməyən 3 milyondan çox binaya yaşayış icazəsi verilmişdir. 2018-ci il amnistiyası ilə 2022-ci ilə qədər 7 milyondan çox bina icazə almışdır ki, onlardan 5,8 milyonu yaşayış binalarıdır. == Tənqidi == Tikinti amnistiyaları tətbiq olunduqdan sonra o, Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqı kimi bir çox təşkilat tərəfindən tənqid olunmuşdur.
Su çəkici
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. == Hidravlik zərbənin hesablanması == Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.
Tuğba Əkinçi
Tuğba Əkinçi — milliyyətcə azərbaycanlı olan Türkiyə kino aktrisası və müğənisi . . == Həyatı == Tuğba Əkinçi 1976-cı ildə Qarsın azəri əsilli ailəsində dünyaya göz açıb.
Çəçini (Təbriz)
Çəçini — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsində, Səriskənd qəsəbəsindən 9 km cənubdadır.
Əkinçi (Kürdəmir)
Əkinçi — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 mart 1998-ci il tarixli, 455-IQ saylı Qərarı ilə Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati-ərazi vahidi tərkibindəki Əkinçi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Əkinçi (dəqiqləşdirmə)
Əkinçi Əkinçi (qəzet) Əkinçi (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda qəsəbə. 13 mart 1998-ci ildə ləğv olunmuşdur.
Əkinçi (partiya)
Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. == Yaranması == Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. == Fəalları == Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. == Fəaliyyəti == Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi.
Əkinçi (qəzet)
Əkinçi (az.-əbcəd اکینچی‎) — Azərbaycan dilində yayımlanan ilk milli qəzet. 1875-ci ildə başlayan nəşriyyatı 1877-ci ildə bitmişdir. İlk sayının buraxıldığı 22 iyul Azərbaycanda "Milli Mətbuat Günü" kimi qeyd olunur. Ayda iki dəfə 300–400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır. Qəzet vasitəsilə Həsən bəy Zərdabi Azərbaycan dilində ilk dəfə durğu işarələrindən istifadə edərək Azərbaycan dil islahatlarına töhfə vermişdir. == Haqqında == I əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi.
Əkinçi Partiyası
Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. == Yaranması == Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. == Fəalları == Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. == Fəaliyyəti == Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi.
Əkinçi qəzeti
Əkinçi (az.-əbcəd اکینچی‎) — Azərbaycan dilində yayımlanan ilk milli qəzet. 1875-ci ildə başlayan nəşriyyatı 1877-ci ildə bitmişdir. İlk sayının buraxıldığı 22 iyul Azərbaycanda "Milli Mətbuat Günü" kimi qeyd olunur. Ayda iki dəfə 300–400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır. Qəzet vasitəsilə Həsən bəy Zərdabi Azərbaycan dilində ilk dəfə durğu işarələrindən istifadə edərək Azərbaycan dil islahatlarına töhfə vermişdir. == Haqqında == I əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi.
Gəzinti (film, 2015)
Gəzinti (ing. The Walk) — rejissor Robert Zemekisin 2015-ci ildə çəkdiyi amerikan tarixi filmi. == Məzmunu == Bioqrafik janrda olan film Filipp Petinin həyatından bəhs edir. Filipp Peti 1974-cü ildə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində 400 metr hündürlükdə kəndir üzərində gəzmiş fransız kəndirbazıdır. Filmdə Filipp Petinin obrazını kinoaktyor Cozef Qordon-Levitt canlandırmışdır. == Film haqqında == Filmdə alman bəstəkarı Lüdviq van Bethovenin "Für Elisa" əsərindən istifadə olunmuşdur. Film tənqidçilərin yüksək rəyini alıb. Rotten Tomatoes saytında film 202 resenziya əsasında 86% reytinqə malikdir və orta balla 10 ballıq sistemdən 7,2 bala layiq görülüb. == Rollarda == Cozef Qordon-Levitt — Filipp Peti Şarlotta Lebon — Anni Eliks Ceyms Bec Deyl — Jan-Pyer Kleman Siboni — Jan-Lui Sezar Dombua — Jan-Fransua Ben Şvars — Albert Ben Kinqsli — papa Rudi Stiv Valentayn — Barri Qrinhaus == Xarici keçidlər == Gəzinti — Internet Movie Database saytında.
