Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yapıncı
Yapıncı — maldar əhali və çobanlar arasında geniş şəkildə istifadə olunan və keçədən hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim növü. Yapıncı peşə səciyyəli geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş yayılmışdır. Yapıncı təpmə (basma) üsulu ilə «həllac» (qədimdə kəpənəkçi adlanıb) adlanan peşəkar sənətkarlar tərəfindən hazırlanır. Yapıncının saçaqlı və saçaqsız olmaqla, iki tipoloji növü var. Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən həllaclara düzəltdirilərmiş. Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsızdan başqa, ağ və qara rəngli növləri var. Saçaqsız (saya) yapıncı daha qədim tarixə malik olub keçəsayağı basılıb hazırlanırdı. Lakin keçədən fərqli olaraq onun qəlibi nisbətən qısa, həm də trapez formasında basılırdı.Yapıncını çiyinə almaq üçün onun kənar qanadlarını bir qarış ölçüdə öz üzərinə qatlayıb çiyin birləşmələrini bir-birinə tikirdilər.Saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü. Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı saya keçə istehsalında olduğu kimi davam etdirilirdi.
Yağıntı
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. == Yağış mövsümü == Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.
Dolu (yağıntı)
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.
Çapıqlı (Bicar)
Çapıqlı (fars. چپقلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (65 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çapıqlı (Qoşaçay)
Çapıqlı (fars. ‎‎جبک لو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (10 ailə).
Axıntı ayrılığı
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Ağ yapıncı (roman)
Ağ yapıncı — Mahmud İsmayılovun 1979-cu ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Ağ yapıncı romanı tarixi hadisələrə əsaslanır. Romanda XVIII əsrin 30-40-cı illərində Şəki əyalətində İran əsarətinə qarşı xalq-azadlıq hərəkatından bəhs edir. Əsərdə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsi, sadə adamlardan, o cümlədən dəmirçi oğlu Poladın sərkərdəlik istedadı, onun Münəvvərə məhəbbəti, dövrün tarixi hadisələri, xalqın məişəti və s. özünün bədii ifadəsini tapmışdır.
Baba xan Çapışlı
Baba xan Çapışlı, (ya:Çavuşlu/Çapışı) Nadir şah Əfşarın yoldaşı və sərkərdələrindən. == Həyatı == Baba xan Çapışlı, Çavuşlu oymağından idi ki, Şah Abbasın əmri ilə Özbəklərin basqınlarının qarşısını almaq üçünAzərbaycandan Xorasana köçürülmüşdürlər və Əbivərd və Kəlat məntəqələrində məskunlaşdırılmışdırlar.Babaxan, Mehmandust savaşında ki Nadir və Əfqanların qoşunları arasında baş verdi, özündən kifayət və cəsarət göstərdi və II Şah Təhmasib,Nadirin bir neçə sərkərdəsi ilə birlikdə onu təqdirləndirdi. Nadir şah Əfşarın Muğanda tacqoyma zamanı,Babaxan onun hakimiyyətə çatmasının tərəfdarı olmuşdur.Nadir şah hakimiyyətə yetişəndən sonra Luristan və Heratın bəylərbəyi olmuşdur.O, Buxarada Əbülfəzl xan Özbəkin qoşunun məğlub etdi, amma sonra Şəlavək(Şəlduk) qalasına baxarkən güllə ilə öldürüldü və Məşhəddə dəfn oldu. == Ailəsi == Baba xanın Behbud xan adlı oğlu vardı.
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı (土石流被災家屋保存公園, Dosekiryu Hisay Kaoku Hozen Koen) – Yaponiyanın Naqasaki prefekturasının Minamişimabara şəhərində yerləşən memorial park. 1991-ci ildə Unzen vulkanının püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1991-ci ilin iyununda Minamişimabara şəhərinin yaxınlığında yerləşən Unzen vulkanı püskürmüş və piroklastik axına səbəb olmuşdur. Nəticədə, 43 nəfər ölmüş və şəhərdəki bir çox tikili dağıntıların altında qalmışdır.Faciəni yad etmək üçün dağıntıların altında qalmış bəzi evlər qorunub saxlanmasına və memorial parkın yaradılmasına qərar verilmişdir. Parkın yaradılması barədə qərar 24 mart 1999-cu ildə verilmiş və park 1 aprel 1999-cu ildə yaradılmışdır. == Xüsusiyyətlər == Memorial park açılanda oraya 11 tikili daxil idi (3-ü çadır strukturunun içərisində, qalanları çöldə). Lakin həmin tikililərdən 2-si istismar müddətini keçib ziyarətçilər üçün potensial təhlükə yaratdığı üçün 2021-ci ilin dekabrında sökülmüşdür. Parkdakı evlərdən ancaq birinin yeri əvvəlki yerindən fərqlidir. Evlər orta hesabla yerin 2,7 metr dərinliyinə batmışdır. Parkın ümumi sahəsi 6187,44 m2, çadır strukturunun sahəsi isə 1207,27 m2 təşkil edir.
Çapati
Çapati- buğda unundan bişirilmiş lavaşdır. Hindistan, Nepal, Əfqanıstan və başqa Asiya ölkələrində məşhur çörəkdir. == Hazırlanması == Çapati isti tavada bişirilir sonra isə isti odda bişirilməyə davam edilir. İsti açıq odda küre şeklini alana kimi bişirilmeye davam olunur. Çapatini müxtelif yemeklerle yeyilir. Şimali Hindistanda çapati müxtəlif yəməklə yeyilməsi daha geniş yayılıb. Onlardan ən məşhuru kartof püresi ile qızardılmış soğandır. == Tarixi == Çapati sözünün mənası (Hind ve urdu dilinde चपत/چَپَت‎, çapati) şillə deməkdir. Ain İbn Əkbər ilk dəfə bu sözü 16-cı əsrdə istifadə etmişdir. Hal hazırda Orta Asiyada buğdadan hazırlanmış çörək növü kimi məşhurdur.
