Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çiçəklənən Ermənistan
Çiçəklənən Ermənistan və ya Dirçələn Ermənistan (erm. Բարգավաճ Հայաստան կուսակցություն, translit. Barqavatç Hayastan kusaktsutyun; abr. ԲՀԿ BHK) — Ermənistanda mühafizəkar siyasi partiya. 30 aprel 2004-cü ildə biznesmen Qagik Tsarukyan tərəfindən təsis edilmişdir. Həmin tarixdə partiyanın təsis qurultayı keçirilmişdir. Partiya ideoloji olaraq siyasi spektrdə sağ mərkəz mövqe tutur. "Çiçəklənən Ermənistan" iqtisadi liberalizmi, Rusiya ilə daha sıx əlaqələri müdafiə edir. Partiya Avropa İttifaqı mövzusunda avroskeptik, sosial mövzularda isə tradisionalistdir. Partiyanın yaradılmasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rolu olmuşdur (bəziləri Köçəryanın özünün təsisçi olduğunu iddia edir).
Çiçəklənən naz
Çiçəklənən naz (lat. Genista florida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Piriney yarımadasında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan, çubuqvari gövdəli, yarpağını tökən, bəzən yerə sərilmiş kolcuq, yarımkol və ya koldur. Zoğları şırımlı və tüklü, qabığının rəngi yaşıldır. Yarpaq düzülüşü növbəli, bəzi hallarda qarşılıqlı və qönçəvaridir. Yarpaqları sadə, kənarı tam, bəzən üçbölümlü olub, uzunluğu 20 mm-dir. Möhkəm kök sisteminə malikdir. Çiçək tumurcuqları yarpaqların qoltuğunda örtülmüş, görünəndir. Qızılı rəngli çiçəkləri sadə salxımlarda toplanır.
Qışlaq çiçəklənən şternbergiya
Çiçəklənən Abşeron (1967)
Çiçəklənən Abşeron (film, 1967)
Çiçəklər
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Plastik çirklənmə
Plastik çirklənmə — vəhşi təbiətə, vəhşi heyvanların və insanların yaşayış mühitinə mənfi təsir göstərən plastik məmulatların ətraf mühitdə toplanması prosesi. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur; məsələn tədqiqatlar göstərir ki, dəniz quşlarının 90%-nin bədənlərində plastik var. Plastik çirklənmənin bir çox növləri və formaları var. Plastik çirklənmə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Müxtəlif bölgələrdə plastik çirklənməni azaltmaq üçün səylər edilir. Birdəfəlik plastiklərin istehlakını azaltmaq, onların təkrar emalını təşviq etmək cəhdləri vardır. Plastik çirklənmənin yayılması plastiklərin aşağı qiyməti və davamlılığı, eləcə də bu materialın hazırda bəzi ərazilərdə əvəzolunmazlığı ilə əlaqələndirilir ki, bu da insanlar tərəfindən istifadənin yüksək səviyyəsini müəyyənləşdirir. 2018-ci ildə dünyada hər il təxminən 380 milyon ton plastik istehsal olunmuşdur. Ümumilikdə 1950-ci ildən 2018-ci ilə qədər təxminən 6,3 milyard ton plastik istehsal edilmişdir ki, bunun da təxminən 9%-i təkrar emal edilmiş, 12%-i isə yandırılmışdır. Planetin plastik çirklənməsi üzrə dünya liderləri Coca-Cola, PepsiCo və Nestledir.
Radioaktiv çirklənmə
Radioaktiv çirklənmə nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddət öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsusiyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur. İstismar olunan uran filizi yataqları, atom sənayesinin tullantıları, nüvə partlayışları, Atom Elektrik Stansiyalarında (AES) qəzalar və s. atmosferə süni radioaktiv maddələrin düşməsi mənbəyidir. Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir. Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi elementin 200 izotopunu özündə birləşdirir. Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji təşkil edir. Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə çökərək ərazinin zəhərlənməsinə səbəb olur.
