Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çilədağı
Çilədağı (lat. Eremostachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Eremostachys acaulis Beck ex Rech.f. Eremostachys affinis Schrenk Eremostachys ammophila Rech.f. Eremostachys anisochila Pazij & Vved. Eremostachys aralensis Bunge Eremostachys badakshanica Hedge Eremostachys calophyta Hedge Eremostachys codonocalyx Pazij & Vved. Eremostachys desertorum Regel Eremostachys dzhambulensis Knorring Eremostachys edelbergii Rech.f. Eremostachys eriolarynx Pazij & Vved. Eremostachys ghorana Rech.f. Eremostachys glanduligera Popov Eremostachys isochila Pazij & Vved.
Cırımlı çilədağı
Phlomoides laciniata (lat. Phlomoides laciniata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü.
Gürcü çilədağı
Phlomoides laciniata (lat. Phlomoides laciniata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü.
İriyarpaq çilədağı
Eremostachys molucelloides (lat. Eremostachys molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin çilədağı cinsinə aid bitki növü. == Sinonimləri == Eremostachys macrophylla Montbret & Aucher ex Benth. Eremostachys molucelloides var. intermedia Regel Eremostachys molucelloides var. macrophylla (Montbret & Aucher ex Benth.) Regel Eremostachys molucelloides subsp. macrophylla (Montbret & Aucher ex Benth.) Takht. Eremostachys pyramidalis Jaub.
Çildağ
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.
Ağasəlim Çildağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Ağasəlim Çıldağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Gilətağ
Böyük Gilətağ
Çilənab
Çilənab (Əhər)
Böyük Gilətağ
Böyük Gilətağ — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Oxcu çayının (Arazın qolu) sol sahilindən 10 km aralı Bərgüşad silsiləsinin ətəyindədir. Keçmış adı İydəli Gilətağ olmuşdur. Bəzən Böyük Gilyataq variantında da təsadüf edilir. XIX əsrə aid mənbələrdə isə Kirətağ variantında qeydə alınmışdır. Kəndin ərazisi keçmışdə Xocahan (Qubadlı rayonu) bəylərinə məxsus olmuşdur. Kirətağ kəndinin əkin sahəsi az olduğu üçün onun camaatı bu ərazini Xocahan bəylərindən almış və əkin yerinə çevirmişdır. XIX əsrin ortalarında Kirətağdan bəzi ailələr köçərək burada həmişəlik məskunlaşmışlar. Yeni yaşayış məntəqəsi də keçmiş kəndin adı ilə adlandırılmışdır.
Dilədar (Urmiya)
Dilədar (fars. ‎دلادر‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 561 nəfər yaşayır (91 ailə).
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Kilsədağ kilsəsi
Kilsədağ kilsəsi – Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban kilsəsinin qalıqlarıdır. Bəzi tədqiqatçıların fikrincə, kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir.Məbəd 1971 – ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilmişdir. Kilsədağ məbədi onu Qafqaz Albaniyasının və ümumilikdə Cənubi Qafqazın digər dairəvi məbədlərindən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Kilsənin əsas həcminə şimal-şərq və cənub-şərq tərəfdən iki dairəvi tikili birləşir. == Tarixi == Kilisədağda Mitra (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin tanrısı idi) məbədi, mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı.Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi.Şərq fasadı səmtində simmetrik surətdə yerləşmiş, plan baxımından dairəvi olan iki otaq – Mitra tanrısının göstərilmiş iki mənasını nəzərə çatdıran səcdəgahlar vardı. Məbəd antik memarlığın müəyyən təsiri altında inşa edilmişdi. Məbəd kilsəyə çevrildikdən sonra onun əsas memarlıq xüsusiyyətləri saxlanılmış, özündə bütpərəst dünya görüşünü əks etdirən divar naxışlarına toxunulmamış, yalnız məbədə xristian dini ehkamına uyğun olaraq apsis əlavə edilmişdir.
Kilsədağ məbədi
Kilsədağ kilsəsi – Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban kilsəsinin qalıqlarıdır. Bəzi tədqiqatçıların fikrincə, kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir.Məbəd 1971 – ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilmişdir. Kilsədağ məbədi onu Qafqaz Albaniyasının və ümumilikdə Cənubi Qafqazın digər dairəvi məbədlərindən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Kilsənin əsas həcminə şimal-şərq və cənub-şərq tərəfdən iki dairəvi tikili birləşir. == Tarixi == Kilisədağda Mitra (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin tanrısı idi) məbədi, mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı.Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi.Şərq fasadı səmtində simmetrik surətdə yerləşmiş, plan baxımından dairəvi olan iki otaq – Mitra tanrısının göstərilmiş iki mənasını nəzərə çatdıran səcdəgahlar vardı. Məbəd antik memarlığın müəyyən təsiri altında inşa edilmişdi. Məbəd kilsəyə çevrildikdən sonra onun əsas memarlıq xüsusiyyətləri saxlanılmış, özündə bütpərəst dünya görüşünü əks etdirən divar naxışlarına toxunulmamış, yalnız məbədə xristian dini ehkamına uyğun olaraq apsis əlavə edilmişdir.
