ÇAPIQ

is.
1. Bədənin hər hansı bir yerində sağalmış zədə yeri, yara yeri, yarıq izi.
Əjdərin alnında kiçik bir çapıq qalmışdı. S.Rəhman.
Lətifin burnunun üstündəki çapıq olmasaydı, yəqin ki, hər şey çoxdan bəri yaddan çıxardı. H.Seyidbəyli.

2. Bir şeyin səthində uzunsov oyuq, cızıq. Stolun çapığı. Divarın çapığı.
// Sif. mənasında.
İri, çapıq bir daşı; Götürüb bu vaxt yerdən; Qəzəblə atdım suya. Z.Xəlil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇAPIQ kərtik — çərtik — yarıq — kəsik
ÇAPIB-TALAMAQ
ÇAPILMA
OBASTAN VİKİ
Çapıqlı (Bicar)
Çapıqlı (fars. چپقلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (65 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çapıqlı (Qoşaçay)
Çapıqlı (fars. جبک لو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (10 ailə).
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.

Digər lüğətlərdə