Çində çirklənmə
Çində çirklənmə müzakirə olunan ətraf mühit məsələlərinin daha geniş bir tərəfidir. Çinin sənayeləşməsi ilə müxtəlif çirklənmə formaları artdığına görə geniş ətraf mühit probleminə səbəb oldu ki bu da sağlamlığa ziyan vuran amil sayılır.2013-cü ildə təmiz hava siyasəti həyata keçirildiyi üçün Çin daxilində çirklənmə durmadan azaldı və Çin şəhərləri artıq ən çirklənmiş şəhərlər siyahısında birinci yeri tutmur. == Torpaq çirklənməsi == Çin Xalq Respublikasında əhalinin 1980-ci illərdən bəri artması torpaq çirklənməsi ilə nəticələndi. Dövlət Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun ətraf mühit, qida təhlükəsizliyi və davamlı kənd təsərrüfatı üçün bir təhlükə olduğunu düşünür. Çinin əkinçilik əraziləri 38.610 kvadrat mil (100.000 km2) və 31.5 milyon mil (21.670 km2.) su ehtiyyatları çirklənməyə məruz qaldı. Təsirə məruz qalan ərazi Çinin əkin sahələrinin onda birini təşkil edir. Təxminən 6 milyon ton taxıl hər il ağır metallarla çirklənir və bu da 29 milyard yuan (2,57 milyard ABŞ dolları) birbaşa itkiyə səbəb olur. Ağır metallara (civə, qurğuşun, kadmiyum, mis, nikel, xrom) və çirklənmiş torpaqda olan maddələr sağlamlığa mənfi təsir göstərir. Udulma, dəri ilə təmas, torpaq qida zənciri ilə pəhriz, tənəffüs qəbulu və ağızdan qəbul edilməsi zəhərli maddələrin insan orqanizminə daxil olmasına səbəb olur. == Tullantılar == Çinin tullantı istehsalı artdıqca və təkrar istehsal sahəsi zəif olduğundan ətraf mühit bu tullantılarla çirkləndirilir.
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
"Pavlovniya çiçəkləri" ordeni
"Pavlovniya çiçəkləri" ordeni (桐花章, Tōka shō) — xüsusən də ictimai və siyasi həyatda uzun illər ərzində görkəmli nailiyyətlər əldə etmiş şəxslərə verilən Yapon ordenidir. Orden 1888-ci ildə Yaponiya hökumətinin fərmanı ilə verilməyə başlanmış və "Doğan günəş" ordeninin ən yüksək ordeni olaraq təqdim olunmuşdursa da, 2003-cü ildən müstəqil bir orden olaraq təqdim edilməyə başlanmışdır. Orden ənənəvi olaraq görkəmli dövlət xadimlərinə, keçmiş baş nazirlərə və yüksək vəzifəli nazirlərə, diplomatlara və hakimlərə verilir. Bu orden, şəxsin ölümündən sonra da verilə bilər və Yaponiyanın mükafat sistemində müntəzəm olaraq verilən ən yüksək mükafatdır. Bu mükafatlar hər il verilmir və 2003-cü ildən bu yana cəmi 24 nəfər şəxs bu ordeni almaq şərəfinə nail olmuşdur.
Solğun çiçəklər (opera)
Solğun çiçəklər — Süleyman Ələsgərovun ikinci operasıdır. Əsər görkəmli dramaturq C.Cabbarlının eyni adlı dramı əsasındadır. Bu operettanın librettosunu və şerlərini H.Ziya yazmış, rejissoru tanınmış aktyor, Azərbaycanın xalq artisti Y.Nuri, rəssamı isə əməkdar incəsənətə xadimi Ə.Fətəliyevdir. "Solğun çiçəklər" operası 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera və balet teatrınlda tamaşaya qoyulmuşdur. Bu səhnə əsərində bəstəkar öz yaradıcılığına sadiq qalaraq operadakı xor və vokal ansambllarını, ariya və ariozaları, orkestr nömrələrini xalq musiqisi və muğam intonasiyalarına əsaslanıb yazmışdır.
Çiçəklər körpüsü (hadisə)
Çiçəklər körpüsü (rum. Podul de Flori) — Moldova SSR ilə Rumıniya sərhədində Prut çayının sahilində baş vermiş iki hadisənin adı. Bu hadisələr zamanı Böyük Vətən müharibəsindən sonra ilk dəfə olaraq şəxsiyyəti təsdiq edən sənədləri təqdim etmədən Moldova SSR-Rumıniya sərhədindən keçid həyata keçirilib. Aksiyalar zamanı bu hadisələrə ad verən Prut çayının hər iki sahilində suyun üzərinə güllər düzülmüşdü. == 6 may 1990 == İlk nümayiş 6 may 1990-cı ildə yerli vaxtla saat 13:00-dan 19:00 aralığında baş verib. Birinci "Çiçəklər Körpüsü" zamanı Rumıniya sakinlərinə heç bir sənəd təqdim etmədən Prut çayından Moldova SSR-ə keçməyə icazə verildi. Prut çayı boyunca uzunluğu 700 km olan sərhəddə 8 sərhəd keçid məntəqəsi: Moykani-Pererita, Stınka-Kosteşti, Yassı-Unqen, Unqen körpüsü, Albitsa-Leuseni, Felçiu-Gipsi, Oança-Kaqul, Qalats — Djurtjuleşti təchiz edilmişdir. Nümayişdə 1,2 milyona yaxın insan iştirak edib. Şahidlər bu hadisəni bir çox ailələrin yenidən birləşməsinə imkan verən Berlin divarının yıxılması ilə müqayisə edirdilər — Prut çayı "Su Berlin Divarı" adlanırdı.. Unqen bölgəsindən 250 minə yaxın insan sərhədi keçir.
Qırılan çiçəklər (film,1919)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Qırılan çiçəklər (film, 1936)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Xəzər dənizinin əsas çirklənmə mənbələri