Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biləsər
Biləsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1366 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Coğrafiyası == Rayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur. == Toponimiyası == Toponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur. == İqtisadiyyatı == Əhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.
Biləsər bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Biləvər
Biləvər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 420 nəfərdir.[mənbə göstərin] == Tarixi == Bilavar/Bilavər Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, "bataqlıq yer" mənasındadır.
Qələsər
Qələsər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 163 nəfərdir. == Toponimiyası == Kəndin adı ədəbiyyatlarda Güləsər, Qələsər variantlarında da qeydə alınmışıdır. Kəndin yaxınlığında eyni adlı mineral bulaq da var. Tədqiqatçılar bu oykonimi "qalanın başı, yuxan hissəsi” və yaxud "qoyun sürüsünün başlanğıcı” kimi izah edirlər.
Çililər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Çiləgir
Çiləgir (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Çiləgir (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Kələsər (Nir)
Kələsər (fars. كله سر‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 176 nəfər yaşayır (43 ailə).
Pilələr dağı
Pilələr dağı – Culfa rayonu ərazisində dağ (1562,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli, eyniadlı qolunun suayırıcısında zirvə. Üst Oliqosenin Xatt regiomərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının nüvə hissəsində yerləşir.
Pilələr silsiləsi
Pilələr silsiləsi – Culfa rayonu ərazisində dağ silsiləsi. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli yamaclarının sıldırımlı qoludur. Uzunluğu 10 km-dən artıq, ən yüksək zirvəsinin hündürlüyü 1562,6 m-dir. Paleosen-Üst Oliqosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının qırışığa məruz qalmış şimal-şərq qanadında yerləşir.
Sinəsər (Germi)
Sinəsər (fars. سينه سر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (15 ailə).
Çiləgir (Qusar)
Çiləgir — Azərbaycan Respublikasının Qusar rayonunun Urva inzibati ərazi vahidində kənd. Qusarçayın sahilində, Qusar maili düzənliyindədir. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Tədqiqatçıların ehtimalına görə, kəndin adı XVI əsrdə Anadoluda yaranmış Boz Ulus tayfa ittifaqına daxil olan Çilaxir tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Xaçmaz rayonuda da Çiləgir adında kənd mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1029 nəfər yaşayır. Əhalisini əsasən azərbaycanlılar təşkil edir.
Çiləgir (Xaçmaz)
Çiləgir — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaçmaz r-nunun Aşağı Zeyid i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Xaçmaz r-nunun Nərəcan i.ə.v.-də kənd. Məzarçayın sol sahilində, Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçıların ehtimalına görə, kəndin adı XVI əsrdə Anadoluda yaranmış Boz Ulus tayfa ittifaqına daxil olan çilaxir tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.
Əliləsər (Germi)
Əliləsər (fars. اليله سر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 169 nəfər yaşayır (32 ailə).
Tansu Çillər
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. == Həyatı == 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
İlxan Çilər
İlxan Çilər (1972, Dənizli) — türk yazıçısı və iş adamı. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları 'Möhtəşəm Hekayə Mükafatını' qazanan yazıçı Sürgün kitabı ilə 2011-ci ildə Avropa Birliyi Ədəbiyyat Mükafatına layiq görülüb. Onun hekayə və məqalələri iyirmidən çox milli və beynəlxalq antologiyada dərc olunur. == Həyatı == Dənizlidə doğulub, İzmirdə böyüyüb. 1990-cı ildə İzmir Özəl Türk Kollecini bitirmişdir. 10 yaşında şeir yazmağa başlayıb. Orta məktəbdə oxuyarkən teatr tamaşaları və daha sonra gündəliklər yazaraq ədəbi əsərlər yaratmağa davam etmişdir. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları "Möhtəşəm Hekayə Mükafatı"na layiq görülüb. Boğaziçi Universitetinin Beynəlxalq Əlaqələr və Siyasi Elmlər fakültəsini bitirib. Öz ifadəsinə görə, o, Boğaziçi Universitetində tələbə olarkən şüurlu şəkildə öz sözləri ilə hekayələr yazmağa başlayıb.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Viləşə
Viləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Vil talış dilində "gül", "çiçək" və hüşə (bişə) "meşə" deməkdir. Kəndin düzgün adı Viləbişə olmalıdır (Güllü meşə kəndi).
