YEYİNTİ

is.
1. Yeməyə yarayan şeylər, yemək şeyləri, azuqə, yeyəcək şey.
[Molla Zaman:] Dur, arvad, gör bu corabları üçdörd manata sata bilərsənmi? Bir az yeyinti al, gətir. Ə.Haqverdiyev.

□ Yeyinti məhsulları – yemək üçün hasil edilən məhsullar, yeyəcək şeyləri.
Yeyinti sənayesi – yeyinti məhsulları, yemək şeyləri istehsal edən sənaye.
2. Mal-qara yeminə yarayan ot, küləş və s.
3. məc. Dövlət, yaxud xalq malını, pulunu mənimsəmə, oğurlama, israf etmə; israf.
Yeyinti demək azdır, talan var, lap belə yekə talan! – deyə Salman ağızdolusu səsini ucaldaraq söyləndi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEYİNTİ 1. YEYİNTİ, İSRAF 2. yeyinti bax azuqə
  • YEYİNTİ azuqə
  • YEYİNTİ israf
YEYİNLİK
YEYİTMƏ
OBASTAN VİKİ
Yeyinti
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tоnla ölçülür.
Azərbaycanda yeyinti sənayesi
Azərbaycanda yeyinti sənayesi — yeyinti sənayesi Azərbaycanda sənaye sektorları arasında əsas yerlərdən birini tutur. İstehsal olunan məhsulların sayına və bu sektorda işləyən əhaliyə görə ölkədə birinci yerdədir. Azərbaycan məhsullarını həm qonşu ölkələr: Rusiya, İran, Türkiyə və Gürcüstan bazarlarına həm də dünya bazarlarına ixrac edilir. Yeyinti sənayesinin əsas məhsulları bunlardır: şərab, konservlər, tütün və mineral sular. == Konserv sahəsi == Meyvə və tərəvəzin emalı üçün ölkə daxili ehtiyaclarını ödəyir və istehsal olunan məhsulların bir hissəsi MDB ölkələrinə və Avropaya ixrac olunur. Konserv məhsulları istehsalında Kuba-Xaçmaz konserv kömbinatı, Quba, Qusar və Xudatdakı konserv zavoddları məşhurdur. Bu sahənin əsas istehsalçıları Xaçmaz, Lənkəran, Zaqatalada Azersun Holding, Qəbələdə Gilan Holdinq, Şəki-Zaqatala bölgəsi, Göyçay və digər bölgələrdəki bir sıra konserv istehsalı müəssisələri fəaliyyət göstərir. Bəzi müəssisələr (Azersun, Gilan Holdinq) zeytun emalı ilə məşğuldur. Azərbaycanın cənub bölgələrində tomat pastası istehsal edən, mürəbbə və meyvə konservləri halında emal edən fabriklər də vardır. == İçki bazarı == Azərbaycan özünün narı ilə məşhurdur.
Bakı Yeyinti Sənaye Texnikumu
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci (əvvəlki adı: Bakı Qida Sənayesi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Bakı Yeyinti Sənaye Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Qida Sənayesi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Peşə təlimi; Marketinq; Əmtəəşünaslıq və istehlak mallarının ekspertiziyası; Ət və süd məhsullarının texnologiyası; Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası; Konservləşdirmə və qida konsentratları texnologiyasl; İaşə məhsullarının texnologiyası; Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası; Qida sanayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi; Dizayn.

Digər lüğətlərdə

беспризо́рница напускно́й патрилока́льность просторе́чный пры́скаться сквози́ть струбци́нка стыка́ть энергобала́нс атропи́н боля́щая ома́чиваться осади́ть противога́зный реф A-ship admonition hatchet-faced joannes larviform pyrotechnic Trinidad ватин резко уклон