Çeildağ əməliyyatı
Çeildağ əməliyyatı — 31 dekabr 1993-cü ildə, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı Ağcabədi rayonu istiqamətində başladılan hərbi hücum əməliyyatı. "Çeildağ" əməliyyatı dekabrın 30-dan 31-nə keçən gecə həyata keçirilməsi planlaşdırılırdı, lakin Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınmışdır. Nəticədə Ermənistan tərəfi əməliyyatın detalları haqqında ətraflı məlumat əldə etmiş, əməliyyat həyata keçiriləndə isə Azərbaycan hərbçilərini tələyə salmışdır. Baş tutan döyüşlər nəticəsində 82 nəfər hərbçi şəhid olmuş və ya itkin düşmüşdür. Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Aleksandr Vasyak və digərləri "Çeildağ" əməliyyatının uğursuzluğunda polkovnik-leytenant Talıb Məmmədovun məsuliyyət daşığını iddia etmişdir. Talıb Məmmədov ardınca həbs edilmiş, lakin Hərbi Prokurorluğun Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev bu iddiaların yanlış olduğunu ifşa etmiş və onun həbsdən azad edilməsinə nail olmuşdur. == Zəmin == SSRİ dövründə DQMV Azərbaycan SSR-nin tərkibindəki əsasən etnik ermənilərin yaşadığı muxtar bir vilayət idi. Sovet İttifaqı 1980-ci illərin sonlarında dağılmağa başladıqda vilayətin statusu məsələsi yenidən gündəmə gəlmiş və 20 fevral 1988-ci ildə DQMV parlamenti vilayətin Azərbaycan SSR-dən Ermənistan SSR-yə verilməsini tələb edən bir qərar qəbul etmişdir. Azərbaycan bu tələbi bir neçə dəfə rədd etmiş və qısa müddət sonra 1988-ci ildən 1990-cı ilə qədər etnik zorakılıq yaşanmış, Sumqayıt, Gəncə və Bakıda ermənilərə, Quqark və Xankəndində isə azərbaycanlılara qarşı bir sıra poqromlar törədilmişdir. Dağlıq Qarabağın statusu ləğv edildikdən sonra, 10 dekabr 1991-ci il tarixində keçmiş vilayət daxilində müstəqillik referendumu keçirilmişdir.
Çilənab (Vərziqan)
Çilənab (fars. چلناب‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 200 nəfər yaşayır (44 ailə).
Çilənab (Əhər)
Çilənab (fars. باشكند‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (26 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Üzümdil kəndistanında, Vərzəqan qəsəbəsindən 14 km şimal-şərqdədir.
Cökədağ
Cökədağ (tatar. Cükätaw / Җүкәтау, çuvaş Çük tu / Чӳк ту) — İdil bulqarların qədim qalası. == Etimologiya == Tatarca Cükätaw (indiki ədəbi dildə Yükätaw) sözü "Cükä" ("Cökə") və "Taw" ("Dağ") sözlərindən yaranıb, rusca tərcüməsi isə "Липовая Гора"-dır. Lakin Çuvaş dilindən tərcüməsi "Töhfə dağı"dır, Cökə sözü isə çuvaşca "Сoka"-dır (çăка). Ruslar şəhəri işğal edəndən sonra buranı Jukotin (rus. Жукотин) adlardındılar. Qərb qaynaqlarında Sacetim kimi tanınır. == Tarixi == X əsrdə xəzlik heyvandarlıq mərkəzi kimi yaranıb. Bəzi zamanlar Bulğar Əmirliyinin paytaxtı oldu. 1360, 1391, 1399, 1414 və 1431-ci illərdə rus tayfaları tərəfindən basqınlara uğraşdı.
Əvəz Mahmud Lələdağ
Əvəz Cəlal oğlu Mahmudov (29 oktyabr 1935, Ağdü, Qarakilsə rayonu) – Azərbaycanlı pedaqoq, şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, "Tərəqqi" medalı laureatı. == Həyatı və fəaliyyəti == Əvəz Mahmudov 1935-ci ildə Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. İbtidai təhsilini Ağdü kənd orta məktəbində almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsinə daxil olmuşdur. Ali məktəbdə təhsil aldığı müddətdə komsomol təşkilat katibi vəzifəsində çalışmışdır. Təhsilini başa vurduqdan sonra öz doğma kəndində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildən Sumqayıt şəhərində yaşayır. Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li,25- №-li məktəblərdə direktor vəzifəsində çalışmışdır. 1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi [1], AİB və Azərbaycan Aşıqlar birliyinin [2] üzvüdür. Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı olmuş, 1993-cü ildən YAP idarə heyətinin üzvüdür.
