Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üçatılan (roman)
Üçatılan romanı — yazıcı İlyas Əfəndiyevin "Üçatılan" romanında bəhs olunan Ərşad və Sərfinaz Qarabulaq (İndiki Füzuli rayonu) rayonunun Kürdmahmudlu kəndində anadan olmuş və yaşamışlar. "Üçatlan" romanının qəhrəmanı, adı Ərşad kimi qeyd olunan Qayıbov Rəşid Mehti oğlu 1895-ci ildə Kürdmahmudlu kəndində anadan olmuşdur. Atası Mehti Cənubi Azərbaycanda yaşamışdır. Bir gün Mehti yaşlı bir kişinin oturub ağladığını görür. Soruşduqda kişi fars əyalət başçısı Rəhim xanın bacısı oğlunun onun qızını zorladığını deyir. Buna dözməyən Mehti atı minərək Rəhim xanın evinə gedir və Rəhim xanı səsləyərək onu və bacısı oğlunu güllələyərək öldürür. Bundan sonra Mehti qardaşı qaçaq Kərbalayi Əsədlə birlikdə Araz çayını keçərək indiki Füzuli rayon Kürdmahmudlu kəndinə gəlirlər. Uzun müddət qaçaqlıq həyatı yaşadıqdan sonra Kürdmahmudlu kəndində nüfuzlu tayfadan olan Murtuza bəyin bacısı Abutab xanımıa ailə qurur. Həmin nigahdan Əşrəf, Rəşid, Əli, Ayna, Ayulduz və Sərəncam adlı övladları dünyaya gəlir. Rəşid böyüdükdən sonra 1917-ci illərdə ermənilərin Zəngəzur və Qarabağda müsəlman obalarına hücüm edib insanları öldürməsinə dözməyərək əmisi qaçaq Kərbalayi Əsəddən yadigar qalmış Üçatlan tüfəngini götürərək öz dəstəsi ilə ermənilərə qarşı mübarizə aparmağa başlayır.
Aşağı açılan siyahı
Aşağı açılan siyahı - kompüter elmlərində qrafik istifadəçi interfeysində istifadəçilərə verilmiş siyahıdan bir seçim etmək üçündür. Əgər aşağı açılan siyahı aktiv deyilsə, deməli o, hazırda ancaq bir seçim imkanı verir. Aktiv olduqda isə, o aşağı açıla bilın bir neçə seçim imkanı verir ki, istifadəçi bunlardan ancaq birini seçə bilər. İstifadəçi yeni seçimini etdikdə, o yenidən qeyri-aktiv formaya düşür və seçilmiş menyu göstərilir.
Açılan Rostov dəmiryol körpüsü
Açılan Rostov dəmiryol körpüsü — üç aşırımlı, iki zolaqlı açılan, Don çayı üzərində inşa edilmiş dəmiryol körpüsü. Körpü Rostov-na-Donu şəhərində Temernik çayının mənsəbinə yaxın ərazidə, Rostov-Qlavnı və Zareniya stansiyaları arasında yerləşir. Buradan Rostov ərazisindən keçən sərnişin qatarlarının böyük əksəriyyəti və yük qatarlarının isə bir qismi buradan keçir. == Tarixi == === 1874-ci il körpüsü === Burada ilk dəmiryol körpüsü 1873—1874-cü illərdə Vladiqafqaz dəmiryollarının rəhbərliyi altında Erast Mixayloviç Zubovun layihəsi əsasında yaradılmışdır. Bu körpü bir xəttli beş aşırımlı körpü olmuşdur. Bu körpü gəmilərin hərəkəti üçün çətinliklər törədirdi. Bəzən isə hətta toqquşmalar baş verirdi. Bu məqsədlə hətta eniş barjası istifadəyə verilmişdir. Barjanın hədəfi gəmiləri sərbəst şəkildə üzü axara və əksinə istiqamətdə endirmək olmuşdur. === 1917-ci il körpüsü === Əlverişsizliyi ucbatından 1912-ci ildə 40–50 m aşağı axarda bir xəttli körpünün əvəzinə iki xəttli körpü inşa etmək qərara alınır.
Milad bayramında açılan atəş (roman)
"Milad bayramında açılan atəş" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Təbəssüm Muxtarovadır. == Məzmun == Tarixi gedişatın zərurəti ilə cəmiyyət quruluşu kəskin dəyişilərkən, ictimai münasibətlər də təbəddülata uğrayır. İnsanlar bir həyat tərzindən zorla qoparılıb digər yaşam şəraitinə atılır, bu da dərin faciələrə gətirib çıxarır. Müasir cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmiş oliqarxlar zümrəsinin nümayəndələri Şotlandiyadakı qəsrlərində Milad bayramını qeyd edərkən, faciə baş verir. Sıx ailə çərçivəsində qeyd olunan bayramda gənc biznesmenin dəvət etdiyi rəfiqəsi qətlə yetirilir. Bütün əşyayi-dəlillər oliqarxın şəksiz günahkar olmasını göstərsə də, müstəqil təhqiqat məramı ilə dəvət olunmuş məşhuri-cahan ekspert-analitik Dronqonun şübhələri vardır. Dronqo kələfin ucunu tapdıqca, faciə günü malikanəyə heç bir yad adamın varid ola və əsla cinayət törədə bilməyəciyi aşkara çıxır. Mahiyyətə vardıqda isə bəlli olur ki, ailə üzvləri Dronqonun əsil həqiqəti üzə çıxaracağına qətiyyən şad deyillər. Tədricən daha qəribə müəmmaların üstü açılır...