Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çadırlı
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. == Foto məlumatlar == Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Tədbirlər == Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. == Din == Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Çamırlı
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Çaxırlı
Çaxırlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Çaxırlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Çaxırlı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Çaxırlı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Çaxırlı (Göyçə) — Göyçə mahalı Basarkeçər rayonunda kənd.
Çayırlı
Çayırlı — Ərzincanın 9 ilçəsindən biri
Şatırlı
Şatırlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Şatırlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Hibrid çatıotu
== Təbii yayılması: == Vətəni Cənubi Amerikadır. == Botaniki təsviri: == Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir. == Ekologiyası: == Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir.
Çamırlı (Göyçə)
Çamırlı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Çamırlı Qızılvəng kəndinin yaxınlığında, Alagöl çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritesində qeyd edilmişdir. Kənddə 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 329 nəfər, 1897-ci ildə 374 nəfər, 1908-ci ildə 491 nəfər, 1914-cü ildə 632 nəfər, 1916-cı ildə 541 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin yazında kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 42 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1929-cu illərdə ləğv edilmişdir. Toponim təkə adlı türk tayfasının bir tirəsini təşkil edən çomur//çomrı etnonimi əsasında formalaşmışdır. -lı mənsubluq bildirən şəkilçidir.
Çamırlı (dəqiqləşdirmə)
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Çatırtau silsiləsi
Çatırdau (tatar. Шатёр-Гора) — yerli əhəmiyyətli dövlət yasaqlığı, Tatarıstanın ən hündür zirvələrinə sahib dağ silsiləsi. Ən hündür zirvəsi 321,7 metr təşkil edir və silsilənin ətəkləri Aznakaevo şəhəri yaxınlarında 7 km təşkil edir. Çatırtay coğrafi xəritələrdə dağ silsiləsi olaraq gösyərilir. Bu Tatarıstan ərazisində yeganə silsilədir. Ancaq əslində bu coğrafi obyekt tektonik fəaliyyət nəticəsində deyil eroziya fəaliyyəti nəticəsində formalaşmışdır == Fauna == Çatırtau ətəklərində Bozqır marmotu, həmcinin Ellobius talpinus, Allocricetulus eversmanni, Boz siçancıq və Lagurus lagurus yayılmışdır. Bu canlılarının bir çoxunun arealının şimal sərhədi buradan keçir. == Tarixi == XVIII əsrdə burada mis çıxarılırdı. Peter Simon Pallas 1772-ci ildə burada olmuşdur: «Çalpıdan 10 verst aralıda biz Suqoryat çayı və kəndinə çatdıq. Çayın kənarları qırmızı rəngdə idi.
Çaxırlı (Cəbrayıl)
Çaxırlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Çaxırlı oyk., sada. Cəbrayıl r-nunun Mehdili i.ə.v.-də kənd. Arazboyu düzənlikdədir; Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir; İmişli r-nunun Məzrəli i.ə.v.-də kənd. Mil düzündədir; Masallı r-nunun eyniadlı i.ə.v.-də kənd. Lənkəran ovalığındadır. Oykonim qədim bulqar tayfa birliyinə daxil olan çakarlçakır tayfasının adını daşıyır.
Çaxırlı (Göyçay)
Çaxırlı kəndi - Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Şilyan çayının sağ sahilində, rayonoun Ucarla həmsərhəd ərazisində, Şirvan düzündə yerləşən kənd. == Əhalisi == Əhalisinin sayı 3259 (2009) nəfərdir. == Məşğuliyyəti == Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, və bağçılıqla məşğul olur. == Toponomikası == A.Bakıxanovun qeyd etdiyinə görə, bu kəndin adı oğuz türklərindən olan çəkərli (çakar, çakır, caxır, çaxırlı) tayfasının adı ilə əlaqədardır. Çəkərlilər eramızın əvvəllərində Şimalı Qafqazda yaşamış türkdlli, türkmənşəli bulqarların çakar tayfasından təşəkkül tapmışlar. Çakar tayfasının müəyyən hissəsi erkən orta əsrlərdə Azərbaycana gələrək burada məskunlaşmışdır.Tapperin Şahsevənlər haqqında tarixi araşdırmaları göstərir ki, Çaxırlı kəndinin adı Çakurlu və ya Cagirlu adlı tayfadan gəlir. Bu müəllifin fikrincə onlar uzaq keçmişdə kürd əsilli olub türkləşmiş tayfadır, lakin bunun üçün ciddi bir tarixi fakt ortaya qoymur. Şahsevən tayfalarından fərqli olaraq Cagirlu tayfası Muğan ərazisində ta 15-ci əsrdən yaşayıblar orada, Qızılağacda, Kür çayının Xəzərə tökülən hissəsində kiçik bir əmirlikləri olub. Məsələn, 1490-cı illərdə Ağqoyunlu Rüstəm Mirzənin müdafiəçilərindən biri olan Həsən bəy Çakurlu Ərdəbil və Muğanın hakimi olub.
Çaxırlı (Göyçə)
Çaxırlı — Göyçə mahalında kənd rayon mərkəzindən 3 km qərb tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən erməni kəndi Tüstülü kəndi ilə 30 m, cənub şərq tərəfdən Qırxbulaq kəndi ilə 1 km, cənub tərəfdən isə Subatan kəndi ilə 7 km həmsərhəddir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir. Kəndin ilk adı ərazidə suyun çox olmasına görə Qızılbulaq adlandırılmışdır. Qızılbulaq adı 1890-1895-ci illərə qədər olmuşdur. Kəndin ikinci adı Çaxırlı sözü Ağalıqlar tayfasından kənd ağası Böyükağanın adı ilə bağlıdır. O, Sankt-Peterbuq şəhərinə Çar II Nikolayın yanına gedərək kəndin adının Çaxırlıya dəyişdirilməsini xaiş etmişdir. Çaxırlı adı 1969-cu ilə qədər olmuşdur. Kəndin üçüncü adı erməni dilində Sovetkəndi mənasını bildirən Sovetakerd 1988-ci ilin dekabrına qədər olmuşdur. Kənddə ağalıq və kəndxudalıq rejimləri olmuşdur.