Cindağ
Cindağ (Ordubad) — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Cindağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ.
Cindağ (Ordubad)
Cindağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərbində yerləşir. Parağa kəndindən 3,5 km. cənub-şərqdə yerləşir. Konusvari formadadır. Sıldırım yamaclıdır (hünd. 1779,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir.
Cindağ (Şahbuz)
Cindağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ, Zəngəzur silsiləsinin qərb yamacında yerləşir. Gecəzur kəndindən 3.5 km cənub-şərqdədir (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun şimal yamacında zirvə. Ağbulaq kəndindən 4 km cənub-şərqdədir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurlarını yaran eyniyaşlı dolerit və andezit-dasit tərkibli və izometrik formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Şimal və cənub-qərb yamacları orta pleystosenin flüvioqlasial çöküntüləri ilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Konusvari formadadır, subvulkandır.
Uzanmış çılpaq
Uzanmış çılpaq (fr. Nu Couché) — italyan rəssamı Amadeo Modilyaninin 1917–1918-ci illərdə çəkdiyi rəsm əsəri. Dünyanın ən çox sərgilənən rəsm əsərlərindən biri sayılır. Bu rəsm əsəri hazırda dünyanın ən bahalı rəsm əsərlərinin siyahısında doqquzuncu yeri tutur. == Satılması == 9 noyabr 2015-ci ildə "Uzanmış çılpaq" əsəri Nyu-Yorkdakı "Kristis" hərracında 170,405,000 ABŞ dollarına satılıb. Rəsm əsərini çinli milyarder Liu Yiqian alıb.
Çılpaq Maxa
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir.Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır. Qoyyanın bu təsviri rəssamın xəyal dünyasında aşağı təbəqədən olan qadınlarla əlaqədar utancaq bir günah işləmə tabusu olması şəklində şərh olunur.
Çılpaq məmurlar
Çılpaq məmurlar (çin sadələşdirilmiş heroqliflərlə裸体官员, pinyin luŏtĭ guānyuán) — ailəsi ölkə hüdudlarından kənarda yaşayan, əmlakı da xaricdə yerləşən və ailə üzvlərinin adına qeydiyyata alınmış dövlət qulluqçularını bildirən Çin neologizmi. ÇXR İctimai Elmlər Akademiyasının qiymətləndirməsinə görə, çinli məmurların təxminən 40%-nin ailəsi və uşaqları Çinin qitədə olan ərazisindən kənarda yaşayır. Əmlakın xaricə köçürülməsi və ailənin də ölkə hüdudlarından kənarda yaşaması məmurun mütləq rüşvətxor olmasının göstəricisi olmasa da, ÇXR hökuməti belə məmurları rüşvətə daha çox meyilli hesab edərək, onlara bəzi yüksək vəzifələri (məsələn, bəzi idarələrin rəisi və rəis müavini vəzifələri) tutmağa qadağan edir. ÇXR-nın Kommersiya Nazirliyinin məlumatlarına görə, 1978–2003-cü illərdə Çindən qaçmış dörd min rüşvətxor məmur ölkədən 50 milyard dollara yaxın vəsait çıxara bilmişlər. Onların əksəriyyəti əvvəlcə ailəsini xaricə göndərir, daha sonra pulları köçürür və özləri dəölkəni tərk edirdilər.
Çılpаq dircək
Çılpаq dircək - (lat. Ajuga glabra) == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 25-30 sm, gövdəsi düz, tüklü bitkidir. Yarpaqları üç dar xəttvari hissəyə bolünmüşdür. Aşağı yarpaqlar daha çox bütöv, çəlovvarixəttvari, yuxarısı üçdilimli, daralaraq uzun saplağa çevrilir. Çiçəkləri oturaq, tək-təkdir, yarpaqların qoltuğunda yalançı sünbülvari çiçəkqrupunda yığılmışdır. Kasacıq 4–6 mm uzunluqda, zınqırovvari, yuxarı hissədə nisbətən uzuntüklü, altdan çılpaqdır. Tacı 16–20 mm uzunluqda, limonu və ya açıq sarı rəngdə, aşağı dodaqcığı al qırmızı zolaqlı və ya ləkəlidir. Fındıqçalar 3 mm, uzunsov, büzüşmüş formada, tünd rəngdədir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq bitkisidir, çöllərdə, əkinlərdə, bağlarda, kollüqlarda, çay vadilərində, quru gilli, daşlı yamaclarda bitir.