Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çəyirdəkli ardıc
Çəyirdəkli ardıc (lat. Juniperus drupacea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Əyirdək
Əyirdək — südlə yoğrulub kərə yağında qızardılmış qoğal. Əyirdək adətən bayram mərasimlərində, səfərə çıxacaq adam üçün və s. hallarda hazırlanır. Un südlə yoğrulub xəmir hazırlanır, südə şəkər (çox hallarda bal) qatılaraq yoğrulur. Xəmiri doğrayaraq 1,5-2 sm diametrində uzununa yumurulayır, 2,5-3 sm uzunluqda hərsinlə xırdaladıqdan sonra yun daraqda doğranmış xırda xəmirin hər iki üzünü uzunasına darağın dişləri üzərinə basaraq paralel xətli nişanlar vurub, qaynayan yağda yaxşı-yaxşı qızardırlar. Əyirdək bişdikdən sonra qazandan çıxardılır və sərilərək soyudulur. Əyirdək uzun müddət qalır, öz keyfiyyətini saxlayır və xarab olmur. çox dadlı olduğundan onu yeməkdən heç kəs etiraz etmir.
Çəyirtkə
Çəyirtkə — Düzqanadlılar (Orthoptera) dəstəsindən bir böcək növü. Quruluşuna görə baş, döş və qarıncıqdan ibarətdir. İkicinslidir, dişisi və erkəyi bir-birindən fərqlənir. Dişilərdə yumurtaqoyan adlı orqan var. İnkişafı natamam çevrilmə ilə gedir.Tənəffüs sistemi traxeyalardan ibarət olub, ətraf mühitlə nəfəsgah vasitəsilə əlaqələnir.
Köçəri çəyirtkə
Köçəri çəyirtkə (lat. Locusta migratoria) və ya Asiya çəyirtkəsi — əsl çəyirtkələr (Acrididae) fəsiləsindən düzqanadlılar növləri. == Polifaq == Tarla, bağ, bağ, meşə, tərəvəz, bostan, giləmeyvə və müxtəlif texniki bitkilərə zərər verir. Qarışıq forma 300 kilometrə qədər miqrasiya edir. Aralıq Avropa, Asiya, Afrikanın geniş ərazilərini əhatə edir. Bu sahədə növ 7 alt növ təşkil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бей-Биенко, Григорий Яковлевич. Руководство по учету саранчовых. Л.: Упр. Службы учета Гос.
Azərbaycanda Çəyirtkə ilə Mübarizə (1923)
Azərbaycanda çəyirtkə ilə mübarizə qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmi yeni kimyəvi dərmanlarla ziyanvericilərə qarşı mübarizə üsullarından bəhs edir. == Məzmun == Elmi-kütləvi təbliğat filmi yeni kimyəvi dərmanlarla ziyanvericilərə qarşı mübarizə üsullarından bəhs edir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Azərbaycanda çəyirtkə ilə mübarizə (film, 1923)
Azərbaycanda çəyirtkə ilə mübarizə qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmi yeni kimyəvi dərmanlarla ziyanvericilərə qarşı mübarizə üsullarından bəhs edir. == Məzmun == Elmi-kütləvi təbliğat filmi yeni kimyəvi dərmanlarla ziyanvericilərə qarşı mübarizə üsullarından bəhs edir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Cirdək
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.