Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qapıcıq
Qapıcıq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ. Qapıcıq (dağ) — Ordubad rayonunda dağ. Qapıcıq (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.
Qızılı balıqcıq
Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü. Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər. == Artıma == Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər.
Qapıcıq (Qafan)
Qapıcıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayının sağ sahilində yerləşmişdir. Toponim türk dilində «dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi», «dağ yamacında dar dərə» mənasında işlənən qapı (kapu) sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılılması ilə düzəlib. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır.
Qapıcıq (dağ)
Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır (hünd. 3905,2 m). Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi. Nəsirvazçayın mənbə hissəsində, Nəsirvaz kəndindən 7 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Yamaclarında qədim buzlaq relyefi formaları (təknə, karr, moren), zirvəsində 3–4 m qalınlığında daimi qar örtüyü var. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-şərq kənarında, Mehri-Ordubad batolitinin ekzokontakt zolağında yerləşir.
Qapıcıq dağı
Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır (hünd. 3905,2 m). Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi. Nəsirvazçayın mənbə hissəsində, Nəsirvaz kəndindən 7 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Yamaclarında qədim buzlaq relyefi formaları (təknə, karr, moren), zirvəsində 3–4 m qalınlığında daimi qar örtüyü var. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-şərq kənarında, Mehri-Ordubad batolitinin ekzokontakt zolağında yerləşir.
Çapıqlı (Bicar)
Çapıqlı (fars. چپقلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (65 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çapıqlı (Qoşaçay)
Çapıqlı (fars. جبک لو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (10 ailə).
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.
Çarıqçı Bahadır
Çarıqçı Bahadır (təq. 1870, Şuşa – 1930, Şuşa, Dağlıq Qarabağ) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Çarıqçı Bahadır təqribən 1870-ci ildə Şuşa şəhərində yerləşən Saatlı məhəlləsində anadan olmuşdur. Kiçik yaşlarından çarıqçılıq sənətini öyrənən Bahadır Şuşa şəhərində kiçik dükan açmış, burada işləmişdir. Buna görə də o, "çarıqçı" ləqəbi ilə tanınmışdır. Gənc yaşlarından şəhərin qış klubuna və ya "Xandəmirovun teatrı"na gedərək buradakı musiqiçilərin çıxışlarını dinləyən Bahadır bir müddət sonra özünə qrammofon almış, vallardan bir sıra Azərbaycan muğam və təsniflərini öyrənərək ifa etmişdir. Çarıqçını səsini eşidən tarzən Balaca Qrikor onu Daşaltına toy məclisinə aparmış, bununla Bahadırın xanəndəlik fəaliyyəti başlanmışdır. Çarıqçı Bahadır 30 il xanəndə kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, Qarabağ kəndlərində ifa etmiş, tarzən Balaca Qrikor, Tatevos, Lazar Qabrielyan, kamançaçalan Mirzə və Makiç ilə uzun müddət əməkdaşlıq edərək Şuşa məclislərində çıxışlar etmişdir. Bahadır həyatının son illərində tarzən Abbasqulu ağa və qarmonçu Kərbəlayı Lətif ilə əməkdaşlıq etmişdir.
Cığcığ (Kəleybər)
Cığcığ (fars. جيغ جيغ‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (16 ailə).
Cıqcıq-i Vusta (Nir)
Cıqcıq-i Vusta (fars. جق جق وسطي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (7 ailə).
Cıqcıq-i Ülya (Nir)
Cıqcıq-i Ülya (fars. جق جق عليا‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (6 ailə).