Cələbər (Urmiya)
Cələbər — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Dulbəkş kəndistanında, Urmiya şəhərindən 53 km cənub-şərqdədir.
Yasper Silesen
Yakobus Antonius Peter "Kasper" Sillessen - ( holladca: [ˈjɑspər ˈsɪləsə(n)] , d.: 22 aprel 1989) Holladiyalı qapıçı, İspaniyanın Barselona FK və Niderland milli futbol komandasının üzvü .
Sleşer filmi
Sleşer (ing. slash "arxadan zərbə; vurmaq") — qorxu filmlərinin alt janrı; bir neçə insanı bir-birinin ardınca təqib edən və qətlə yetirən (bəzən maska ​​taxan, bəzən fövqəltəbii güclərə malik olan) psixopat-qatil obrazının olması ilə xarakterizə olunur, əksər hallarda yeniyetmələr, adətən təsadüfi, səbəbsiz bir şəkildə, bir gündə bir çox insanın həyatını məhv edir. Kino-tənqidçilər italyan filmləri olan The Peeping Man (1960) və Psixo (1960) kimi psixoloji qorxu filmlərini sleşerin inkişafına ilkin təsirlər kimi göstərirlər. Bu janr 1978–1984-cü illərdə öz zirvəsinə çatdı — həmin illər belə filmlərin "qızıl dövrü" sayılır. Sleşer filmlərinin diqqətəlayiq nümunələrinə Texas qətliamı (1974), Təpələrin gözləri var (1977), Hellouin (1978), Cümə, ayın 13-ü (1980), Qarağac küçəsində qarabasma (1984), Uşaq oyunu (1988), Fəryad (1996), Mən bilirəm siz keçən yay nə etmisiniz (1997), Yanlış döngə (2003) və s. göstərmək olar.
İldus İleşev
İldus İleşev (başq. Илешев Илдус Ғөбәйҙулла улы; 17 may 1957) — dövlət xadimi, politoloq, filoloq, diplomat, ali məktəb müəllimi. Rusiyanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin iqtisadi müşaviri, Rusiyanın İslam Əməkdaşlıq Təşkilatındakı Daimi Nümayəndəsinin müavini, Başqırdıstan Respublikası Hökuməti Baş nazirinin keçmiş müavini, Başqırdıstan Respublikasının Mədəniyyət və Milli Siyasət Naziri (2005–2010), Filologiya elmlər namizədi (1990), siyasi elmlər doktoru (2000), professor (2003). == Bioqrafiyası == 1980-ci ildə Moskva Dövlət Pedaqoji İnstitutu bitirir. 1980–1981 — Başqırd Dövlət Universitetinin Xarici Dillər kafedrasında müəllim işləyir. 1981–1983-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1983–1984 — Ufagorremstroy Trestinin Komsomol Komitəsinin katibi olur. 1984–1992 — SSRİ Elmlər Akademiyası Başqırd filialının Xarici Dillər Bölməsinin müəllimi, baş müəllim. 1992–1994 — Başqırd Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Adonav" LLP-nin kommersiya direktoru. 1994–1997 — Beynəlxalq və milli məsələlər, Dövlət Məclisi ilə əlaqələr şöbəsinin, Başqırdıstan Qurultayı və Başqırdıstan Respublikası Prezident Administrasiyası Dövlət Hüquq İdarəsinin ictimai birliklərinin baş mütəxəssisi.
Tansu Çiller
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. == Həyatı == 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
Cillər yaşayış yeri
Cillər yаşаyış yеri — Muğаnlı kəndindən şimаl-şərqdə, düzənlik sаhədə yеrləşir. Yаşаyış yеrinin bir qismi su kаnаlı çəkilərkən dаğıdılmışdır. Аbidənin ərаzisi şumlаnıb əkildiyindən оnun yеrüstü əlаmətləri tаmаmilə itmişdir. Tədqiqаt zаmаnı yаşаyış yеrindən Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Tаpıntılаrın аz bir qismi şirli qаblаrdаn ibаrətdir. Аbidənin bəzi qismlərində kül yığınlаrı və bаd qırıqlаrınа rаstlаnmışdır. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVI-XVIII əsrlərə аid еtmək оlаr.