Əkinçi (partiya)

Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası.[1]

Əkinçi Partiyası
Sədri Mir Həsən bəy Vəzirov, Ruhulla Axundov
Quruluş tarixi 1917
Dağılma tarixi 11 fevral 1920
Birləşən Ədalət Partiyası
Hümmət Partiyası
Sələfi İttifaq Partiyası
Baş qərargah
İdeologiya kommunizm

Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi.

Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi.

Xalq Cümhuriyyətində

[redaktə | mənbəni redaktə et]

1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi. Bu partiya sağ eserlərdən (Xalqçı Partiyası) fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti mövqeyində dururdu. Onlar rus sol eserlərindən fərqli olaraq, milli məsələdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tam tanınması tərəfdarı idilər. Bu partiya bir çox cəhətdən Ukrayna sol eserlərinə bənzəyirdi.

Partiya 11 fevral 1920-ci ildə kommunistlərlə birləşərək Azərbaycan Kommunist Partiyasının təməlini qoysa da, bu, sol eserləri repressiyalardan xilas etmədi. Aprel işğalından sonra onların bir hissəsi güllələndi, digər qismi isə mühacirətə getməyə məcbur oldu.

Maddi-texniki bazası

[redaktə | mənbəni redaktə et]

Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu.

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 332