Frideş Karinti
Frideş Karinti (mac. Karinthy Frigyes; 25 iyun 1887[…], Budapeşt – 29 avqust 1938[…], Şiofok[d], Şomod) — Macar yazıçısı, dramaturq, şair, jurnalist və tərcüməçi. 1929-cu ildə yazdığı “Zəncirlər” hekayəsində Ayrılığın altı dərəcəsi konsepsiyasının ilk təşəbbüskarlarından idi. Karinti Macarıstanın ən məşhur yazıçılarından biridir. == Həyatı və fəaliyyəti == Karinti Budapeştdə burjua ailəsində anadan olmuşdur. Ailəsi əvvəllər yəhudi idi, lakin o, doğulandan qısa müddət sonra dinlərini dəyişdilər. Yazıçılıq fəaliyyətinə jurnalist kimi başlamışdı və ölümünə kimi qısa və yumoristik hekayələrin yazıçısı kimi tanınırdı. 1912-ci ildə “Bu da sizin yazı üslubunuz” (mac. Így írtok ti) adlı ədəbi parodiyalarının dərc olunması onun şöhrətini daha da artırdı. Burada o, dövrünün məşhur yazıçılarının yazı üslubunu parodiya etmişdir.
Rosa rapinii
Rapin itburnusu (lat. Rosa rapinii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == İranda, Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m, qövsvarı əyilmiş budaqlı koldur. Cavan budaqları tünd qırmızı qabıqlı örtülüdür. Yarpaqları 5-7 sm uzunluqdadır, 7-9 ədəd uzunsov-tərs yumurtavarı formada, üstdən çılpaq, altdan yapışıq tüklə örtülü, kənarı ikiqat dişli, qaidəsi pazvarı, 9-18 mm uzunluqda, 5-10 mm enində yarpaqcıqlardan ibarətdir. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir. Çiçək saplağı 3-3,5 sm uzunluqdadır. Ləçəkləri ağımtıl-sarı və ya parlaq sarı rəngdə, bir qədər oyuqlu, tərs yumurtavarıdır.
Camini Roy
Camini Roy (11 aprel 1887–24 aprel 1972) — Hindistan rəssamı. == Bioqrafiya == Orta gəlirli bir ailədən idi, atası dövlət xidmətində idi. O əvvəlcə evdə təhsil aldı. 1903-cü ildə Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil oldu. O, "Klassik çılpaq" və yağlı boya sənətinin akademik ənənəsinə çəkilməyi öyrəndi. Burada gənc adam portret sənətində əhəmiyyətli müvəffəqiyyətlərə imza atdı. Eyni zamanda o, çörək qazanmaq üçün reklam şəkillərini tərtib etmək, yüzlərlə ucuz gravür rəsmlərini çəkmək, toxuculuq üçün toxuma atelyesində və teatr kostyumu ilə məşğul olurdu. 1908-ci ildə gözəl sənət diplomunu aldı. Vaxt keçdikcə klassik ənənədən ayrıldı. 1921-ci ildən xalq sənətinə daha çox diqqət ayırmağa başladı.
Georgi Lapiti
Georgi Lapiti (yun. Γεώργιος Λαπίθες) — orta əsr Kipr yunan yazıçısı, alimi və mülkədarı. Alimlər Lapiti adının Lapitos şəhərindən götürüldüyünü güman edir. O, mülkədar olduğundan xeyli sərvətə sahib idi, bundan öz intellektual işlərində və xristian əsirlərinin Osmanlı qüvvələrinin əlindən azad edilməsində istifadə edirdi. Lapiti müxtəlif mənşəli ziyalıları öz "gözəl iqamətgahında" qonaq edib, onlarla ideyaları müzakirə edirdi. O, məhsuldar tərcüməçi olmuşdur, lakin onun əsərlərinin sadəcə bir neçəsi bu günə qədər gəlib çatmışdır. Devid Pinqri onu "Toledo cədvəlləri"nin latın dilindən yunan dilinə tərcüməçisi olduğunu bildirmişdir.
Luciobarbus capito
Zərdəpər (lat. Luciobarbus capito) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Qısa təsviri == İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı inkişaf etmişdir. Rostrumu uzunsovdur. Bel üzgəcində 4 şaxəsiz, 8 (nadir hallarda 7) şaxəli, anal üzgəcində 3 şaxəsiz, 5 (nadir hallarda 6) şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 56-68, yan xəttdən yuxarıda yerləşən pulcuqların sayı 8-12, aşağıda olan pulcuqların sayı isə 5-8 arasında dəyişir. == Arealı və sayı == Azərbaycan ərazisi daxilində Xəzərin orta və cənub hissəsində və ona tökülən çaylarda, o cümlədən Kür və Araz çaylarında və onların qollarında yayılmışdır. Samurla Xudat arasındakı çaylarda, Lənkəran zonası çaylarında, Mingəçevir və Varvara su anbarlarında təsadüf edilir.
Enrike Pinti
Enrike Pinti (isp. Enrique Pinti ; 7 oktyabr 1939 – 27 mart 2022, Buenos Ayres) — Argentina aktyoru və komediyaçı.