Çaxırlı (Masallı)
Çaxırlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2014 nəfərdir. == Toponimiyası == Çaxırlı rayonun ərazisində yerləşən türk mənşəli toponimlərdəndir. Çaxırlı adının çaxırla heç bir əlaqəsi yoxdur. Masallıdan başqa respublikamızın İmişli, Göyçay, Cəbrayıl rayonlarında, Qərbi Azərbaycanda (indiki Ermənistan)Çaxırlı yaylası, Çaxırlı ovalığı və Çaxırlı kəndi (Göyçə gölünün ətrafında) vardır. İran islam respublikasının bizimlə sərhədə yaxın yerində Çaxırlı kəndi, Türkiyə respublikasının Svas vilayətində Çakırlı köyü vardır. Çaxırlı toponiminin mənşəyi və yaranması haqqında alim Nadir Məmmədov yazır: “Çaxırlı adı “Çakirli tayfa adının təhrifidir. Çakirli tayfa adına ilk dəfə orta əsir mənbələrində, həmçinin XVIII-XIX əsir mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Bu yaşayış məntəqəsinin rus dilli xəritələrdə səhv olaraq Çakirlu, Çaxırlı, və sair şəkildə yazılmış və həmin səhv azərbaycanlılar tərəfindən ahəng qanununa tabe edilərək Çaxırlı şəklinə düşmüşdür.
Çaxırlı (İmişli)
Çaxırlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Mil düzündədir.
Çaxırlı bələdiyyəsi
Çaxırlı bələdiyyəsi (Göyçay) — Göyçay rayonunda bələdiyyə. Çaxırlı bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Çayırlı (Zəncan)
Çayırlı (fars. چايرلو‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 742 nəfər yaşayır (152 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının İcərud kəndistanında, Zəncan şəhərindən 50 km cənub-qərbdədir.
Şatırlı (Bərdə)
Şatırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Şatırlı (Cəlilabad)
Şatırlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Şatırlı oyk, sadə. Bərdə r-nunun eyniadlı i.ə.v.-də kənd, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə el arasında Şatır ləqəbi ilə tanınan şəxs və onun övladları salmışlar. Şatır sözü “çörəkbişirən, çörəkçi” kimi izah edilir. Rəvayətə görə isə, həmin şəxsin dizinin kündəsi (oynaq sümüyü) olmadığından ona bu ləqəb verilmişdir. Şatı- rın qəbri hazırda Şatır ocağı adı ilə tanınır və yerli dindar müsəlman əhalisinin sitayiş yerlərindəndir; Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi qədim dövrlərdə salınmışdır.
Şatırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çaxırlı bələdiyyəsi (Göyçay)
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təzəkənd-i Qatırçı (Urmiya)
Təzəkənd-i Qatırçı (fars. ‎‎تازه كندقاطرچي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (78 ailə).
Çətirli dəlikçiçək
Çətirli dəlikçiçək (lat. Androsace umbellata) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Çətirli suoxu
Çətirli suoxu (lat. Butomus umbellatus) — baqəvərçiçəklilər sırasının suoxukimilər fəsiləsinin suoxu cinsinə aid bitki növü. == Sinonim == Butomus caesalpini Neck. Butomus floridus Gaertn. Butomus scutariensis Rohlena [Invalid] Butomus umbellatus f. albiflorus F.Fromm Butomus umbellatus var. minor Ledeb. Butomus umbellatus f. natans V.V.Petrovsky Butomus umbellatus var. parviflorus Buchenau Butomus umbellatus var.
Məcnun Leylinin çadırı qarşısında
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Alp satiri
Amasiya satiri
Amasiya satiri — Kəpənək növlərindən biridir, marigold ailəsinə aiddir. == Latın adı etimologiyası == Amasinus (toponimik) — Amasya — Türkiyədə yerləşib. == Alan == Bu sahə Kiçik Asiyadan Orta Şərqə, Qafqaz, Dağıstan, Azərbaycan və Türkiyə daxil olmaqla Transkafkasiyaya qədər uzanır.Şərqi Avropaada bu dağətəyi və dağlıq Dağıstanda yerləşir: Sarykum barxanı, Talqa dərəsi, Chonkatau sırtı, s. Kaka-Şura, qonşuluq kəndləri Ahty. Kəpənəklər dəniz səviyyəsindən 200–2000 m yüksəkliklərdə yüksəkliklərdə və daşqın ağacları ilə yaxşı istılanilen dağlıq çöllərdə yaşayır. == Biologiya == Bir il ərzində bir nəsil inkişaf edir. Uçuş vaxtı iyun ayının əvvəlindən Avqustun birinci gününə qədər davam edir. Eyni zamanda, kəpənəklər geniş yayılmış qanadları ilə titrəyirlər ki, bu da onların çox yavaş-yavaş uçmasına imkan verir. Kəpənəklər sığınacaqdakı müxtəlif çiçəklərin nektarı ilə bəslənirlər.
Çətiri qırğıotu
Çətiri qırğıotu (lat. Hieracium umbellatum) — qırğıotu cinsinə aid bitki növü.