Qeyri-qanuni tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. == Ekoloji risklər == Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. == Aşkarlama == İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Tikinti Nazirliyi (Vyetnam)
Tikinti Nazirliyi (vyet. Bộ Xây dựng) — Vyetnamda tikinti, tikinti materialları, mənzil və inzibati binalar, memarlıq, şəhər və kənd sahəsində tikintinin planlaşdırılması, şəhər infrastrukturu, ictimai xidmətlər üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik. Bu, həmçinin, dövlət müəssisələrində dövlət kapitalının sahibini təmsil edir.
Maksimum uçuş çəkisi
Maksimum uçuş çəkisi və ya maksimum takeoff çəkisi (ing. Maximum Takeoff Weight) təyyarənin uçuş müddətində apara biləcəyi maksimum çəkini göstərir. Aviasiya sahəsinə qısaca MTOW olaraq bilinir. MTOW İngiliscə Maximum Takeoff Weight sözlərinin baş hərflərindən əmələ gəlmişdir. Müasir dövrdə MTOW çox vacib rəqəmdir. Yeni istehsal edilmiş təyyarələr sərnişin və yanacaq tutumunda uçuş həyata keçirə bilməzlər. Təyyarənin texniki məlumatlarının yenidən hesablanması lazımdır. Nümunə olaraq Airbus A330 sərnişin təyyarəsinin MTOW çəkisi 230 tondur. Təyyarə boş halda çəkisi 125 tondur. Təyyarənin yanacaq çənləri boş olarkən sərnişin və yük götürmə çəkisi 170 tondur.
Yeyinti
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tоnla ölçülür.
Çəkisiz/çəkili indekslər
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı
Bakıda tikinti (film, 1946)
Bakıda tikinti – rejissor Niyazi Bədəlov tərəfindən 1946-cı ildə çəkilmiş sənədli film. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Məzmun == Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Filmin üzərində işləyən == Rejissoru Niyazi Bədəlovdur.
Böyük gəzinti (film, 1966)
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.
Azərbaycanda yeyinti sənayesi
Azərbaycanda yeyinti sənayesi — yeyinti sənayesi Azərbaycanda sənaye sektorları arasında əsas yerlərdən birini tutur. İstehsal olunan məhsulların sayına və bu sektorda işləyən əhaliyə görə ölkədə birinci yerdədir. Azərbaycan məhsullarını həm qonşu ölkələr: Rusiya, İran, Türkiyə və Gürcüstan bazarlarına həm də dünya bazarlarına ixrac edilir. Yeyinti sənayesinin əsas məhsulları bunlardır: şərab, konservlər, tütün və mineral sular. == Konserv sahəsi == Meyvə və tərəvəzin emalı üçün ölkə daxili ehtiyaclarını ödəyir və istehsal olunan məhsulların bir hissəsi MDB ölkələrinə və Avropaya ixrac olunur. Konserv məhsulları istehsalında Kuba-Xaçmaz konserv kömbinatı, Quba, Qusar və Xudatdakı konserv zavoddları məşhurdur. Bu sahənin əsas istehsalçıları Xaçmaz, Lənkəran, Zaqatalada Azersun Holding, Qəbələdə Gilan Holdinq, Şəki-Zaqatala bölgəsi, Göyçay və digər bölgələrdəki bir sıra konserv istehsalı müəssisələri fəaliyyət göstərir. Bəzi müəssisələr (Azersun, Gilan Holdinq) zeytun emalı ilə məşğuldur. Azərbaycanın cənub bölgələrində tomat pastası istehsal edən, mürəbbə və meyvə konservləri halında emal edən fabriklər də vardır. == İçki bazarı == Azərbaycan özünün narı ilə məşhurdur.
Ekiti ştatı
Ekiti ştatı (ing. Ekiti State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı bu ərazidə yaşayan Ekiti tayfasından gəlir. Onların adı isə daha öncəki Okiti sözdən gəlib. Okiti sözü təpəli mənasını daşıyır. Bu tayfa yaşayış üçün istifadə etdiyi ərazilər təpələr və düzənliklərdən ibarətdir.